Şiə rəhbərlərindən yadigar qalan fəlsəfi təfəkkür və əqli elmlərin şiələrin arasında yaranmasının və eləcə də onların vasitəsilə başqalarının arasında elmi xəzinə olmasında tə`sirli səbəb olduğu kimi bu təfəkkürün şiələr arasında qalmasının ən tə`sirli amili də həmişə bu məktəb ardıcılları tərəfindən müqəddəs sanılaraq ehtirama layiq görülən elmi ehtiyatlardır. Bu mətləbə aydınlıq gətirmək üçün Əhli-beyt (ə)-ın elm xəzinələrini tarix boyu yazılmış fəlsəfi kitablarla müqayisə etməyimiz kifayətdir. Çünki bu halda həmin elmi ehtiyatlarla fəlsəfə arasında günbəgün yaxınlaşma və uyğunlaşmanın baş verdiyini əyani şəkildə müşahidə edəcəyik. Belə ki, hicri tarixi ilə on birinci əsrdə bu proses təqribən başa çatdı, onların arasında söz və ifadə ixtilaflarından başqa bir fərq qalmadı.