Müasir dövrdə maliyyə siyasəti və onun təkmilləşdirilməsi” mövzusunda magistr dissertasiyasi abbaszadə Orxan Mehman oğlu baki – 2019


Şəkil 5. Maliyyə sektorunun dövlətin inkluziv inkişafına təsiri



Yüklə 1,38 Mb.
səhifə18/42
tarix01.01.2022
ölçüsü1,38 Mb.
#102958
1   ...   14   15   16   17   18   19   20   21   ...   42
Şəkil 5. Maliyyə sektorunun dövlətin inkluziv inkişafına təsiri


Beləliklə, müxtəlif yanaşmalarda əks olunan maliyyə sistemi bütünlükdə maliyyə siyasətinin əsas obyekti olub, cəmiyyətdə mühüm məqsədlərin reallaşmasına xidmət edir.
1.2. Maliyyə sistemi mexanizmi onun daxili strukturunun əsası kimi

Maliyyə siyasətini öyrənmək üçün maliyyə sisteminin mahiyyətini və bu sistemin necə fəaliyyət göstərdiyini anlamaq zəruridir. Bu sistemin necə işlədiyini tam başa düşmək üçün maliyyə mexanizmi tədqiq edilməlidir. Onun tərkib elementləri arasındakı əlaqənin təbiətini anlamaq çox vacibdir. Çünki bu proseslərin mahiyyətini aydınlaşdırmaqla, onların vəziyyətini tənzimləmək, proqnozlaşdırmaq və planlaşdırılmış bir nəticə əldə etmək üçün onlara güclü təsir göstərmək mümkündür. Əks təqdirdə, ayrı-ayrı, zahirən ağlabatan, amma əsasən intuitiv qərarlar və hərəkətlər gözlənilməz nəticələrə, o cümlədən mənfi nəticələrə səbəb ola bilər.

Maliyyə mexanizmləri vasitəsilə göstərilən xidmətlərinin dərinliyi və səmərəliliyinin dərəcəsi bir neçə faktordan asılıdır. Bu faktorların hamısı, onların bir-birinə qarşılıqlı təsirləri ilə yanaşı, ölkənin maliyyə inkişaf səviyyəsini anlamaq istəyərkən mütləq qaydada nəzərə alınmalıdır. Konseptual olaraq, maliyyə mexanizmlərinin tətbiqi və aparılan proseslərin əlaqəsi Şəkil 6-da göstərildiyi kimi, üç geniş kateqoriyaya bölünən yeddi "sütun"dan ibarətdir. Bu kateqoriyalar aşağıdakılardır: [41; 21]


  1. Faktorlar, siyasətlər və təşkilatlar: maliyyə vasitəçiləri, bazarlar, alətlər və xidmətlərin inkişafına imkan verən əsas ünsürlər.

  2. Maliyyə vasitəçiliyi: maliyyə xidmətləri göstərən maliyyə vasitəçiləri və bazarlarının çeşidi, ölçüsü, dərinliyi və səmərəliliyi.

  3. Maliyyə əlçatanlığı: fiziki və hüquqi şəxslərin müxtəlif kapital və maliyyə xidmətlərinə çıxış imkanları.



Yüklə 1,38 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin