Qeyd: rayon ərazisində yaşayan quşların əksəriyyətinin adı ədəbi dillə müştərəkdir.
c) Həşərat adları
Acı milçəx (Büt.ş.) – qara milçəkdir, ağcaqanad kimi qan sorur.
Ananqız (Büt.ş.) – parabüzən.
Almaquşu (C.) – alma ağacında olan qanadlı həşərat.
Biçinçi (Büt.ş.) – məzarçı böcək.
Bızbıza (Q., Cava.) – may böcəyi, pıspısa.
Qara büvə (Büt.ş.) – iri qara rəngli zəhərli hörümçək.
Qanadlı qarışqa (Büt.ş.) – qanadları olan qarışqa.
Qara qarışqa (C.) – adi qarışqa.
Sarı qarışqa (Büt.ş.) – kiçik sarı rəngli qarışqa.
Qara əxrəb (Büt.ş.) – qara əqrəb.
Sarı büvə (Büt.ş.) – sarı rəngli zəhərli iri hörümçək.
Qızıl milçəx (Q., Cava.) – göy işıldayan milçək.
Qılışlı səquqa (Q., Cava.) – iri boz rəngli çəyirtkə.
Danaburnu (Əks.ş.) // bizoburnu (C.) – danadişi.
Yaşıl səquqa (Büt.ş.) – çəmənlikdə yaşayan ot rəngli çəyirtkə.
Yeriti (Büt.ş.) – yer qarışqası. Torpaq rəngli qarışqaya oxşar həşəratdır. Torpağın altında yaşayır. Yuvası oymaq şəkilli olur, ora başqa həşərat düşdükdə onları çəkib torpağın altına aparıb qidalanır.