Qodem (Büt.ş.) – vəzəri.
İspanax (Büt.ş.) – ispanaq.
Pazı (Büt.ş.) – çuğundur. Qərb qrupu dialekt və şivələrində də pazı işlənir [22, s.232].
Bostan və tərəvəz məhsullarına aid olan bəzi sözlər ədəbi dildə müştərək işlənir. Bunlar aşağıdakılardır:
Kələm, pomidor, paxla, noxud, günəbaxan, tərxun, kəvər, keşniş, nanə və s.
b) Dənli bitkilər, taxılçılığa aid söz və terminlər
Arpa (Büt.ş.).
Şeşəli arpa (C., P., Buz.) – sünbülləri iki cərgəli, qılçıqlı küləşi sarıdır.
Yazdıx arpa (Büt.ş.) – yazda əkilən.
Payızdıx arpa (Büt.ş.) – payızda əkilən.
Naxçıvandəni (Büt.ş.) – həm payızda, həm də yazda əkilir. Yazda əkildikdə payızda əkilənə nisbətən dənləri xırda olur.
Buğda (Büt.ş.).
Cəfəri buğda (C., P., Buz.) – sünbüllüəri ağ, qılçıqlı, tüksüzdür. Dəni ağ rənglidir, tez yetişən buğdadır.
Qaraqılçıx (Büt.ş.) – sünbülləri iki cərgə düzülən, uzun qaraya çalan qılçıqları olan buğdadır.
Uruset buğdası (Büt.ş.) – sünbülləri qırmızı, tüklüdür.
Dəvədiş buğda (Büt.ş.) – bərk buğda növüdür. Sünbülləri qırmızı, tüklüdür. Qılçıqları qara olur.
Dostları ilə paylaş: |