Düxcə (Büt.ş.) – cəhrənin iyinə sarılmış konus şəkilli ip. Şəmkir, Tovuz rayonlarında düxcə. Şamaxıda dükcə şəklində eyni mənanı verir [20, s.209].
Yumax (Büt.ş.) – yumru top kimi sarınmış ip.
Mənix (C.) // kələf (Büt.ş.) – oturmuş vəziyyətdə bardaş quraraq iki dizə xaç şəkilli sarınmış ip. Kələçi sözü Qazax dialektində kiçik kələf, kələfin bir hissəsi mənasını bildirir [20, s.256].
Xam ip (Büt.ş.) – əyrilib boyanmamış ip.
Hilmə (C.) // ilmə (Büt.ş.) – gəbəni toxuyarkən əriş-arğacın arasından ipin bir dəfə keçirilməsi.
Xırxovlamax (C.) // kırtızlamax (Əks.ş.) – ipi hazırlamaq; naziltmək. Kırtızlamax sözü Cəbrayıl rayonu şivələrində kirtişləmək şəklində eyni mənanı verir [20, s.263].