«MÜhasibat uçotu və audiT» (DƏrsliK)



Yüklə 1,69 Mb.
səhifə19/84
tarix31.12.2021
ölçüsü1,69 Mb.
#112328
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   84
«M hasibat u otu v audiT» (D rsliK) M ND R cat

Özünüyoxlama sualları

  1. Hesablar və ikiliyazılış nədir?

  2. Sintetik uçot və analitik uçot nədir və onların qarşılıqlı əlaqəsi varmı?

  3. Balansınarxası hesablar nədir aə onların hansı təyinatı var?

  4. Hesabların müxabirləşməsi və yaxud mühasibat yazılışları nəyə deyilir?

  5. Mühasibat uçotunun Hesabları Planı nədir və onun quruluşu necədir?





V MÖVZU. SƏNƏDLƏŞDİRMƏ VƏ UÇOTUN TƏŞKİLİ

5.1. Mühasibat uçotu sənədləri və onların əhəmiyyəti

5.2. Sənəd dövriyyəsinin təşkili və işlənməsi

ƏLAVƏ ƏDƏBİYYAT

1.Astaxov V. Teoriə buxqalterskoqo uçeta. Moskva-2000
5.1. Mühasibat uçotu sənədləri və onların əhəmiyyəti

Sənədləşdirmə mühasibat uçotu elementlərindən bi­ri sayılır. Sənəd­ləş­dir­mə müəssisə istehsal və təsərrüfat-maliyyə fəaliyyəti ilə əlaqədar olan əməliy­yatların mü­ha­si­bat uçotu yazılışlarına hüquqi əsas verən yazılış forma­sıdır.

Sənədlər müəssisədə icra olunan təsərrüfat əməliy­yat­larının baş vermə­sinin yazılı sərəncam verilməsini ifa­də etməklə, mühasibat uçotu he­sabları sistemində yazılış aparılması sistemi uçotun etibarlı, düzgün ol­ma­sını tə­min etməklə yanaşı ilkin, cari və son nəzarətin təşkilinə, tə­sər­rü­fat əməliyyatlarının məqsədəuyğun və qanun tə­ləblərinə uyğun icra olun­ma­sını təmin edir.

«İlkin sənədlər: təsərrüfat əməliyyatları və onların apa­rılması üçün rəh­bərliyin (sahibkarın) göstərişini təs­diq edən yazılı şəhadətnamədir» («Mühasi­bat uçotu haq­qında» qanun, maddə 3).

Mühasibat sənədi icra olunmuş təsərrüfat əməliy­yat­larının və uçot yazılış­ları­nın təsdiq olunması for­ma­sı­dır. Sənədlər əsasında mühasibat yazılışları aparılır. Sə­nəd­siz mühasibat yazılışı icra oluna bilməz.

Sənəd sözü latınca (docmentum) yazılı vəsiqə, şə­ha­dətnamə sözünə uy­ğun olub, lazımi rekvizitləri olan və ona hüquqi əsas verən yazılış əmə­liy­yatıdır. Bila­va­si­tə sənəd hər bir müəssisədə onun informasiya sistemini təş­kil edir. Ha­zır­da uçot-hesablama əməliyyatlarının av­to­matlaşması sə­nə­din əhəmiyyətini daha da artırmışdır.

Bir sıra xarici ölkə mütəxəssislərinin hesab­la­ma­la­rı­na görə şirkətdə iki həf­tə ərzində informasiya sisteminin dayanması həmin şirkətin bütün icra fəaliyyətinin 75 faiz itirməsinə səbəb ola bilər. Ona görə də təsərrüfat-ma­liy­yə fəaliyyətinin idarə olunmasında və ona analitik nəza­rət edilməsində sənədlərin rolu çox böyükdür. Onun kö­məyi ilə müəssisə rəhbərinin idarəetmə qabiliyyəti və maliyyə nəticələrinin formalaşması vəzifəsi yerinə yeti­rilir.

Tərtib olunmuş sənədlər əsasında material, əmək və maliyyə eh­ti­yat­la­rı­nın hərəkəti üzərində daimi nəzarət tə­min olunur. Hər bir sənədi im­za­layan şəxs icra olunan əməliyyatın düzgün, qanunauyğun icrasına nə­za­rət et­mək­lə, məsuliyyət daşıyır. Bu müəssisədə qənaət reji­mi­nin həyata ke­çirilməsi ilə bəra­bər hər bir sənədi imza­la­yan şəxsin bilavasitə mə­suliy­yə­tini müəyyən edir. Bu­nun­la əlaqədar olaraq müəssisə əmlakının qoru­nub sax­lan­ması, maddi-məsul şəxslər üzərində nəzarət apa­rıl­maq­la bə­ra­bər öz vəzifəsinə vicdanla yanaşma­yan, əm­la­kın mənimsənilməsi imkan ve­rən şəxslər müəyyən olunur.

Mövcud olan qanunvericiliyə görə mühasibat sə­nəd­ləri bir qayda ola­raq təsdiq olunmuş formalarda, nəşr olunmuş şəkildə istifadə olunur.

Tərtib olunmuş hər bir sənədin özünəməxsus zəruri rekvizitləri ol­ma­lı­dır. Bu rekvizitlər əsasən aşağı­da­kı­lar­dır: sənədin adı, nömrəsi, kodu, tər­tib olunan müəssi­sə­nin adı, təsərrüfat əməliyyatlarının məzmunu və öl­çü­ləri (natural və pul ifadəsində), təsərrüfat əməliyyatlarının baş verməsi, ta­mamlanması və onun rəsmiləşdirilməsinin düzgünlüyü üçün məsul şəxs­lərin vəzifələri, soyadı, adı, atasının adı, şəxsi imzaları və başqa əla­mətləri.

Əməliyyatların xarakterindən və uçot məlumat­ları­nın işlənməsi texnologi­ya­sından aslı olaraq ilkin sənəd­lərə əlavə rekvizitlər də daxil edi­lə bilər. İlkin sənədlər əməliyyatların baş verdiyi vaxtda və ya əməliy­yat­lar bilavasitə qurtardıqdan sonra tərtib edilməlidir.

Sənədlərin keyfiyyətli tərtibatını, onların vaxtında mü­hasibat uço­tun­da əks etdirilməsi üçün müəyyən edil­miş müddətlərdə təqdim edil­mə­sinə, sənəd­lər­dəki məlu­matların doğruluğuna məsuliyyəti həmin sə­nəd­ləri hazır­lamış və imza etmiş şəxslər daşıyırlar.

Pul və hesablaşma sənədlərini, maliyyə və kredit öh­dəliklərini müəs­si­sə rəh­bərliyinin təsdiq etdiyi siya­hı­ya əsasən imza etmək hüququ olan ən azı iki şəxs imza­la­malıdır. Birinci imza müəssisədə ümumi rəhbərlik funk­siyasını icra edən şəxsə , ikinci imza isə mühasibata rəhbərlik funk­si­ya­sını icra edən şəxsə mənsub olur.

Pul vəsaitlərini, maddi sərvətlərin və başqa əm­la­k­ların qəbul-təhvili ilə əlaqədar əməliyyatlar ilkin sənədlər əsasında həyata keçirilən zaman iş­ti­rak edən hüquqi şəxsin nümayəndələrinə və ya fiziki şəxslərə sənəd­ləş­mə­nin bir nüsxəsi verilir. Əməliyyatda iştirak edənləri sə­nəd­lərin surətləri ilə təmin etmək müəssisədə bu əmə­li­y­yatı rəsmiləşdirənin öhdəsinə düşür.

Mövcud qaydalara görə mühasibat uçotunda əks etdirilməsi zəruri olan uçota qəbul edilmiş ilkin sənəd­lər­dəki məlumatlar Azərbaycan Respublikası­nın Maliyyə Nazirliyi tərəfindən təklif edilmiş, yaxud na­zir­lik və Baş idarələr tə­rə­findən ümumi prinsiplərə riayət edilməklə işlənib ha­zırlanmış uçot registr­lərində yığılır və sistem­ləşdirilir.

İlkin sənədlərdə və uçot registrlərində qeydsiz dü­zə­lişlərə yol veril­mir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş şəxslərin imzaları ilə dü­zə­lişin tarixini göstərməklə təsdiq edilməlidir. Kassa və bank sənədlərinə heç bir dü­zəlişə yol verilmir.

İlkin sənədlər, uçot registləri, mühasibat hesa­bat­la­rı mütləq müəyyən edilmiş qaydada və müddətə müvafiq olaraq saxlanmalıdır. Sənədlərlə işləyən dövrdə onların qorunub saxlanmasının təmin edilməsinə və vaxtında arxivə verilməsinə baş mühasib məsuliyyət daşıyır.

İlkin uçot sənədlərinə nəzarət Azərbaycan Respub­likası Maliyyə Nazirliyinin tərəfindən həyata keçirilir.




Yüklə 1,69 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin