|
|
səhifə | 13/91 | tarix | 01.01.2022 | ölçüsü | 3,26 Mb. | | #104508 |
| Xişdəx (Büt.ş.) – üçbucaq yerə deyilir.
Xalı (Büt.ş.) – əkilməmiş sahə.
Oturax yer (C.) – rahat su içən yer.
Yamaş (C., P., Buz.) // qaçax (Naza., D., Au., Yu.) // yalax (Əks.ş.) – su durmayan yer.
Mora (Büt.ş.) – əkini suvarmaq üçün sahədə açılan arx.
Başqov mora (C., P., Buz.) – baş mora. Böyük sahədə bir-iki belə mora çəkilir.
Qolarma mora (C., P., Buz.) – baş moralardan ayrılan bir neçə kiçik mora.
Selləmə suvarma (Büt.ş.) – suçunun nəzarət etmədiyi halda su sahəni basır. Buna selləmə deyilir.
Torpax suyu (Büt.ş.) – toxum səpiləndən sonra verilən su. Buna xəkov suyu da deyilir. Ağcabədi rayonu şivələrində toxum suyu deyilir [61].
Ləlov // dilov (Büt.ş.) – ikinci su. Ləl – qiymətli daş, dil – ürək deməkdir. Hər iki halda ikinci suyun vacibliyi bildirilir.
Dənov (Büt.ş.) – dördüncü su. Məhsul yetişən zaman verilən su.
BAĞÇILIQ VƏ ÜZÜMÇÜLÜYƏ AİD SÖZ VƏ TERMİNLƏR
Möv (Büt.ş.) – üzüm kolu, tənək. Mövəşə formasında Cənubi Azərbaycanda da işlədilir [20, s.330].
Dostları ilə paylaş: |
|
|