Mühasibat uçotu hesabalarının təsnifatı
Mühasibat uçotu hesabları müəssisə və şirkətlərin informasiya sisteminin əsasını təşkil edir. Gündəlik aparılan təsərrüfat əməliyyatları və onların uçotunun düzgün təşkil olunmasını təmin etmək üçün mühasibat uçotu hesablarının müəyyən qaydada təsnifləşdirilməsini tələb edir. Hesablar müəyyən informasiya vəzifəsini yerinə yetirdiyi ilə əlaqədar olaraq təsnifləşdirmə əməliyyatı müəyyən qaydada tərtib olunmalıdır. Həmin qaydalar hər bir mühasibat uçotu hesabının əks olunması sistemində informasiyaların hazırlanmasında öz yerini tutmalıdır.
Hazırki şəraitdə bazar iqtisadiyyatına keçid və uçot sistemində yeni obyektlərin yaranmasını vacib şərtə çevirmişdir. Buna görə də mühasibat uçotu hesablarının təsnifatında bu qrup obyektlərin iştirakı ilə əmlakın və onların əmələgəlmə mənbəələrinin hesablar sistemində qruplaşdırılması nəzərə alınmalıdır.
Beləliklə, müasir mühasibat uçotu hesablarının nəzəriyyəsi sistemində uçot hesabları iki qrupa bölünür:
a) İqtisadi məzmununa görə;
b) Təyinatına və quruluşuna görə.
Hesabların iqtisadi məzmununa görə təsnifatı ölkə təsərrüfatının müxtəlif sahələrində istifadə ediləcək hesabların siyahısını qabaqcadan hazırlanmasına şərait yaradır.
Mühasibat uçotu hesablarının iqtisadi məzmununa görə təsnifatı onların beş qrup üzrə bölüşdürülməsini nəzərdə tutur.
Birinci qrup hesablar aparılan təsərrüfat əməliyyatları üzrə informasiyaların cəmləşdirilməsi, müəssisə vəsaitinin əmlakı üzərində nəzarətin təmin olunması və onların formalaşması mənbəələrinin müəyyənləşdirən hesablar təşkil edir. Bu qrup hesablara əsas vəsaitlərin uçotu, material ehtiyatları, hazır məhsullar, hesablaşma hesabı, valyuta hesabı, debitorlar, kreditorlar, satıcılarla hesablaşmalar və s. aiddir.
Göstərilən hesab qrupundakı hesablar müəssisənin əmlakının tərkibi, yerləşməsi və onların əmələ gəlməsi mənbəələrini göstərir. Bu hesabların qalıqlarında əks olunmuş göstəricilər bilavasitə müəssisə balansında əks olunur.
İkinci qrup mühasibat uçotu hesablarına vəsaitlərinin qiymətləndirilməsi ilə əlaqədar hesablar daxildir, yəni tənzimləyici hesablar adlanır. Ümumiyyətlə bu hesablar tənzimləyici hesablar sayılmasına baxmayaraq onların sərbəst analitik əhəmiyyətləri vardır.
Əgər balans hesabı üzrə vəsaitin qiymətinin artırılması aparılırsa onda vəsaitin qiymətini tənzimləyən hesab, əsas hesabı tənzimləyən əlavə nizamlayıcı hesab adlanır və onun məbləği əsas hesabdakı qalıq məbləğinin üzərinə əlavə edilir. Bu hesaba «Materialların tədarükü və əldə edilməsi» hesabını misal göstərmək olar. Bu əməliyyatda əgər vəsaitin qiyməti və onun məbləği azalırsa onda tənzimləyici hesab tənzimləyici hesab kimi çıxış edir və onun qalığının məbləği əsas nizamlaşdırıcı hesabın qalığının məbləğindən çıxılmalıdır.
Üçüncü qrup hesablara o hesablar daxildir ki, onlar əməliyyat hesabları olaraq müəssisə təsərrüfat proseslərini əks etdirmək və onun həyata keçirilməsinə nəzarət etmək üçün istifadə olunur. Mühasibat uçotu hesablarının təsnifatı sistemində bu hesablar vasitəsilə ümumiyyətlə istehsal olunmuş əsas və köməkçi istehsal məhsullarına sərf olunmuş məsrəfləri, o cümlədən ayrı-ayrı sexlər üzrə, məhsul növləri üzrə məsrəflərin müəyyən olunmasına imkan verir. Bu qrup hesablarla əldə olunmuş informasiyalar vasitəsilə məhsul istehsalı prosesi, icra olunmuş işlər və xidmətlər üzrə mənfəət və zərərlər müəyyən olunur.
Həmin əməliyyat hesabları da özlüyündə iki qrupa - kalkulyasiyaedici hesablara və toplayıcı-bölüşdürücü hesablara ayrılır.
Kalkulyasiyaedici hesablara o hesablar daxildir ki, onların vasitəsilə istehsal olunmuş və satılmış məhsulların maya dəyəri müəyyən olunur. Bu qrup hesablara «Əsas istehsalat», «Köməkçi istehsalat» və «Kapital qoyuluşu» hesabları daxildir.
İqtisadi məzmununa görə «Əsas istehsalat» hesabında aşağıdakı mühasibat uçotu yazılışları aparılır: «Əsas istehsalat» hesabı müəssisənin yaradılmasının əsas məqsədi hesab olunan məhsulun (işin, xidmətin) istehsalına çəkilən məsrəflər haqqında məlumatların ümumiləşdirilməsi üçün nəzərdə tutulmuşdur. «Əsas istehsalat» hesabının debetində bilavasitə məhsul buraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflər, eləcə də köməkçi istehsalatların xərcləri, əsas istehsalata xidmət və onun idarə edilməsi ilə bağlı qeyri-müstəqim xərclər və zay edilmədən əmələ gələn itkilər əks etidirilir. Bilavasitə məhsul baraxılışı, yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar olan birbaşa xərclər, istehsalat ehtiyatlarını, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və s. uçota alan hesabların kreditindən «Əsas istehsalat» hesabının debetinə silinir.
«Əsas istehsalat» hesabının krediti üzrə istehsalı başa çatmış məhsulun, yerinə yetirilmiş iş və xidmətlərin faktiki maya dəyərinin məbləğləri əks etdirilir. Bu məbləğlər «Əsas istehsalat» hesabının kreditindən «Hazır məhsul», «Məhsul (iş, xidmət) satışı», «Məhsul (iş, xidmət) buraxılışı» və s. hesabların debetinə yazılmaqla silinir. «Əsas istehsalat» hesabı üzrə ayın axırına olan qalıq bitməmiş istehsalın dəyərini göstərir.
İqtisadi məzmununa görə «Köməkçi istehsalat» hesabında aşağıdakı mühasibat yazılışları aparılır: «Köməkçi istehsalat» hesabı müəssisənin əsas istehsalı, yaxud əsas fəaliyyəti üçün köməkçi (yardımçı) olan istehsalatların məsrəfləri haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur.
«Köməkçi istehsalat» hesabının debeti üzrə bilavasitə məhsul buraxılışı işinin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar birbaşa xərclər, habelə köməkçi istehsalatlara xidmət və onların idarə edilməsi ilə əlaqədar qeyri-müstəqim xərclər və zay nəticəsində itkilər əks etdirilir. Bilavasitə məhsul buraxılışı, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar istehsalat ehtiyatlarını, əməyin ödənişi üzrə işçi heyəti ilə hesablaşmaları və s. uçota alan hesabların kreditindən «Köməkçi istehsalat» hesabının debetinə silinir.
«Köməkçi istehsalat» hesabının krediti üzrə istehsalı başa çatmış məhsulların, yerinə yetirilmiş işlərin faktiki maya dəyərləri əks etdirilir.
Toplayıcı-bölüşdürücü hesabların təyinatı istehsalın ayrı-ayrı forma və mərhələlərində məsrəflərin toplanması və bölüşdürülməsindən ibarətdir. Bu qrup hesablara misal olaraq «Ümumi istehsalat xərcləri», «Ümumtəsərrüfat xərcləri» və «Tədavül xərcləri»ni göstərmək olar. Həmin hesabların xüsusiyyəti ondadır ki, hesabat dövrünün sonunda hesablar bağlanır, yəni onlarda toplanmış bütün xərclər uçot obyektləri üzrə bölüşdürülür və qalıq qalmaqla müəssisə balansında əks olunmur.
Nəticə etibarı ilə iqtisadi məzmuna görə «Ümumi istehsalat xərcləri» hesabında yazılışlar aşağıdakı qaydada əks olunur: Ümumiyyətlə «Ümumi istehsalat xərcləri» hesabı müəssisənin əsas və köməkçi istehsallarına xidmət üzrə xərclər haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. Hesabın debetində əsas və köməkçi istehsalla əlaqədar olan faktiki istehsal məsrəfləri informasiyaları cəmləşdirilir. Bu hesabda maşın və avadanlıqların saxlanması və istismarı üzrə xərclər, istehsalat təyinatlı əsas vəsaitlərin təmiri xərcləri və tam bərpası üçün amortizasiya ayırmaları istehsalat əmlakının sığortalanması üzrə xərclər, istehsalat binalarının saxlanması, işıqlandırılması və qızdırılması üzrə xərclər, istehsalat binaları, maşınlar, avadanlıqlar və istehsalatda istifadə edilən digər icarə edilmiş vəsaitlərə görə icarə haqqı istehsalata xidmət edən işçi heyətinin əməyinin ödənişi üzrə xərclər və bu kimi oxşar təyinatlar üzrə digər xərclər əks etdirilə bilər.
Dördüncü qrup hesablara hesabat dövründə müəssisə təsərrüfat-maliyyə nəticəsinin fəaliyyətinin formalaşmasını əks etdirən və ona nəzarət etmək üçün istifadə olunan hesablar aiddir. Maliyyə nəticəli hesaba «Mənfəət və zərər» hesabı aiddir.
«Mənfəət və zərər» hesabı hesabat ilində müəssisə fəaliyyətinin son nəticələrinin formalaşması haqqında məlumatları ümumiləşdirmək üçün nəzərdə tutulmuşdur. «Mənfəət və zərər» hesabı təsərrüfat-maliyyə fəaliyyətinin son nəticəsindən asılı olaraq aktiv və ya passiv hesab ola bilər. Belə hesablar aktiv-passiv hesablar adlanır.
Balans mənfəəti (zərəri) mühasibat uçotu əsasında təsərrüfat əməliyyatlarının və balans maddələrinin qiymətləndirilməsini sonuncu maliyyə nəticəsi kimi özündə müəssisənin əsas vəsaitlərinin və başqa əmlaklarının, məhsullarının satışından olan mənfəəti (zərəri), həmçinin qeyri-satış əməliyyatlarından gələn gəlirləri cəmləşdirir.
Beşinci qrupa balansarxası hesablar aiddir. Bu hesablarda müəssisəyə məxsus olmayan və müvəqqəti olaraq onun istifadəsində olan və ya onun məsuliyyətində saxlamağa qəbul olunmuş vəsaitlərə dair informasiyaları cəmləşdirmək məqsədi daşıyan göstəricilər əks olunur. Bu qrup hesablara «Məsuliyyətli mühafizəyə qəbul edilmiş mal-material dəyərləri», «İcarəyə götürülmüş əsas vəsaitlər», «Emala qəbul edilmiş materiallar» və s. aiddir.
Balansarxası hesablar digər hesablarla müxbirləşmir, burada yazılış bir tərəfli qaydada, yəni hesabın debeti (artma) və ya krediti (azalma) üzrə yazılış aparılır.
Onu da qeyd etmək lazımdır ki, dünya ölkələrində mühasibat uçotu hesablarının təyinatı və iqtisadi quruluşuna təsnifatına münasibət birmənalı deyildir. Belə ki, ABŞ-da, Böyük Britaniyada və bu birliyə aid olan ölkələrdə hər bir firma sərbəst şəkildə hesabları və onların təyinatını özləri tərtib edirlər.
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
REFERAT 6
FAKÜLTƏ:UÇOT-İQTİSAD
QRUP:492
TƏLƏBƏ:CAHANGİROVA KƏMALƏ
DƏRS:MÜHASİBAT UÇOTU NƏZƏRİYYƏSİ
Dostları ilə paylaş: |