1. İqtisadi vəziyyətin proqnozlaşdırılması, iqtisadi siyasətin işlənməsi və monitorinqi üçün statistikadan istifadə etməklə iqtisadi modellərin hazırlanması və təkmilləşdirilməsi Giriş


Əsas makroiqtisadi modellərdə ekoloji amillərin



Yüklə 2,59 Mb.
səhifə6/62
tarix04.01.2022
ölçüsü2,59 Mb.
#56274
1   2   3   4   5   6   7   8   9   ...   62
1.3. Əsas makroiqtisadi modellərdə ekoloji amillərin

nəzərə alınması
Ekoloji hesabların ölkə (makro), ərazi (mezo, iqtisadi rayon) səviyyəsində tərtibi və makro iqtisadi hesablarda nəzərə alınması inkişafın hərtərəfli təhlili, proqnozlaşdırılması, optimal və obyektiv qərarların qəbulu üçün dolğun informasiya mənbəyidir. Ekoloji hesablar Avropa birliyi ölkələrində ətraf mühit (environment), “yaşıl” hesablar, Türkiyədə “çevrə mühasibatlığı”, milli hesablar sistemi isə “milli mühasibatlıq” adlanır. “Yaşıl” hesabların tərtibi üçün kosmik tədqiqatlardan əldə olunan məlumatlardan geniş istifadə edilir. Bu hesabların məlumatları əsasında layihələrin səmərəliliyi qiymətləndirilir, ekoloji vəziyyətə mənfi təsir göstərən layihələrin həyata keçirilməsinə yol verilmir. Ekoloji hesabların tərtibi üçün mühasibat uçotu da beynəlxalq standartlara uyğunlaşdırılmalıdır.

İnkişaf etmiş ölkələrdə ətraf mühitin vəziyyəti ölkənin inkişaf barometri hesab edilir. Yəni ətraf mühiti tələb olunan normalara cavab verməyən ölkələrin iqtisadi və sosial inkişafı davamlı olmur. Ətraf mühitin vəziyyəti davamlı inkişafı şərtləndirən mühüm amil hesab edilir. Aşağıdakı sxemdə ətraf mühit ilə iqtisadi sistemin əlaqəsi göstərilmişdir.

Firma (istehsal)

İQTİSADİYYAT

İstehsal ehtiyyatları

Mal və xidmətlər

Ev təsərrüfatı (istehlak)

Xammal


Hava

Təbiət abidələri

Su

Enerji


İstilik tullantıları


Suyun çirklənməsi


Havanın çirklənməsi

Bərk tullantılar

İqtisad
Sxemdən göründüyü kimi iqtisadi sistem ətraf mühitdən asılı alt sistemdir və deməli ətraf mühitin komponentləri davamlı inkişafı sərtləndirir.

Ərazinin davamlı inkişafı aşağıdakı model ilə xarakterizə olunur:

Ft (E,K,L,İ) <= Ft+1 (E,K,L,I)

Burada, E - ekoloji (təbii ehtiyatlar) kapitalın qalığı (ekoloji hesab),

K - iqtisadi kapitalın qalığı (iqtisadi və maliyyə hesabları),

L - insan kapitalı (sağlam, təhsilli, bilikli və təcrübəli insan, insan

inkişafı indeksi ilə təyin edilir),

I - institusional faktordur (struktur islahatları, sahibkarlıq,

informasiya menecment sistemi, adət - ənənə və s.).

Modeldən göründüyü kimi təbii ehtiyatlar, iqtisadi və insan kapitalı davamlı inkişafın əsas amilləridir. Ona görə təbii ehtiyatların səmərəli istifadə olunması, bərpası və gələcək nəsil üçün qorunub saxlanması strateji xarakter daşıyır.

Mövcud metodoloji materiallarda ətraf mühitin komponentlərinin (torpaq, su, hava və s.) aşınması əsas kapitalın istehlakı və aralıq istehlak xərclərində tam nəzərə alınmır, fəaliyyətin iqtisadi səmərəliliyi göstəricisi düzgün hesablanmır, hətta ekoloji kapitalın tükənməsi hesabına əmələ gələn əlavə gəlir sərbəst vəsait şəklində ekoloji kapitalın bərpasına deyil, başqa məqsədlərə yönəldilir. Ekoloji kapital bərpa edilmədiyinə görə ekoloji böhran davam edir, öz mənfi təsirini iqtisadi, sosial inkişafa, genefonda göstərir. Ona görə makro iqtisadi hesabların tərtibi zamanı ekoloji hesabların məlumatlarının nəzərə alınmasına ehtiyac yaranır.

Məlumdur ki, insanların təsərrüfat-məişət fəaliyyəti zamanı (texnoloji proseslərin nəticəsində) yararlı məhsul (mal və xidmət) və yararsız tullantı əmələ gəlir. Təsərrüfat (institusional) vahidi istifadə üçün yararlı məhsulun miqdar və məbləğ uçotunun təşkilinə marağı olsa da, tullantıların uçotunun təşkilinə maraqlı olmur. Nəticədə ətraf mühit (torpaq, su, hava və s.) davamlı olaraq fiziki, kimyəvi və bioloji təsirlərə məruz qalaraq aşınır (kəmiyyət və keyfiyyətini dəyişir). Ətraf mühitə dəymiş zərərin düzgün müəyyən edilməsi müəssisənin imkanlarından kənara çıxdığı üçün bu sahənin müvafiq orqanlar tərəfindən tənzimlənməsinə ehtiyac yaranır. Eyni zamanda qeyd edilməlidir ki, müəssisə ətraf mühitin mühafizəsi üçün xərclər ayırsa və bu xərcləri məhsul istehsalına çəkilən xərclərdə əks etdirsə, onda satışdan əmələ gələn mənfəəti azalır. Belə halda qiymətlərin tənzimlənməsinə və normativ mənfəətin təmin edilməsinə ehtiyac yaranır. Bu qaydalar bazar prinsiplərinə ziddir. Cünki bazarda müəyyən olunan qiymətlər tələb və təklif qanunauyğunluğuna əsasən müəyyən edilir, ekoloji vəziyyət və zaman amili nəzərə alınmır.

Son zamanlar tədris və metodoloji materiallarda “çirkləndirici ödəməlidir” prinsipinə uyğun olaraq istehsal xərclərinə ətraf mühitin mühafizə xərclərinin daxil edilməsi tövsiyə edilir. Hətta məhsul istehsalı və bölüşdürülməsi üzrə sahələrarası balans modelinin sxemi aşağıdakı kimi tövsiyə edilir.




Xərclər
















1-ci sektor (kənd təsərrüfatı)

2-ci sektor (sənaye)

3-cü sektor (ətraf mühitin mühafizəsi xərcləri




Son tələb


İstehsalın həcmi

M

ə

h



s

u

l



1-ci sektor (kənd təsərrüfatı)

25

20

0




55

100


2-ci sektor

(sənaye)

14

6

0




30

50








3-sektor (ətraf mühitin mühafizəsi üçün məhsullar)

50

10

0




0

60

Sxemdən göründüyü kimi məhsulun tam dəyəri (full cost) daxili və xarici (internal, external) xərclərdən formalaşır. Daxili xərclər məhsul istehsalına çəkilmiş xərcləri, xarıci xərclər ətraf mühitə atılmış tullantıların zərərsizləşdirilməsi (cari və gələcəkdə) üçün xərcləri göstərir. İstehsal olunmuş məhsulda ətraf mühitin mühafizə xərcləri nəzərə alınmazsa, gələcək dövrün xərcləri artar, ölkədə inflyasiya gözlənilən səviyyədən yüksək ola bilər.

Avropa ölkələri bu məsələlərin həllinə keçən əsrin sonlarından başlamışlar, bu ölkələrdə “təbii ehtiyatlar və onlardan istifadə” cədvəlləri tərtib edilir, təbii ehtiyatlardan zamana görə normal istifadə qaydalarına ciddi riayət edilir.

