Müəssisənin (firmanın) iqtisadiyyatı fənnindən (A) Ümumi halda iqtisadiyyat nəyə xidmət edir


Müəssisələrdə vaxtamuzd əmək haqqı formasının tətbiqinin səmərəsiz olduğu hal hansıdır



Yüklə 1,08 Mb.
səhifə2/13
tarix21.06.2018
ölçüsü1,08 Mb.
#54371
1   2   3   4   5   6   7   8   9   ...   13

80. Müəssisələrdə vaxtamuzd əmək haqqı formasının tətbiqinin səmərəsiz olduğu hal hansıdır:

A)) əməyin texniki normalaşdırılması mümkün olduqda;

B) məhsul buraxılışının artırılması imkanının olmaması;

C) istehsal prosesinin ciddi reqlamentləşdirilməsi;

D) fəhlənin funksiyası texnoloji prosesinin gedişinə nəzarətdən ibarət olduqda;

E) məhsul buraxılışının artması zay məhsul buraxılışına səbəb olduqda.



81. Əməyin normalaşdırılması nədir:

A)) normal iş şəraitində konkret işə və ya əməliyyata müəyyən olunmuş vaxtdır;

B) işin yerinə yetirilməsinə işçinin sərf etdiyi vaxtdır;

C) menecerin fəhlələri işlətdiyi ümumi vaxtdır;

D) məhsul vahidinin gün ərzində hazırlanma vaxtıdır;

E) müəssisə işçilərinin il ərzində içlədiyi saatların miqdarıdır.



82. İşçilərin sayının müəyyən olunmasında hansı göstəricilərdən istifadə olunur:

A)) istehsal gücü, istehsal norması, işin quruluşu;

B) istehsalın ümumi həcmi, iş vaxtının illik həcmi;

C) istehsal gücü, istehsal tapşırığı, iş vaxtı,;

D) işçilərin maddı tələbatı, iş vaxtı fondu;

E) işə qəbul olunma barədə dövlət siyasəti.



83. Xidmət norması nəyi əks etdirir:

A)) vaxt vahidinə işçinin xidmət etdiyi obyektlərin sayını;

B) gün ərzində işlədilən avadanlıqların sayını;

C) ümumiyyətlə işçilərin xidmət etdiyi avadanlıqların sayını;

D) müəssisədə xidmət olunan avadanlıqların sayını;

E) işçilərin fəaliyyətə sərf etdikləri vaxtın miqdarını.



84. İşəmuzd əmək haqqının sistemlərinin tərkibinə aid deyil:

A)) mövsümi mükafatı;

B) birbaşa işəmuzd;

C) dolayı işəmuzd;

D) mütərəqqi işəmuzd;

E) mükafatlı işəmuzd.



85. Əmək haqqının vaxtamuzd formasının sistemlərinə daxildir:

A)) sadə vaxtamuzd;

B) akkord sistemi;

C) işəmuzd mütərəqqi;

D) dolayı işəmuzd;

E) işəmuzd dolayı.



86.Bazar iqtisadiyyatı şəraitində əmək haqqının hansı sistemi geniş yayılmışdır :

A)) tarifsiz;

B) işəmuzd;

C) vaxtamuzd;

D) sadə işəmuzd;

E) sadə vaxtamuzd.



87. Əməyin ödənilməsinin tarifsiz sistemi üzrə əmək haqqının ölçüsünün amillərinə aid deyil:

A)) işçinin ixtisas dərəcəsi;

B) işçinin ixtisas səviyyəsi;

C) işçinin iş təçrübəsi;

D) işçinin əməkdə iştirak əmsalı;

E) işçinin faktiki sərf etdiyi vaxt.



88. Əməyin ödənilməsinin tarifsiz sisteminin növü olan kontrakt sistemində müqavilənin tərkibində əks olunmayan hissə:

A)) əməkdə iştirak əmsalı;

B) əmək şərtləri;

C) tərəflərin hüquq və vəzifələri;

D) iş rejimi və əməyin ödənilmə səviyyəsi;

E) müqavilənin fəaliyyət müddəti.



89. Müəssisələrin tərkibinə daxil olan struktur bölmələrinin vəhdətliyi bunlardır:

A)) istehsal-texniki, təşkilati, iqtisad;

B) mexaniki, texnoloji, sosial;

C) istehsal, texnoloji, sosial;

D) təşkilati, iqtisadi,sosial;

E) texniki,texnoloji, mexaniki.



90. Müəssisənin təsisçilərinin xüsusiləşmiş əmlakının əmələgəlmə mənbələrinə aid deyil:

A)) dövlət büdcəsindən ayırmalar;

B) təsiscilərin pul və maddi payları ;

C) qiymətli kağızların satışından əldə edilən gəlirlər;

D) bank kreditləri və digər kreditlər;

E) hüquqi və fiziki şəxslərin əvəzsiz verdikləri vəsait.



91. Əmək məhsuldarlığının ölçülməsində şərti-natural döstərici nə vaxt tətbiq edilə bilər:

A)) eyni məhsul müxtəlif ölçülərdə olduqda;

B) müxtəlif məhsulların ölçüləri müxtəlif olduqda;

C) eyni məhsulların keyfiyyəti müxtəlif olduqda;

D) eyni məhsulların komponentləri müxtəlif olduqda;

E) eyni məhsulların dəyəri müxtəlif olduqda.



92. Əmək məhsuldarlığının dəyər ifadəsində səviyyəsi müəyyən edilərkən hansı göstəricilərdən istifadə olunur :

A)) ümumi məhsul, satlıq məhsul, xalis məhsul;

B) texniki məhsul, texnoloji məhsul, mexaniki məhsul;

C) texniki məhsul, ümumi məhsul, əlavə məhsul;

D) satlıq məhsul, əlavə məhsul, texnoloji məhsul;

E) mexaniki məhsul, xalis məhsul, satlıq məhsul.



93. Məhsul vahidinin istehsalı üçün iş vaxtı sərfi belə adlanır:

A)) əmək tutumu;

B) əmək məhsuldarlığı;

C) əmək günü;

D) iş rejimi;

E) əmək şəraiti.


94. Qeyd edilənlərdən hansı əmək tutumunun növlərinə aid deyil:

A)) əşya əmək tutumu;

B) texnoloji əmək tutumu;

C) istehsal əmək tutumu;

D) istehsalın idarə edilməsinin əmək tutumu;

E) tam əmək tutumu.



95. Əmək məhsuldarlığının artırılması amillərinin qrupu hesab edilmir:

A)) bioloji;

B) maddi-texniki;

C) təşkilati;

D) iqtisadi;

E) sosial.



96. Müəssisələrin əsas əlaməti-onun mülkiyyətində, təsərrüfat fəaliyyətində nəyin olmasıdır:

A)) xüsusi əmlakın ;

B) xüsusi maliyyə vəsaitinin;

C) xüsusi hüququn;

D) xüsusi əlaqələrin;

E) xaricə çıxışın.



97. Müəssisələrin təşkilatların mülkiyyətində olan əmlak belə ayrılır:

A)) daşınan, daşınmaz;

B) daşınan, ödənən;

C) ödənən, ödənməyən;

D) sadə və mürəkkəb;

E) daşınmaz, mürəkkəb.



98. Müəssisənin dövriyyədən kənar aktivlərin tərkibində əsas yeri nə tutur:

A)) əsas fondlar;

B) dövriyyə fondları;

C) pul vəsaitləri;

D) istehsal olunan məhsul;

E) alınmış xammal.



99. İstehsal fondlarının tərkibi belədir:

A)) əsas istehsal fondları, dövriyyə fondları;

B) dövlət fondları, sahibkar fondları;

C) ərazi fondları, regional fondlar;

D) təşkilat fondları,müəssisə fondları;

E) pul fondları, yardım fondları.



100. Əsas fondların mahiyyət şərtləri hansılardır:

A)) uzun müddət istifadə, dəyəri hissə-hissə keçirmə, görünüşünü saxlama;

B) uzun müddət istifadə, formasını dəyişmə, dəyərini məhsula tam keçirmə;

C) əmək vasitələri və əmək predmetləri olması;

D) müəssisənin mülkiyyətində dəyəri olan əmlakdır;

E) mənfəət gətirmək qabiliyyəti, bərpa olunma qabiliyyəti.



