Mübariz süleymanli



Yüklə 3,26 Mb.
səhifə43/91
tarix01.01.2022
ölçüsü3,26 Mb.
#104508
1   ...   39   40   41   42   43   44   45   46   ...   91
Qatırquyruğu (Büt.ş.) – budaqlı gövdəsi olan bit­ki­dir. Böyrək xəstəliklərində dəmləmə və bişirmə dərman kimi istifadə olunur.

Qorungə (Büt.ş.) – xəşənbül. Bir metrədək hün­dür­lüyü olan qollu-budaqlı ot bitkisidir. Salxımlı, sarı rəng­li çiçkləri xoş ətirli iyə malikdir. “Müasir təbabətdə iyun və iyul aylarında toplanmış xəşənbül otundan plastır şək­lində dəri xəstəliklərində (frunkulyoz və s.) yumşal­dıcı, iltihabı aradan qaldırıcı və yara sağaldıcı dərman kimi istifadə edilir” [30, s.59]. Qorungənin çiçəkləri ətirli və şi­rə­li olduğundan arıçılıqda da faydalı bitkidir.

Quşdili (Büt.ş.) – qırxbuğum. Yarpaqları quş dilinə oxşadığı üçün bu ad verilmişdir. Böyrəkləri xəstə olan adama dəmləməsi verilir. Bundan əlavə, təzə çıxan quş­dili­dən kətə bişirilir.

Yalama (D., Nəza., Yu., Au.) // çölqarpızı (Əks.ş.) – qu­raqlıq yerdə bitir. Yerlə sürünən kökləri 1-2 metrə qə­dər uzanır. Yayda ağ çiçəklər açır, göy uzunsov mey­vələri yetişəndə partlayır. İçərisi ətli, qırmızı rəngli olur. Meyvəsi ürəkağrısı və yel xəstəliyinə tutulanlara xeyirlidir.

Yemişən (C.) // yemişan (Büt.ş.) – iri kol bitkisidir. Payızda yetişən tünd qırmızı rəngli yumrutəhər meyvəsi olur. Meyvələri yeyilir. Dərman məqsədi ilə dəmlənib ürəkağrısı, ürək zəifliyində istifadə edilir. Elmi təba­bət­də də bir sıra məqsədlər üçün gərəklidir.


Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin