Reallaşdırma ehtimalları
|
Mümkün nəticələr
|
Təhlükələr
|
Dağıtma
|
Kritik vəziyyət
|
Ağır vəziyyət
|
Yüngül xəsarət
|
Yüksək
|
YD sahəsi
|
YK sahəsi
|
YA sahəsi
|
YX sahəsi
|
Orta
|
OD sahəsi
|
Ok sahəsi
|
OA sahəsi
|
OX sahəsi
|
Aşağı
|
AD sahəsi
|
AK sahəsi
|
AA sahəsi
|
AX sahəsi
|
Matris 2.3
Təhlükələrin yaranması matrisi
YD, YK, OD sahəsinə düşən təhlükələr şirkət üçün çox böyük təhlükə kəsb edir və mütləq və dərhal aradan qaldırılmasını tələb edir. YA, OK, AD sahəsinə düşən təhlükələr, eləcə də ali rəhbərliyin diqqətində olmalıdır və əhəmiyyətli şəkildə aradan qaldırılmalıdır. AK, OA, YX sahəsində yerləşən təhlükələrə gəldikdə isə onların aradan qaldırılmasına diqqətli və məsuliyyətli şəkildə yanaşılmalıdır. Halbuki, bu zaman onların aradan qaldırılması əsas vəzifə deyil. Digər sahələrə düşən təhlükələr, həmçinin, şirkətin rəhbərliyinin diqqətindən kənarda qalmamalıdır. Onların inkişafını diqqətlə izləmək lazımdır.
Biznesin inkişaf strategiyasının tərtibində biz mühitin profilinin tərtibi məsələsini də yaddan çıxarmalı deyilik. Mühitin təhlili üçün şirkətin güclü və zəif tərəflərinin, imkanların, təhükələrin öyrənilməsi metodları da tərtib edilməlidir. Makromühitin, ətraf mühitin və daxili mühitin ayrıca profilinin tərtibi üçün bu metodlardan istifadə etmək rahatdır. Mühitin profilinin tərtibi metodlarının köməyi ilə şirkətin mühitinin ayrı - ayrı amilləri üçün nisbi əhəmiyyətli qiymətləndirmə mümkündür.
Mühitin profilinin tərtibi metodu aşağıdakılardan ibarətdir. Mühitin profili cədvəlində (cədvəl 2.3) mühitin ayrı – ayrı amilləri yazılır. Ekspert şəklində hər bir amilə qiymət verilir.
Şkalada sahə üçün vaciblik: 3 – böyük, 2 – mülayim, 1 – zəif;
Şkalada şirkətə təsir: 3 – güclü, 2 – mülayim, 1 – zəif, 0 – təsirin olmaması;
Şkalada təsirin istiqamətləndirilməsi: +1 – müsbət, -1 – mənfi
Dostları ilə paylaş: |