101. İstehsal əsas fondlarının mövcud təsnifata görə qruplaşdırılmasının tərkibinə aid deyil:

A)) xammal və materiallar;

B) binalar;

C) maşınlar və avadanlıqlar;

D) nəqliyyat vasitələri;

E) torpaq sahələri.



102. İstehsal əsas fondlarının quruluşu belə hesablanır:

A)) ünsürlərdən hər birinin ümumi dəyərdəki xüsusi çəkisi;

B) aktiv hissələrin dəyərinin passiv hissələrin dəyərinə nisbəti;

C) binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti;

D) texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti;

E) əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi.



103.Qeyd edilən istehsal vasitələrindən hansı əsas fond deyil:

A)) məmulat;

B) bina;

C) qurğu;

D) dəzgah;

E) nəqliyyat.



104. Əsas fondların qiymətləndirmə üsulları hansılardır:

A)) ilk tam dəyəri, bərpa,qalıq dəyəri;

B) natural,dəyər, pul ifadəsində;

C) sayını qiymıtinə vurmaqla;

D) topdansatış qiymətlə;

E) qalıq və satış dəyərinə görə


105. Əsas fondların aşınma növləri hansılardır:

A)) fiziki, mənəvi, sosial, iqtisadi;

B) fiziki, texniki, mənəvi sosial;

C) texniki, texnoloji,fiziki, mənəvi;

D) mənəvi,psixoloji,iqtisadi,sosial;

E) texniki, mənəvi, sosial ,siyasi.



106 Dövriyyə vəsaitlərindənistifadə göstəricilərinə aiddir:

A)) dövriyyə vəsaitinin dövretmə əmsalı;

B) dövriyyə vəsaitinin ümumi dəyəri;

C) dövriyyə vəsaitinin gətirilmə müddətləri;

D) xammal, yanacağın anbara daxil olması dövrü;

E) xammalın anbardan verilmə dövrləri.



107. Dövriyyə vəsaitinin dövretmə əmsalı belə hesablanır:

A)) məhsul satışının həcminin dövriyyə vəsaitlərinin orta qalığına nisbətilə;

B) istehsal məsrəflərin məhsulun həcminə nisbətilə;

C) ümumi məhsulun dövriyyə fondlarının dəyərinə nisbətilə;

D) satılan məhsulun dövriyyə fondlarının dəyərinə nisbətilə;

E) saxlanılan məhsulun istehsal fondlarının dəyərinə nisbətilə.


108. Xammal və materiallardan istifadənin səmərəliliyinini xarakterizə edən göstərici hesab edilir:

A)) materiallardan istifadə əmsalı;

B) materialların keyfiyyət artımı;

C) ;material sərfinin quruluşu

D) materialların tərkib elementlərinin miqdarı;

E) material xərcləri.


109. Materiallardan istifadə əmsalı məhsulun hazırlanma prosesində nəyi əks etdirir:

A)) əmələ gələn itkilərin miqdarını;

B) materialdan istifadədən gəlirlərini;

C) materialdan istifadədən xərclərini;

D) məhsulun hazırlanmasının material tutumunu;

E) materialın xüsusi çəkisini.


110. Yanacaq istehlak edən avadanlıqların faydalı iş əmsalı ilə xarakterizə olunan göstərici belə adlanır:

A)) yanacaqdan istifadə əmsalı;

B) yanacaqdan istifadənin miqdarı;

C) yanacaqdan istifadənin quruluşu;

D) yanacaqdan istifadə xərcləri;

E) yanacaqdan istifadə tutumu.


111. İstehsal prosesinin məcburi elementi və maya dəyərinin əsas hissəsi belə adlanır:

A)) dövriyyə fondları;

B) əsas fondlar;

C) investisiya qoyuluşu;

D) tədavül fondları;

E) maliyyə fondları;


112.Qeyd edilənlərdən hansı dövriyyə istehsal fondlarının xarakterik xüsusiyyətini əks etdirir :

A)) bir istehsal tsiklində tamamilə sərf olunmaq;

B) bir neçə istehsal tsiklində iştirak etmək;

C) dəyərini məhsulun istehsal xərçinə hissə-hissə keçirmək;

D) maya dəyərini tam əhatə etmək;

E) natural formasını dəyişməmək.


113. Dövriyyə fondlarının təyinatına görə hissələrinə aiddir:

A)) istehsal ehtiyatları, bitməmiş istehsal;

B) xammal, hazır məhsullar;

C) anbarda toplanmış bütün məhsullar;

D) elmi-tədqiqat xərcləri, hazır məhsullar;

E) əmtəəlik məhsul, göndərilən məhsullar.


114. Dövriyyə vəsaitlərinin yüklənmə belə hesablanır:

A)) dövriyyə vəsaitinin orta qalığının məhsul satışının həcminə nisbəti ilə;

B) məhsul satışının həcminin dövriyyə vəsaitinin orta qalığına nisbəti ilə;

C) istehsal məsrəflərinin dövriyyə fonduna nisbəti ilə;

D) dövriyyə fondunun istehsal məsrəflərinə nisbəti ilə;

E) ümumi məhsulun dövriyyə fondunun dəyərinə nisbəti ilə.



115. Dövriyyə vəsaitlərinin tərkibini müəyyən edin:

A)) dövriyyə fondları, tədavül fondları;

B) istehsal əsas fondları, ticarət fondları;

C) əsas fondlar, kapital qoyuluşu;

D) investisiya fondları,alınmış fondlar;

E) cari fondlar,gələcək fondlar.


116. İstehsal prosesinə buraxılmaq üçün hazırlanmış əmək predmetləri belə adlanır:

A)) istehsal ehtiyatları;

B) bitməmiş istehsal;

C) satlıq məhsul;

D) fond ehtiyyatları;

E) gələcək dövrün xərcləri.


117. İstehsal ehtiyatlarının tərkibinə aid deyil:

A)) istehsal olunmuş hazır məhsul;

B) xammal və yarımfabrikatlar;

C) əsas və köməkçi materiallar;

D) yanacaq;

E) tara materiallar.


118. Bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlara aiddir:

A)) istehsal prosesinə daxil olmuş əmək predmetləri;

B) istehsal prosesindən çıxmış əmək predmetləri;

C) istehsal prosesində iştirak etmiş əmək vasitələri;

D) istehsalı başa çatmış əmək cisimləri;

E) müəssisənin anbarına daxil olmamış xammallar.


119. Bitməmiş istehsalın tərkibinə aid deyil:

A)) məhsullar;

B) materiallar;

C) detallar;

D) qovşaqlar;

E) məmulatlar.


120. Faktiki sərf edilmiş lakin ödənilməsi gələcəkdə nəzərdə tutlan xərclər belə adlanır:

A)) gələcək dövrün xərcləri;

B) gələcək dövrün gəlirləri;

C) məhsula çəkilən xərclər;

D) cari dövrün xərcləri;

E) cari dövrün gəlirləri.


121. Gələcək dövrün xərclərinə aid deyil:

A)) məhsulun istehsalı üçün çəkilən xərclər;

B) məhsulun hazırlanması və mənimsənilməsi xərcləri;

C) səmərələşdirmə və ixtiralar üçün xərcləri;

D) layihə axtarış işləri üçün xərclər;

E) avadanlığın yerinin dəyişdirilməsi üçün xərclər.


122.Müəssisənin tədavül fondlarına aid deyil :

A)) müəssisənin satdığı məhsullar;

B) müəssisənin anbarında olan hazır məhsul;

C) yüklənib göndərilmi, lakin pulu ödənilməmiş məhsul;

D) pul vəsaiti və məhsulun istehlakçıları ilə hesablaşmada olan vəsait;

E) debitor borcları.


123. Sənaye müəssisələrində dövriyyə vəsaitinin strukturuna təsir edən amillərin tərkibinə aid edilir:

A)) hazır məhsulun keyfiyyəti;

B) hazır məhsulun kəmiyyəti;

C) hazır məhsuldan gəlirlər;

D) hazır məhsula çəkilən xərc;

E) zay məhsuldan itkilər.


124. Yaranma mənbələrinə görə dövriyyə vəsaitləri belə bölünür:

A)) xüsusi və borc alınmış vəsaitlər;

B) ümumi və borc alınmış vəsaitlər;

C) ümumi və xüsusi borc vəsaitləri;

D) daxili və xarici borc vəsaitləri;

E) ümumi və daxili borc vəsaitləri.


125. Xüsusi vəsaitlər hansı hesaba yaradılan vəsaitlərdir:

A)) müəssisənin öz vəsaiti hesabına;

B) kənar təşkilatların öz vəsaitləri hesabına;

C) dövlət büdcəsi hesabına ;

D) xarici dövlətlərin hesabına;

E) başqa şəxslərin öz vəsaiti hesabına.


126. Dövriyyə vəsaitlərinin dövr etmə mərhələləri hansılardır:

A)) tədavül-istehsal-tədavül;

B) istehsal-satış-istehlak;

C) alqı-istehlak-satış;

D) tədavül-istehsal-istehlak;

E) tədavül-istehsal-istehsal.


127. Əsas fondların amortizasiyası nədir:

A)) aşınma ilə əlaqədar əsas fondun dəyərindən yaradılan məhsulun üzərinə keçən dəyərdir;

B) əsas fondların dəyərindəki artımdır;

C) mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəridir;

D) əsas fondların yenilərilə əvəz olunma faizidir;

E) əsas fondun satışından gələn gəlirdir.


128. İstehsal əsas fondların “qurğular və ötürücü mexanizmlər” ünsürühansı istehsalda daha yüksək xüsusi çəkiyə malikdir:

A)) neftçıxarma;

B) maşınqayırma;

C) yüngül, sənaye;

D) yeyinti, sənayesi;

E) metallurgiya.


129. Binalr, qurğular və tikililər üçün amortizasiya norması nə qədərdir:

A)) 7 faizədək;

B) 25 faizədək;

C) 20 faizədək;

D) 10 faizədək;

E) 15 faizədək.


130. İnsan orqanizminə təsir edən fondların köhnəlmə növü belə adlanır:

A)) sosial;

B) fiziki;

C) iqtisadi;

D) ictimai;

E) mənəvi.


131. Əsas fondların istifadə müddəti bitməyən qeyri-maddi ünsürləri üçün amortizasiya norması belədir:

A)) 10 faizədək;

B) 20 faizədək;

C) 25 faizədək;

D) 7 faizədək;

E) 15 faizədək.


132.Maşın və avadanlıqlar üçün amortizasiya norması nə qədərdir :

A)) 25 faizədək;

B) 20 faizədək;

C) 7 faizədək;

D) 10 faizədək;

E) 15 faizədək.


133. Sürətli amorizasiya nədir:

A)) ilk dövrlərdə əsas fondların dəyərinin daha böyük hissəsinin amortizasiya olunmasıdır;

B) əsas fondların ilk üç ildə amortizasiyalanmasıdır;

C) ilk dövrlərdə əsas fondların dəyərinin daha az hissəsinin amortizasiyalarına ayırmalarına cəlb edilməsilə amortizasiya müddətinin uzadılması;

D) əsas fondların mənəvi baxımından daha yenilərini almaq üçün mövcud olanların sürətlə satılmasıdır;

E) əsas fondların dəyərinin sürətlə artırılmasıdır.


134. Əsas fondlardan istifadənin ümumi və xüsusi göstəriciləri hansılardır:

A)) fondverimi və növbəlilik əmsalı;

B) iqtisadi və sosial, artım əmsalı;

C) ;fondverimi və köhnəlmə müddəti

D) fondtutumu və təzələnmə əmsalı;

E) əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti .


135. Müəssisələrin əsas fondlarının strukturuna hansı amil təsir göstərmir:

A)) kadrların idarə edilməasinin təkmilləşdirilməsi;

B) elmi-texniki tərəqqi;

C) istehsal edilən məhsulun mürəkkəblik dərəcəsi;

D) istehsalın təmərküzləşmə səviyyəsi;

E) istehsalın ixtisaslaşma səviyyəsi.


136. Müəssisədə istehsal əsas fondlarının qiymətləndirilməsinin natural göstəricilərdən hansı məqsədlər üçün istifadə edilir:
A)) əsas fondların texniki tərkibini, istehsal gücünü müəyyən etmək;

B) istehsal gücündən istifadəni yüksəltməyə dair tapşırıqları və fondtutumunu müəyyən etmək;

C) kadrlara olan tələbatı, istehsal gücünü müəyyən etmək;

D) əsas fondların texniki tərkibini, amortizasiya ayırmalarını müəyyən etmək;

E) avadanlıq balansı tərtib etmək, fondverimini müəyyən etmək.
137. Müəssisədə avadanlıqlardan intesiv istifadə yollarına aıd deyil

A)) hazırlıq tamamlama işlərinə və köməkçi əməliyyatlara vaxt sərfinin azaldılması;

B) avadanlığın birdəfəlik yükünün artırılması;

C) material emalının sürətinin artırılması;

D) xammal və materialları istehsala hazırlamaqla, onların keyfiyyətinin texnoloji proseslərin tələblərinə və hazırlanan məhsulun keyfiyyətinə uyğun gəlməsinin təmin edilməsi;

E) istehsal prosesinin qrafik üzrə sabit və müntəzəm, boşdayanma hallarına yol vermədən ahəngdar və birqərarda getməsinin təmin edilməsi.


138. İstehsal gücü nədir:

A)) müəssisənin zəruri keyfiyyətdə, çeşiddə maksimum məhsul buraxa bilmə qabiliyyətidir;

B) müəssisəyə dövlətin icazə verdiyi maksimum istehsal imkanı;

C) müəssisə məhsullarının satıla biləcək maksimum həcmi;

D) müəssisənin ilk istehsal həcmi;

E) bazarın yerli məhsul tutumu.


139. İstehsal gücündən istifadənin ekstensiv göstəricisi hansıdır:

A)) növbəlilik əmsalı;

B) istehsal güclərindən istifadə əmsalı;

C) fondverimi;

D) avadanlıqlardan istifadə əmsalı;

E) əsas fondların rentabelliyi.


140. Müəssisənin istehsal gücünü müəyyən edən amil hansıdır:

A)) avadanlıqların məhsuldarlığı;

B) amortizasiya ayırmaları normaları;

C) dövretmə əmsalı;

D) məhsulun əmək tutumu;

E) ümumzavod xərcləri.


141. Müəssisənin istehsal gücünü müəyyən edən amillərə aid deyil:

A)) avadanlıqlardan istifadə səviyyəsi;

B) qurulmuş avadanlıqların sayı;

C) istehsal meydançalarının sahəsi;

D) avadanlığın texniki cəhətdən əsaslandırılmış məhsuldarlıq norması;

E) avadanlığın vaxt fondu.


142. Müəssisənin dövriyyə fondları nədir:

A)) yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyiışən istehsal fondlarıdır;

B) öz formasını istehsal prosesində dəyişməyən istehsal fondlarıdır;

C) istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır;

D) öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar;

E) təbii olan bütün fondlar.


143. Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır:

A)) istehsal ehtiyyatları, bitməmiş istehsal və gələcək dövrün xərcləri;

B) yanacaq, təmir ehtiyyatları və hazır məhsul;

C) tədavül fondları, gələcək dövrün xərcləri və pul vəsaiti;

D) pul vəsaitləri, azqiymətli tezköhnələn əşyalar, debitor borcları;

E) gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri.



144. Əməyin normalaşdırılmasının metodu hesab olunur:

A)) analitik;

B) sintetik;

C) operativ;

D) normativ;

E) fizioloji.


145. Dövriyyə vəsaitlərinə nələr aiddir:

A)) dövriyyə fondları və tədavül fondları;

B) dövriyyə fondları və əsas fondlar;

C) gələcək dövrün xərcləri və ötürücü qurğular;

D) istehsal ehtiyyatları və qurğular;

E) pul vəsaiti və çoxillik əməklər.



146. Müəssisədə materiallardan ehtiyyat növləri hansılardır:

A)) cari, hazırlıq, sığorta, mövsümü;

B) uzunmüddətli, qısamüddətli, cari, hazırlıq;

C) cari, mövsümi, müddətli, hazırliq;

D) cari, istehsal, satış, sığorta;

E) istehsal, satış, xidmət, cari.



147. Məsrəf normasına daxil olmayan nədir:

A)) təchizat itkiləri;

B) texnoloji itkilər;

C) xalis məsrəf;

D) texnoloji tullantılar;

E) texniki-təşkilati itkilər.



148. Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:

A)) gələcək dövrün xərcləri;

B) bitməmiş məhsul;

C) istehsal ehtiyyatları;

D) dövriyyədə olan pul vəsaitləri;

E) hazır məhsul


149. Dövriyyə vəsaitlərinin normalaşdırılmayan ünsürü hansıdır:

A)) dövriyyədə olan pul vəsaitləri;

B) istehsal ehtiyyatları;

C) bitməmiş ehtiyyatlar;

D) gələcək dövrün gəlirləri;

E) hazır məhsul.


150. müəssisədə pul vəsaiti saxlanılmasının hansı motivi yolverilməzdir:

A)) cərimələr;

B) sövdələşmə;

C) xəbərdarlıq;

D) əmək haqqının ödənilməsi;

E) möhtəkirlik.



151. İqtisadiyyatın müxtəlif sahələri və ya müəssisələrdə mütləq ölçüdə alınan iqtisadi nəticə nədir:

A)) səmərədir;

B) sistemdir;

C) sosial gücdür;

D) iqtisadi siyasətdir;

E) iqtisadi təcrübədir.



152. Səmərəlilik meyarı – istehsal fəaliyyətinin hansı hissəsidir:

A)) son nəticədir;

B) son məhsuludur;

C) son məsrəfidir;

D) son qalığıdır;

E) son itkisidir.



153. İctimai istehsalın iqtisadi səmərəliliyinin ümumiləşdirici göstəricisi kimi hansı göstərici qəbul edilir:

A)) ictimai əmək məhsuldarlığının səviyyəsi;

B) ictimai əmək məhsuldarlığının amilləri;

C) ictimai əmək məhsuldarlığının quruluşu;

D) ictimai istehsala çəkilən məsrəflər;

E) ictimai istehsalın quruluşu.


154. İctimai istehsalın iqtisadi səmərəliliyinin mühüm göstəricilərinə daxil deyil:

A)) kredit tutumu;

B) əmək tutumu;

C) material tutumu;

D) kapital tutumu;

E) fond tutumu.


155. Məhsulun əmək tutumu belə müəyyən olunur:

A)) maddi iste4hsalda sərf olunmuş əməyin məhsulun ümumi həcminə nisbətilə;

B) məhsulun ümumi həcminin istehsala sərf olunmuş əməyə nisbətilə;

C) ümumi məhsulun əsas və dövriyyə fondlarına nisbətilə;

D) əsas və dövriyyə fondlarınan ümumi məhsula nisbətilə;

E) mənfəətin maya dəyərinə nisbətinin %-lə ifadəsi ilə.


156. İctimai məhsulun materialtutumu belə hesablanır:

A)) ictimai məhsula xammal, material və s. xərclərinin məhsulun dəyərinə nisbəti;

B) maddi istehsala sərf olunmuş əməyin məhsulun həcminə nisbətilə;

C) əsas fondların dəyərinin məhsulun dəyərinə nisbəti ilə;

D) kapital qoyuluşunun məhsulun dəyərinə nisbəti ilə;

E) mənfəətin əsas fondlarına nisbəti ilə.


157. İstehsalın səmərəliliyinin yüksəldilməsi amillərinə aid edilmir:

A)) istehsal sahələrinin quruluşu;

B) elmi-texniki tərəqqi;

C) qənaət rejimi;

D) iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi;

E) təşkilati-iqtisadi amillər.



158. Maddi-texniki təminat hansı fəaliyyət növünə aid edilir:

A)) kommersiya fəaliyyətinin;

B) istehsal fəaliyyətinin;

C) xidmət fəaliyyətinin;

D) əmək fəaliyyətinin;

E) sosial fəaliyyətinin.



Yüklə 1,08 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin