İnvertarlaşma - müəssisə mühasibat uçotunda əks olunmuş əmlakın faktiki yoxlanması və müəyyən olunması formasıdır. İnvertarlaşdırma bütün təsərrüfat əməliyyatlarının və onun düzgün icra olunmasını müəyyənləşdirir.İnvertarlaşdırma Azərbaycan Respublikasının «Mühasibat uçotu haqqında» 24 mart 1995-ci il tarixi qanunu və əsas vəsaitlərin, əmtəə-material dəyərlərinin, pul vəsaitinin və hesablaşmaların invertarlaşdırılmasına dair olan təlimat əsasında aparılır.İnvertarlaşdırılmanın qarşısında aşağıdakı vəzifələr qoyulur:1)əsas vəsaitlərin, əmtəə-material dəyərinin, pul vəsaitinin, qiymətli kağızların və bitməmiş istehsalın faktiki qalığının müəyyən edilməsi;2)material dəyərləri və pul vəsaitlərinin qorunub saxlanması üzərində nəzarət;3)tam və qismən öz keyfiyyətini itirmiş, forması və modası köhnəlmiş əmtəə-material dəyərinin müəyyənləşdirilməsi;4)gələcək satışını təmin etmək üçün normadan artıq qalıqda olan maddi dəyərin müəyyənləşdirilməsi;5)material dəyəri və pul vəsaitinin saxlanması qaydalarının yoxlanması və eyni zamanda maşın, avadanlıq, digər əsas vəsaitlərin saxlanması və istifadə olunmasına nəzarət;6)müəssisə balansında əks olunmuş obyektlərin real vəziyyətini yoxlamaq.İnvertarlaşmanın aparılması nəticəsi aktla rəsmiyyətə salınır. İnvertarlaşma nəticələri sənədləşdirildikdən sonra, nəticə göstəriciləri mühasibatlığa təqdim olunur və mühasibat uçotu göstəriciləri əsasında qarşılıqlı yoxlamalar aparılır. Qarışılıqlı yoxlama əsasında invertarlaşdırmanın son nəticəsi müəyyən olunur.Mövcud qaydalara görə təcrübədə invertarlaşdırma aparılması üçün aşağıdakı vaxtlar müəyyən olunur:1)əsas vəsaitlər üçün üç ildən bir;2)kitabxana fondu 5 ildən bir;3)anbarlarda olan hazır məhsullar, illik mühasibat (maliyyə) hesabatının hazırlanma qabağı, oktyabr ayının 1-dən tez olmamaqla;4)anbar və bazalardakı mallar-ərzaq malları üzrə ildə iki dəfə, qeyri-ərzaq malları üzrə ildə bir dəfə;5)azqiymətli və tezköhnələn əşyalar ildə bir dəfə;6)pul vəsaiti, pul sənədləri ayda bir dəfə;7)debitor və kreditorlarla hesablaşmalar ildə iki dəfədən az olmayaraq.Müəssisə rəhbərləri əmtəə-material dəyərlərinin və pul vəsaitini invertarlaşdırılmasının düzgün, vaxtında keçirilməsinə cavabdehdirlər. Müəssisənin baş mühasibi isə invertarlaşdırılmanın mövcud olan qanunçuluq tələblərinə uyğun keçirilməsinə və onun nəticələrinin mühasibat uçotunda əks etdirilməsinə borcludur.