Müəllim sənətkardır, şagird bir sənət əsəri, məktəb bir tanrıya bənzər bir mərmər parçasından yarandığı bir emalatxanadır



Yüklə 25,39 Kb.
səhifə2/3
tarix12.04.2022
ölçüsü25,39 Kb.
#115246
1   2   3
usiniskiy

İstedadlı pedaqoq. 1859-cu ildə Konstantin Uşinski yeni təyinat alıb. Onu Smolnı Qızlar İnstitutuna sinif müfəttişi təyin edirlər. O zaman təhsil qadınlar üçün zərərli hesab olunurdu. Lakin Uşinski bütün qətiyyəti ilə bu stereotipi qıra bildi. O, qadının ailədə və cəmiyyətdə rolunu yüksək qiymətləndirirdi. Uşinskinin dərsləri böyük populyarlıq qazanmağa başlayıb - institutda təhsil alan tələbələrin valideynləri və qohumları ali məktəbə gələrək bütün şəhərdə hamının çox maraqla danışdığı dərslərə qulaq asırdılar. Smolnıda çalışdığı dövrdə Uşinski ən yaxşı pedaqoji qüvvələri bir araya toplayaraq bu təhsil ocağına yeni nəfəs, yeni istiqamət gətirib. Lakin Uşinskinin bədxahları da tapılmışdı. Onun pedaqoji ideyaları hər vasitə ilə rədd olunurdu. Dövrünün ən nüfuzlu şəxslərindən dəstək alan Uşinski institutdakı fəaliyyətini dayandırmadı. Avropa təhsil sistemi ilə tanış olmaq üçün o, xaricə ezamiyyətə yollanır. Xarici səfərində artıq uşaqlar üçün pedaqoji ədəbiyyatların yazılması ilə məşğul olmağa başlayıb. K.Uşinski məktəbəqədər hazırlıq sinifləri üçün "Vətən dili", "Uşaq aləmi" kitablarının yazılması və nəşri ilə məşğul olub. Bu kitabları yazarkən K.Uşinski öz sələfləri Komenski, Lokk, Pestalotsi kimi məşhur pedaqoqların irsinə sadiq qalır. Konstantin Uşinski sonralar yazırdı ki, şagirdlər üçün "Vətən dili" kitabını yazarkən təkcə məktəbi deyil, həm də ailəni nəzərdə tutub. Bu kitablar rus xalq məktəbinə böyük təsir edir və bu günə qədər rus pedaqogikasında ən yaxşı vəsait hesab olunur. "İnsan tərbiyə predmeti kimi, pedaqoji antropologiya" kitabında Uşinski Aristoteldən başlamış XIX əsrin ortalarına qədər pedaqoji fikirlərin təhlilini verib. İsveçrədə səfərdə olan Uşinski yerli məktəblər və ali müəllimlik müəssisələrini dərindən öyrənir. "İsveçrədən məktublar" silsiləsindən 7 məktub Uşinskinin elmi-pedaqoji fəaliyyətində xüsusi yer tutur. Xaricdə yazdığı bu məktublarla K.Uşinski öz bədxahlarına göstərmişdi ki, o, sınmayıb, əvvəlki kimi səmərəli fəaliyyətini davam etdirir və öz baxışlarını müdafiə etməyə hazırdır. "İndi elə vaxt yetişib ki, Rusiyaya daha çox məktəb, yaxşı təhsil görmüş müəllimlər lazımdır",-deyə pedaqoq alim yazırdı. İbtidai məktəblər üçün novator vəsaitlər üzərində işləyən K.Uşinski 1864-cü ildə "Doğma söz" kitabını nəşr etdirir. Bu kitab Rusiya pedaqoqlarına işlək ibtidai təhsil sistemi bəxş edib. Daha sonra nəşr olunan "Əlifba" kitabı ibtidai təhsili tam əhatə edirdi. İsveçrədən qayıdan K.Uşinski Kiyevdə yaşayıb və həkimlərin tövsiyəsi ilə Krımda müalicə olunub. O, 1870-ci il dekabrın 22-də Odessada ağ ciyərin xroniki iltihabı xəstəliyindən vəfat edib. "Lomonosov bizim xalq alimi, Puşkin bizim xalq şairi, Qlinka xalq bəstəkarı, Suvorov xalq sərkərdəsi olduğu kimi, Uşinski də bizim əsl xalq müəllimidir",-deyə böyük pedaqoqun tələbələrindən L.Mozdalevski öz müəllimi barədə yazırdı.

“Öyrənməyi öyrətmək”. Konstantin Uşinski mükəmməl didaktika sistemi yaradıb. Burada təhsilin məzmununa dair prinsipial məsələlər açıqlanıb, onun uşağın yaş xüsusiyyətlərinə uyğunlaşdırılması əksini tapıb. Psixologiya və fiziologiyanın son nailiyyətlərinə əsaslanan Uşinski uşağın əqli inkişafı xüsusiyyətlərini açıb. Təlimin psixoloji mexanizmlərinin mahiyyətini tədqiq edən pedaqoq diqqətin, yaddaşın, təxəyyülün, emosiyaların, iradənin, düşüncənin psixoloji mexanizmlərinin təhlilini verib, təlim prosesində onların nəzərə alınması və inkişaf etdirilməsi zəruriliyini əsaslandırıb. Uşinski pedaqoq qarşısında "öyrənməyi öyrətmək" və şagirdə həyatda öz yolunu tapmağa kömək etmək vəzifəsini qoyurdu. Uşinski deyirdi:

  • - Heç vaxt uşağa yerinə yetirilməsi mümkün olmayanı vəd etməyin və heç vaxt onu aldatmayın.

  • - Yalnız şəxsiyyət şəxsiyyəti müəyyən edə və onu inkişaf etdirə bilər, yalnız xarakterlə xarakter yaratmaq olar.

  • - Öz biliyini yalnız biliksizliyinə açıq gözlə baxmaqla genişləndirmək olar.

  • - Həyatda məqsəd insan ləyaqətinin və insan xoşbəxtliyinin əsasıdır.

  • - Əgər pedaqogika insanı bütün münasibətlərdə tərbiyələndirmək istəyirsə, onda insanı həm də bütün münasibətlərdə öyrənməlidir.

  • - Əgər tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onda insanı xoşbəxtliyə deyil, həyatda əməyə hazırlamalıdır.

  • - Şagirdin müstəqil düşünən başı hər cür faydalı təlimin yeganə möhkəm əsasıdır.

  • - Tərbiyənin ən vacib hissəsi insan xarakterinin yaranmasıdır.


Yüklə 25,39 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin