Mənbə: Dövlət Statistika Komitəsi (https://www.stat.gov.az/)
Onu vurğulamaq lazımdır ki, məcmu büdcə tarazlığı ümumi olaraq istifadə olunan maliyyə siyasəti göstəricisidir və dövlətin xalis maliyyə ehtiyacını ölçmək üçün dəyərli vasitədir. Lakin dövlətin maliyyə siyasətinin ölçülməsində büdcə tarazlığı böyük əhəmiyyət kəsb etmir. Belə ki, dövlət bu siyasətlə xərclərini artıraraq məcmu tələbi yüksəltməyi hədəfləmişdir ki, bu da maliyyə resurslarının qeyri-neft sektoruna yönləndirilməsi və bu sayədə əhalinin rifah halının yaxşılaşdırımasına, işsizliyin azalmasına səbəb olmuşdur. Bu səbəblə maliyyə siyasətinin makroiqtisadi təsirini müəyyənləşdirmək və onu qiymətləndirmək üçün neft gəlirləri istisna olmaqla qeyri-neft sektorunun fiskal balansına nəzər salmaq daha effektiv maliyyə göstəricisi olacaqdır. Qrafik 10-dan göründüyü kimi 2013-cü ildən qeyri-neft sektorunun gəlirləri ildən ilə iqtisadiyyatda özünü bərpa etməyə başlamış və bu tendensiya dövlətin qeyri-neft sektoruna kapital qoyuluşları və onu stimullaşdırması vasitəsilə ildən-ilə daha da yaxşılaşacağını göstərməkdədir.