Müəllif: Əllamə Seyyid Məhəmməd hüseyn Təbatəbai



Yüklə 2,41 Mb.
səhifə1/18
tarix21.10.2017
ölçüsü2,41 Mb.
#8139
  1   2   3   4   5   6   7   8   9   ...   18

İSLAMDA ŞİƏLİK

http://ehliwie-samux.com




ƏLLAMƏ SEYYİD MƏHƏMMƏD HÜSEYN TƏBATƏBAİ



Kitabın adı:...................İslamda şiəlik

Müəllif:...........Əllamə Seyyid Məhəmməd

..............................................Hüseyn Təbatəbai

Nəşr edən:..........Nur mədəniyyət mərkəzi

Tiraj:..........................................................3000

Çap tarixi:................................................2002

Mündəricat




ALLAHIN ADI İLƏ 8

ÖN SÖZ 11

USTADIN TƏRCÜMEYİ-HALI 18

ƏLLAMƏ TƏBATƏBAİNİN ƏSƏRLƏRİ 21

MÜQƏDDİMƏ 23

ŞİƏLİYİN YARANMASI VƏ İNKİŞAF ETMƏSİ 26

ŞİƏLİYİN YARANMASI 28

AZLIQ TƏŞKİL EDƏN ŞİƏLƏRİN ÇOXLUQ TƏŞKİL EDƏN SÜNNÜLƏRDƏN AYRILMASI VƏ İXTİLAFIN YARANMA SƏBƏLƏRİ 31

İKİ MƏSƏLƏ: CANİŞİNLİK VƏ ELMİ MƏRCƏİYYƏT 33

SEÇKİ YOLU İLƏ OLAN XİLAFƏT MƏSƏLƏSİ VƏ ONUN ŞİƏLİK NƏZƏRİYYƏSİ İLƏ ZİDD OLMASI 35

XİLAFƏTİN ƏLİ (Ə)-A ÇATMASI VƏ ONUN SEÇDİYİ YOL 42

ŞİƏLƏRİN ƏLİ (Ə)-IN BEŞ İLLİK XİLAFƏT DÖVRÜNDƏ ƏLDƏ ETDİKLƏRİ NAİLİYYƏTLƏR 46

XİLAFƏTİN MÜAVİYƏNİN ƏLİNƏ KEÇMƏSİ VƏ ONUN PADŞAHLIQ VƏ VARİSLİK ÜSLUBUNA ÇEVRİLMƏSİ 49

ŞİƏLƏRİN ƏN AĞIR DÖVRANI 51

BƏNİ-ÜMƏYYƏ SƏLTƏNƏTİNİN MÖHKƏMLƏNMƏSİ 53

ŞİƏLƏR - İKİNCİ HİCRİ ƏSRİNDƏ 56

ŞİƏLƏR - ÜÇÜNCÜ HİCRİ ƏSRİNDƏ 58

ŞİƏLƏR - DÖRDÜNCÜ HİCRİ ƏSRİNDƏ 59

ŞİƏLƏR - DOQQUZUNCU HİCRİ ƏSRİNDƏ 60

ŞİƏLƏR - ON-ON BİRİNCİ HİCRİ ƏSRLƏRİNDƏ 61

ŞİƏLƏR - ON İKİ- ON DÖRDÜNCÜ ƏSRLƏRDƏ 62

ŞİƏLƏRİN FİRQƏLƏRƏ BÖLÜNMƏSİ 63

FİRQƏLƏRƏ PARÇALANMA VƏ BƏ`Zİ CƏRƏYANLARIN ARADAN GETMƏSİ 63

ZEYDİYYƏ ŞİƏLƏRİ 64

İSMAİLİYYƏ ŞİƏLƏRİ VƏ ONUN ŞÖ`BƏLƏRİ 66

NƏZARİYYƏ, MÜSTƏ`LİYYƏ, DƏRUZİYYƏ VƏ MUQNİƏ 69

ON İKİ İMAMÇI ŞİƏLƏR VƏ ONLARIN ZEYDİYYƏ VƏ İSMAİLİYYƏ İLƏ OLAN FƏRQLƏRİ 71

ON İKİ İMAMÇI ŞİƏLƏRİN QISA TARİXİ 72

İKİNCİ BÖLMƏ 75

ŞİƏ MƏZHƏBİNİN TƏFƏKKÜR TƏRZİ 75

DİNİ TƏFƏKKÜRÜN MƏ`NASI 76

İSLAMDA MƏZHƏBİ TƏFƏKKÜRÜN ƏSAS MƏNBƏLƏRİ 76

QUR`ANIN DİNİ TƏFƏKKÜR ÜÇÜN GÖSTƏRDİYİ YOLLAR 76

BU ÜÇ YOL ARASINDAKI FƏRQLƏR 79

BİRİNCİ YOL 81

DİNİ ZAHİRLƏR VƏ ONLARIN QİSMLƏRİ 81

SƏHABƏLƏRİN HƏDİSLƏRİ 82

KİTAB VƏ SÜNNƏ BARƏSİNDƏ DİGƏR BİR BƏHS 82

QUR`ANIN ZAHİR VƏ BATİNİ 84

QUR`ANDA TƏ`VİL (YOZUM) 87

HƏDİS BARƏSİNDƏ YEKUN BƏHS 90

ŞİƏLƏRİN HƏDİSƏ ƏMƏLETMƏ ÜSLUBLARI 92

İSLAMDA ÜMUMİ TƏ`LİM-TƏRBİYƏ 93

ŞİƏLİK VƏ NƏQLİ ELMLƏR 94

İKİNCİ YOL: ƏQLİ BƏHSLƏR 96

ŞİƏLƏRİN İSLAMİ KƏLAM VƏ FƏLSƏFƏ TƏFƏKKÜRÜNDƏ ÜSTÜNLÜKLƏRİ 97

ŞİƏLƏRİN FƏLSƏFƏ VƏ SAİR ƏQLİ ELMLƏRDƏ ARDICIL SƏ`YLƏRİ 99

NƏ ÜÇÜN FƏLSƏFƏ ŞİƏLƏRİN ARASINDA QALDI? 100

ŞİƏLƏRİN ELMİ ŞƏXSİYYƏTLƏRİNDƏN BİR NEÇƏ NÜMUNƏ 100

ÜÇÜNCÜ YOL: KƏŞF 104

(Mə`nəvi müşahidə) 104

İSLAMDA İRFANIN MEYDANA GƏLMƏSİ 105

KİTAB VƏ SÜNNƏNİN NƏFS HAQDA MƏ`RİFƏT ƏLDƏ ETMƏYƏ DAİR GÖSTƏRİŞİ 107

ÜÇÜNCÜ BÖLMƏ 111

ON İKİ İMAMÇI ŞİƏLİK NÖQTEYİ-NƏZƏRİNDƏN İSLAMİ E`TİQADLAR 111

1. ALLAHŞÜNASLIQ 113

GERÇƏKLİKLƏRƏ VƏ VARLIQ ALƏMİNƏ NƏZƏR YETİRMƏK – ALLAHIN VARLIĞININ ZƏRURƏTİ 113

İNSAN VƏ DÜNYANIN RABİTƏSİ YOLU İLƏ BAŞQA BİR NƏZƏR 114

ALLAHIN VAHİD OLMASI 117

ZAT VƏ SİFƏT 118

İLAHİ SİFƏTLƏRİN MƏ`NASI 119

SİFƏTİN MƏ`NASI BARƏDƏ ƏLAVƏ İZAH 121

FE`Lİ SİFƏTLƏR 122

QƏZA VƏ QƏDƏR 123

İNSAN VƏ İXTİYAR 125

2. PEYĞƏMBƏRŞÜNASLIQ 128

HƏDƏFƏ DOĞRU – ÜMUMİ HİDAYƏT 128

XÜSUSİ HİDAYƏT 130

ƏQL VƏ QANUN 132

VƏHY ADLI SİRLİ BİR ŞÜUR 133

PEYĞƏMBƏRLƏR – NÜBÜVVƏTİN İSMƏTİ 134

PEYĞƏMBƏRLƏR VƏ ASİMANİ DİN 135

PEYĞƏMBƏRLƏR, NÜBUVVƏT VƏ VƏHYİN HÖCCƏTİ 138

İLAHİ PEYĞƏMBƏRLƏRİN SAYI 140

ULUL-ƏZM VƏ ŞƏRİƏT SAHİBİ OLAN PEYĞƏMBƏRLƏR 140

HƏZRƏT MƏHƏMMƏDİN (S) NÜBUVVƏTİ 141

PEYĞƏMBƏRİ-ƏKRƏM (S) VƏ QUR`ANİ-KƏRİM 145

3. MƏADŞÜNASLIQ 150

İNSAN, RUH VƏ BƏDƏNDƏN TƏŞKİL OLUNMUŞDUR 150

BAŞQALARININ NƏZƏRİNDƏN RUHUN HƏQİQƏTİ 152

İSLAM NƏZƏRİNDƏN ÖLÜM 153

BƏRZƏX 153

QİYAMƏT GÜNÜ 155

BAŞQA BİR İZAH 158

YARADILIŞIN DAVAMI VƏ ARDICILLIĞI 162

4. İMAMŞÜNASLIQ 163

İMAMIN MƏ`NASI 163

İMAMƏT, PEYĞƏMBƏRİN CANİŞİNLİYİ VƏ İSLAMİ HÖKUMƏT 163

BU SÖZLƏRİN BİR DAHA QÜVVƏTLƏNDİRİLMƏSİ 169

İLAHİ MAARİFİN İZAHINDA İMAMƏT 175

NƏBİ İLƏ İMAM ARASINDAKI FƏRQ 177

ƏMƏLLƏRİN BATİNİNDƏ İMAMƏT 178

İSLAM İMAMLARI VƏ RƏHBƏRLƏRİ 182

ON İKİ İMAMIN TƏRCÜMEYİ-HALI 184

BİRİNCİ İMAM 184

İKİNCİ İMAM 189

ÜÇÜNCÜ İMAM 191

İMAM SƏCCAD 198

BEŞİNCİ İMAM 199

ALTINCI İMAM 200

YEDDİNCİ İMAM 203

SƏKKİZİNCİ İMAM 204

DOQQUZUNCU İMAM 206

ONUNCU İMAM 207

ON BİRİNCİ İMAM 208

ON İKİNCİ İMAM 210

XÜSUSİ NAİBLƏR 211

HƏZRƏT MƏHDİNİN ZÜHURU BARƏDƏ XÜSUSİ BƏHS 213

BİR NEÇƏ İRAD VƏ ONLARIN CAVABI 214

YEKUN FƏSİL: ŞİƏLİYİN MƏ`NƏVİ ÇAĞIRIŞLARI 215





ALLAHIN ADI İLƏ


Allah-taala hər bir əsrdə bəşər övladını hidayət etmək üçün həzrət Adəm, Nuh, Musa, İsa (ə) və bu kimi digər böyük peyğəmbərlər göndərmiş, onlara ilahi qanunlar məcmuəsi olan səmavi kitablar nazil etmişdir. Nəhayət səma elçiləri silsiləsinin sonuncusu və ən əzəmətlisi olan İslam peyğəmbəri həzrət Məhəmmədi (s) peyğəmbərliyə seçmiş, sələf dinlərin təkmilləşdiricisi və əbədi mö`cüzəsi olan Qur`anı insanların yenilməz hidayət çırağı qərar vermişdir. Peyğəmbəri-Əkrəm 23 il ərzində müxtəlif əzab-əziyyətlərə dözərək Ərəbistan yarımadasında İslam məktəbinin bünövrəsini qoymuş, digər xalqları, o cümlədən dövrün məşhur imperatorları və dövlət başçılarını da bu müqəddəs dinə də`vət etmişdir. Beləliklə, Qur`an və İslam nuru o həzrətin vəsfolunmaz zəhmətləri sayəsində bütün dünyaya yayılmışdır.

