Cəhrə (Büt.ş.) – ip əyirən dəzgah.
Cəhrənin hissələri:
Qol (Büt.ş.) – cəhrənin qolu.
Qulaxcıx (Büt.ş.) – cəhrənin iyini hərəkətə gətirən göndən hazırlanmış qayış. Şəkidə qulax, Gəncədə qulax // qulaxca sözləri qulaxcıx mənasında işlənir [20, s.153].
İy (Büt.ş.) – ip sarınan polad məftil. Göyçay rayonunun Qarayazı kənd şivəsində də eyni mənanı verir [96, s.47].
Yastıq (Büt.ş.) – cəhrənin yerə oturan hissəsi.
Kiriş (Büt.ş.) – cəhrəni işlədən ip. Tovuz, Cəbrayıl rayonlarında da eyni mənada işlədilir [20, s.263].
Tağalax (Büt.ş.) – cəhrənin iyinə salınan dairə şəkilli fanerka. Ağdam, Culfa, Şuşa rayonlarında da eyni mənada işlədilir [20, s.370].
Top (Büt.ş.) – qolla birlikdə cəhrəni hərəkətə gətirən hissə.