Ekoloji hesablarla iqtisadi hesabların inteqrasiyası üçün aşağıdakı bərabərlikdən istifadə edilir:

O + M = (İC + EC) + C+ (CF-EC) + X

Burada, O - istehsal olunmuş məhsul (mal və xidmətlər)

M - idxal olunmuş məhsul

İC - aralıq istehlak

C - son istehlak

CF - kapital yığımı

X – ixrac

EC – ekoloji xərclərdir. Cari ekoloji xərclər aralıq istehlak xərclərinə əlavə olunur. Ekoloji əsas katitalın isteklakı kapital yığımından (CF) çıxılır.

i-ci sahə üzrə ekoloji kapitalın (carı və əsaslı) istehlakını nəzərə almaqla əlavə dəyər aşağıdakı formula ilə tapılır.

EVAi = Oi – İCi – CCi – ECi = VAi - ECi

Burada, EVAi - i - ci sahə tərəfindən yeni yaradılmış əlavə dəyər,

Oi - i - ci sahədə məhsul buraxılışı,

İCi - i - ci sahədə aralıq istehlak,

CCi - i - ci sahədə əsas kapitalın istehlakı,

ECi - i - ci sahədə ekoloji kapitalın istehlakı (tükənməsi, aşınması, xarab olması). Bu göstərici ərtaf mühitin komponentlərinin (torpaq, hava, su və s.) tükənməsi, aşınması, xarab olması səviyyəsini ifadə edir.

Ekoloji kapitalın istehlakını nəzərə alaraq ümumi daxili məhsul (EDP) aşağıdakı formula ilə hesablanır.

EDP = ∑EVAi - ∑ECh = NDP - EC = C + (CF-CC-EC) + (X-M)

Burada, EDP – ekoloji dəyişikləri nəzərə alaraq korrektə olunmuş ümumi

daxili məhsul,

EVAi - i - ci sahənin əlavə dəyəri (ekoloji dəyişikliyi nəzərə almaqla),

ECh - ev təsərrüfatında istehsal olunan məhsula çəkilən xərclər,

NDP - ümumi milli məhsul,

C - son istehlak,

ECF - Ekoloji dəyişiklik nəzərə alınmaqla xalis kapital yığımı (CF – CC – EC) göstəricisi iqtisadiyyatın inkişafının davamlılığını (uzun ömürlülüyünü) xarakterizə edir.

Lakin ekoloji dəyişiklikləri müəyyənləşdirmək üçün ilk növbədə ətraf mühitin amillərinin (torpaq, su, hava və s.) iqtisadi qiymətləndirilməsi problemi həll edilməlidir. Bunun üçün isə hüquqi-normativ sənədlər, metodoloji tövsiyələr, təlimatlar hazırlanmalı, tətbiq edilməlidir. Bu hal bütün keçmiş sosialist dövlətləri üçün xarakterik olduğu üçün Birləşmiş millətlər təşkilatının 35-ci sessiyasında 1993-cü ildə təsdiq olunmuş Milli hesablar sisteminə (MHS) yenidən baxılması məsələsi qoyulmuşdur. Ölkədə MHS makro və mezo səviyyələrdə tətbiq edilməli və mühasibat uçotunda məhsul (xidmət) istehsalına çəkilən xərclərin elementlər və kalkulyasiya maddələrinə görə müəyyən edilməsi metodolojiyası MHS–nə uyğunlaşdırılmalıdır. Həmin məsələ ilə əlaqədar işçi qrupu yaradılmış və MHS-də ekoloji və insan kapitalının nəzərə alınmasının zəruriliyi bir daha tövsiyə edilmişdir. Hətta 2008-ci ildə əsas makroiqtisadi göstəricilərə (ödəmə balansı, maliyyə, pul-kredit) yenidən baxılması nəzərdə tutulmuşdur.


Yüklə 2,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   62




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin