İşçi heyətin gücləndirilməsi prosesi. Müvəffəqiyyətli kadrların gücləndirilməsi prosesində qurumun gələcəyi üçün paylaşılan bir vizyon hazırlanmalı, personala təhsil imkanı verilməlidir, personal gücləndirilməsi maneə törədəcək fərdi, təşkilati və idarəetmə faktorları aradan qaldırılmalı, işçilər və rəhbərlik bir-birinə qarşı açıq olmalı, gücləndiriləcək personal maddi və mənəvi olaraq dəstəklənməlidir, proses qiymətləndirilməli və yarana biləcək problemlər düşünülərək lazımlı tədbirlər görülməlidir ( Baltaş, 2001,147).
Russa görə (1995) müvəffəqiyyətli personal gücləndirilməsi üçün lazım olan amillər:
Heyətin gücləndirilməsi bir üsul deyil, fəlsəfə kimi işçiyə təlqin etmək ,
Qiymətləndirilmə aparəlarkən aydın və real olmağın vacib olması,
Qavrayış , bilik və bacarıqların əhəmiyyətli olması,
Gözləntilərin real olması və xəyalpərəst davranmağın gərəkli olmaması,
Personalın gücləndirilməsi prosesinin səbr tələb etməsi.
Robbins və b. (2002), kadrların gücləndirilməsinin sadə bir şəkildə həll edilə bilməyəcəyini və dinamik bir mühitdə davam edən bir proses hesab edilməli olduğunu bildirir. Təşkilatın ümumi strukturundan təsirlənərək yaradılan yerli biznes mühiti kadrların gücləndirilməsi prosesinin ilk və ən vacib mərhələsidir. Təşkilati çərçivə və yerli iş mühiti personal gücləndirmənin fərdi istiqamətini təşkil personalın fürsət, dəstək, sədaqət və güvən kimi hiss və mövqelərinə təsir etməkdədir. Personalların sahib olduqları bu anlayış və tutumlar vasitəçiliyi ilə təşkilati çərçivə və yerli iş mühitindən gələn təsirlər psixoloji personal gücləndirilməsinin meydana gəlməsində əhəmiyyətli bir vəzifəni boynuna götürür . Proses psixoloji heyətin gücləndirilməsinin dörd əsas ünsürü olan təsir, anlam, yeri və öz müqəddəratını təyinatının inkişaf etmiş davranışa çevrilməsi ilə tamamlanır və təşkilatı mədəniyyət, bütün səviyyələrdə yeniliklərə açıq olmaq kimi sıralamışdır.