İslamın zühur etdiyi ilk çağlardan başlayaraq, müasir dövrə qədər xüsusi mövqe və məqama malik olan, bu dinin danılmaz prinsipləri əsasında öz xüsusiyyətlərini müdafiə edən Şiəlik məktəbi yeganə yoldur ki, daim Peyğəmbər (s) və onun Əhli-beytinin (ə) məsləkini davam etdirmişdir. Bu yolun davamçıları bir an da olsun öz sələflərinin hədəf və məqsədlərindən uzaqlaşmamış, onların həqiqi ardıcılları olmuş, Qur`an və İslamın nurani hökmlərini Peyğəmbərin (s) özündən və onun pak Əhli-beytindən (ə) əxz edərək, yalnız onların sözlərini höccət hesab etmişlər.

Şükürlər olsun ki, dünyada baş verən bir sıra ictimaisiyasi dəyişikliklər nəticəsində din və məzhəblərin dərindən araşdırılması mümkün olmuş, tarix boyu böyük qüdrətlərin himayədarlığı ilə dünyaya meydan oxuyan bə`zi əqidələrin araşdırılıb tənqid olunması və daim əsassız hücumlara mə`ruz qalıb sükut etmək məcburiyyətində qalan bə`zi e`tiqadi məktəblərin özünü müdafiə etməsi üçün zəmin yaranmışdır. Bu prosesdə Şiə məktəbi də aktual çıxış edərək əsrlər boyu son dərəcə qərəzçiliklə ona qarşı yağdırılan ittihamlara cavab verməyə başlamışdır; bu məktəb son dövrlərdə yenidən canlanmış, qüvvətlənmiş, şiə alimləri və mütəfəkkirləri yaranan bu fürsətlərdən lazımınca istifadə edərək, bəyan və qələmləri ilə şiəliyin həqiqi maarifinin yayılmasına çalışmışlar. Onlar bədxah və qərəzli şəxslərin namərdcəsinə vurduqları ittihamlara və anlaşılmaz nöqtələrə münasib cavablar verərək, düşmənlər tərəfindən şiə nəzəriyyəsinə qarşı irəli sürülən əsassız fikirləri elmi şəkildə rədd etmişlər.

İslam dünyasının ən görkəmli mütə-fəkkirlərindən biri mərhum Əllamə Təbatəbai Təbrizi öz mə`nalı ömründə bir çox qiymətli əsərlər yazıb-yaratmış, dünyada məşhur olan iste`dadlı alimlər yetişdirmiş və şiə dünyasına əvəzsiz xidmətlər etmişdir. Ustadın çox dəyərli və faydalı əsərlərindən biri də «İslamda şiəlik» kitabıdır ki, bu vaxta qədər bir çox dillərə tərcümə edilərək dəfələrlə çap olunmuşdur.

Bu kitab əsas e`tibarı ilə şiəliyin qərb ölkələrində tanıtdırılması üçün yazılmışdır; qərb alimlərinin şiəlik barədə yazdıqları tədqiqat əsərləri və kitablar orjinal mənbələrdən götürülmədiyi üçün bu məktəbin e`tiqadi əsasları ilə uyğun gəlmir. Çünki onların araşdırma aparıb müraciət etdikləri mənbələr əhli-sünnət və ya ismailiyyə kimi qeyri-mö`təbər firqələrdən götürülmüşdür.

Qeyd etmək lazımdır ki, bu kitab ustadın şagirdlərindən biri tərəfindən ingilis dilinə tərcümə edilmiş və bir müddət Amerika universitetlərində tədris edilmişdir. Mərhum Əllamə Təbatəbai bu kitabda digər islami məzhəblərə son dərəcə ehtiramla yanaşaraq, şiəliyin əqidə prinsiplərini və əsalətini, onun yaranma səbəblərini bəyan etmişdir; onun əqidəsinə görə İslamda yeganə düzgün yol Əhli-beyt (ə) məktəbidir. Ustadın digər əsərləri ilə müqayisədə bu kitab nisbətən sadə dildə yazılmışdır. Təəssübkeşlikdən uzaq olan və şiəliyin həqiqi mövqeyini əks etdirən bu əsərin mütaliə olunmasını ümumoxucu kütləsi üçün faydalı hesab edirik. Sonda mehriban Rəbbimizdən ustadın ruhunun şad olmasını və əziz oxucuların yüksək müvəffəqiyyət əldə etməsini diləyirik!



Yüklə 2,41 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin