A zərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti Niyazi Əlikram oğlu Həsənov Bİznesin strateji İdarə ediLMƏSİ (Dərslik)



Yüklə 3,11 Mb.
səhifə42/212
tarix01.01.2022
ölçüsü3,11 Mb.
#105451
növüDərslik
1   ...   38   39   40   41   42   43   44   45   ...   212

Strategiyaların hazırlanması zamanı, risklilik şəraitində layihənin həyata keçirilməsinin mümkün­lü­yü təhlillər əsasında müəyyən edilməlidir. Layihənin idarə edilməsi prosesində iki halın mövcud­luğu mümkündür:

a) la­yi­hə riskləri yaxşı öyrənilib;

b) yeni layihədə tədqiq olunmamış layihə riskləri əmələ gəlir.

Birincisində -münasib risk konsepsiyasından, ikincisində – pessi­mistik ssenarilərin işlənib hazırlanmasından istifadə edilməsi tövsiyə edilir.


Layihənin həyata keçirilməsinin müvəffəqiyyəti, birincisi-onun mene­ce­rinin mahirliyi ilə, ikincisi onun təşkilati strukturu ilə (hansı ki, icra­çının həm təşkilati formaları, həm layihənin idarə olunmasının təşkilati for­ma­ları, həm də layihənin idarə olunmasının təşkilati struk­turlarını cəmləş­dirir) müəy­­­yən edildiyi təhlillər əsasında öz təsdiqini tapmalıdır. Layihənin idarə edil­­­məsinin təşkilati strukturu anlayışını bir-biri ilə əlaqəli idarəetmə orqan­la­­­rının çox sə­viy­yəli iyerar­xik sistemi formalaşdırır, təşkilati forma isə in­ves­­tisiya pro­se­sinin bütün iştirakçıları arasında qarşılıqlı fəaliyyətin və əla­qələrin təşkili ön plana çıxır.

Layihənin idarə edilməsinin vacib aləti onun düzgün tərtib edilmiş biznes-planıdır. Risklərin təhlili və idarə olunması üzrə işlərin təşkili ardıcıllığı layihənin biznes-planının xüsusi bölməsinə daxil edil­mə­lidir. Bu bölmə riskləri, onların qarşılıqlı təsir mexanizmini və ümumi sə­mə­rəsi, riskdən mühafizə tədbirləri, risk təhlükəsinin aradan qalıdırıl­ma­sında bütün tərəflərin marağını, riskin təhlilində aparılmış təcrübələrin qiy­mət­ləndilməsini və onların istifadə etdikləri ilkin təklif olunanlardan isti­fa­də­ni, müqavilə üzrə layihə iştirakçıları arasında riskin bölüşdürülməsi struk­tu­runun təsviri, sığorta polyusu üzrə xüsusi tədbir və ya şərtlərə ehtiyacı olan risk aspektlərinə dair zəmanətlərin təsvir edilməsi vacibdir.



Layihə riskinin idarə edilməsi metodları bütün iyerar­xiya mərhələlə­rində - regional və yerli - əsas idarə­etmə zən­ciri üzrə layihələrin ic­­rası bo­yu dinamik və daimi inkişaf edən bir orqanizmdir. Onların həyat tsikllə­rı aşa­­ğıdakı altı funksiyanın yerinə yetirilməsi üçün nəzərdə tutul­ma­lıdır:

a) la­yihənin seçilməsi;

b) planlaş­dırma;

c) həyata keçir­mə;

d) qiymətləndirmə;

e) nə­za­rət;

q) nəticə.

Risk özü maliyyə kateqoriyasıdır, deməli, riskin səviy­yəsi və həcminə ma­liyyə mexanizmi vasitəsilə təsir etmək olar, bu proses isə maliyyə me­nec­menti və xüsusi strategiyanın üsulları ilə həyata keçirilməlidir. Strate­giya və taktikanın məc­mu özünəməxsus riskin idarə edilməsi mexaniz­mini risk-menecmenti vacib edir. Risk-menec­ment idarəetmə sistemi kimi risk məqsədinin işlənilməsi və riskin kapital qoyuluşları proseslərindən, hadisənin başvermə ehtima­lının təyi­nindən, riskin səviyyəsi və həcminin aşkarlanmasından, ətraf mühitin təhlilindən, riskin idarəedilməsi strategiyasının seçilməsindən, bu strategiya üçün zəruri olan riskin idarəedilməsi üsul­la­rının və onun səviy­yəsinin aşağı salınması metod­larının seçilməsindən, riskə məqsədyönlü təsirin həyata keçirilməsindən ibarətdir.



Proqnozlaşdırma - risk - menecmentin əsas funksiya­la­rından biri olub, müəy­­­yən hadisəni qabaqcadan gör­mək deməkdir. Proqnozlaşdırmanın xü­su­siy­­yəti, həm­çi­nin, maliyyə göstəricilərinin və parametrlərinin qu­rul­ma­sının al­­ter­­natividir ki, bu da idarəet­mə ­ob­yek­ti­nin qa­baq­cadan hazırlan­mış tenden­si­­yalar əsa­sında ma­liyyə vəziyyətinin müxtəlif inkişaf variant­larını müəyyən­ləş­dirir.

İnvestisiya strategiyasının formalaşması və modernləşdirilməsinnin in­ki­şaf problemlərinin həllində, risklərin təhlili metodologiyasının bazar iq­ti­sadiyyatı şərtləri daxilində layihə risklərinin təsnifatı və onların tədqiqat metodlarına mövcud elmi yanaşmaların təsnifatı mövcuddur. Bu baxımdan, investisiya strategiyasının təhlilinə daha keyfiyyətli ya­naş­ma əsaslandırılmalıdır və investisiya riskləri kəmiyyətcə qiymətlən­diril­məlidir.

İnvestisiya strategiyalarının təşkilatı-iqtisadi me­xa­nizmləri təhlili bizə onu deməyə əsas verir ki, investisiyalaşma istiqamətlərinə kapital axın­la­rının həyata keçiril­mə­sində investisiya siyasətinin rolu qiymətlən­diril­məlidir. Bazar iqtisadiy­yatda biznesin səmərəli təşkilinin və sərbəst pul vəsaitlərinin səmərəli istifa­dəsinin daha mühüm ünsürlə­rin­dən biri maliyyə ehtiyatlarının idarə edilmə­sinin elə bir sisteminin qurul­ması sayılmalıdır ki, bu sistem gələcəkdə kom­mersiya baxımından ən yaxşı son iqtisadi (maliyyə) və inves­tisiya nəticə­lərinin (mənfəətin, gəlirin) alınmasına uyğun olaraq investisiya (maliyyə) ehtiy­yatlarının istənilən idarəetmə sisteminin əsasını təşkil edən vacib problemlər təhlil edilərək, prinsipial əhəmiyyəti müəyyən edilməlidir.

Müasir şəraitdə dövlətin investisiya siyasəti kapital qoyuluşlarının xeyli payının özü-özünü maliyyələşdirməsi, maddi-texniki ehtiyatlar bazarı mexa­nizm­­­lərinin və infrastrukturunun inkişafı, investisiya prosesinin iştirakçıları ara­­sında müqavilə və maliyyə vəsaitlərinin qaytarma sistemi prinsiplərinə əsas­­lanmalı olsa da, bir sıra bütöv proqramlar dövlət köməyi tələb edir. Ona gö­rə də, gələcəkdə investisiya siyasətinin döv­lətin bilavasitə iştirakı ilə səmərəli şə­kildə qurulması və daha qənaətbəxş formada həyata keçirilməsi öz təs­diqini tapmışdır.

Professor Ə.Q.Əlirzayev hələ 1999-cu ildə nəşr etdirdiyi “Azərbayca­nın iqtisadi inkişafının konsepsiyası və proqramı” kitabında (24. s. 21-82) sonrakı dövr­lər­də xarici kapi­ta­lın xüsusi çəkisinin 20%-ə, daxili imkanlar hesabına in­ves­tisiyanın 80%-ə qal­dı­rılması vacibliyini vurğulayırdı. Hazırda qeyd olunan nisbətə artıq nail olunmuşdur.

Azərbaycanda investisiya mühitinin hazırkı vəziyyəti iqtisadiyyatın sü­rətlə sağlamlaşdırılmasına ümid verir və ölkədə investisiya siyasətinin yax­şılaş­dırıl­ması üzrə dövlətin fəal hərəkəti getdikcə güclənir. Bazar iqtisadiy­yatlı inkişaf etmiş xarici ölkələrin təcrübəsi göstərir ki, ümumi daxili məh­sulun tərkibində bütün mənbələr hesabına investisiya qoyulu­şunun xüsusi çəkisi 30-35% olduqda, bu, istehsalın artımına, iqtisadi yüksəlişə zəmin yaradır və bu əsasda istehsal daha sürətlə inkişaf etdirilir.

Layihələr çərçivəsində təklif edilən, imitasiya üsulu nəticəsində lazımı göstəricinin müəy­yən edilərək tapılmasına əsaslandığı və onun əsas üstünlüklərinə bütün hesablamaların aydınlığı (şəffaflığı), layihənin təhlilinin müxtəlif nə­ticələrinin alınmasının planlaşması prosesinin bütün iştirakçılar tərəfindən anlamlığının qiymət­ləndirilməsinin asan və aydın olması təhlillər əsasında öz təsdiqini tapmalıdır.

Təhlillər göstərir ki, layihələrin qiymətləndirilməsində iki yanaşma seçilir: ənənəvi orijinalist və marjinalist. Orjinalist yanaşma məsələnin aşa­ğıdan tipik qoyulması ilə təsvir olunur. Alternativlər sinfində hər bir x y alternativi üçün tam münasibət («pis deyil») mövcuddur: hər zaman x>y, ya y>x, ya x=y. Verilmiş tələb hər bir layihənin müqayisə olunması haqda iq­ti­sadi təsviri formalaşdırır və tranzitiv (x>y, y>z isə x>z) münasibətdən ya­ra­nır, təbii olaraq «yaxşı deyil» (x, əgər y), «yaxşı» (x>y, əgər y>x, doğ­ru deyil), «pisdir» (x, əgər y>x), «bərabərdir» (x=y, əgər x>y y>x).

Bu vaxt hər iki alternativ arasında verilmiş münasibətlərdən yalnız biri mövcud ola bilər, hansında ki, iqtisadçıların hər hansı bir layihənin müqayisə oluna bilməsi haqda fikirlərinə cavab verir. Sonra bu münasibətlər sisteminin üzərinə üstünlüyün digər məhdudiyyətləri qoyulur və onların st­ruk­turu, yəni alternativlərin müqayisə qaydaları müəyyənləş­dirilir. Nəticədə aşkar olur ki, alternativlər sinifində funksional asılılıq (müqayisə amili) mövcuddur.

Onun böyük mənasına daha üstün alternativ, bərabər məna­larına isə – ekvivalent alternativlər cavab verir. Ümumi halda bu funksional eynimə­nalı təyin olur (m-n, monoton dəyişməni dəqiqliyinə qədər). Beləliklə, onu alternativin səmə­rəliliyini («xeyirliyini») ölçən kimi istifadə etmək olmaz, xüsusəndə qeyri-müəy­yənlik şəraitində.

Marjinalist yanaşmanın əsasında hər bir x alternativinə ona uyğun, mü­əy­­yən tələblərə qane olan E(x) funksionalının köməyi ilə onun sə­mə­rəliliyinin («xeyirliyinin») miqdar xarakteristikası əlavə edilərək ya­zılır. Bu­rada o, funksional səmərəliliyi ölçənin və müqayisə amilinin rolu­nu oy­nayır. Bu zaman, böyük mənaya daha üstün investisiya la­yi­həsi cavab verir. Məsələ bu cür funksiyaların onlara qarşı müxtəlif tələb­lər və alternativlərin müxtəlif sinifləri olduğu zaman strukturlarının müəy­yən edilməsindən ibarətdir. Determinasiyaolunmuş halda amil gös­tə­ricisi, adətən, «səmərə» adlanır və layihənin nəticələrinin dəyər qiymətləri üz­rə hesablanır, monoton, təmiz diskontlaşdırılmış gəlir kimi (NPV).

Orjinalist və marjinalist yanaşmalarında əsas fərq aşağıdakından iba­rət­­dir: əgər birinci yanaşma iki layi­hədən hansının yaxşı olduğunu müəy­yən­­ləşdirməyə im­kan verən, ağlabatandırsa, ikinci yanaşmada isə hər layihə üçün ayrıca qiymət verilir. Beləliklə, müəyyən olur ki, layihə öz-özünə, di­gər layi­hə­lərə münasibətsiz səmərəli­dirmi, yoxsa yox. De­ter­mina­siya olun­muş halda müsbət səmərəli investisiya layihələri məqbul he­sab olunur.

Belə ki, determinasiyaolunmuş halda da marjinalist yanaşması daha əl­ve­rişlidir, çünki ana­litiklərə bilavasitə layihələrin səmərəliliyinin göstəri­ciləri ilə, onların müqayisə qaydaları ilə yox, işləməyə və bu göstə­ricilərdən istifadə etməyə imkan verir. Lakin əgər layihənin nəticələri haqda məlumat tam və ya dəqiq deyil, «adi üsulla» hesablanmışsa, səmərə müxtəlif mənalar qəbul edə bilər, yəni qeyri-müəyyən olar. Burada müqayisə meyarı-gözlə­nilən səmərə – bu mə­lu­matın tam və dəqiq olmadığını nəzərdə tutmalıdır və bir sıra iqtisadi cə­hətdən doğru tələblərə qane olmalıdır.

Bu zaman layihədə gəlirlərin girişi və çıxış-xərcləri axını mövcud­dur. Aparılmış təsnifatın tədqiqinə əsaslanaraq, bir-birini əvəz edən kəmiy­yət və keyfiyyət yanaşmalarını uyğunlaşdıran layihə riskinin qiymətlən­dirilməsinin metodolo­gi­yasının prin­sip­lərini formalaşdırmaq lazımdır. Layihələr əsasında strate­giyaların təhlilin da­vam etməsi sübut edir ki, bütün bunlar aşağıdakı vəziyyət­lərə əsaslanmalıdır:

- Layihənin həyata keçirilmiş bazis hesablama variantının möv­cud­luğu;

- Mükəmməl kəmiyyət təhlilinin aparılması.

Beləliklə, kəmiyyət təhlilinin əsas vəzifəsi amillərin də­yişməsinin risk­lərə, layihənin səmərəlilik kriteriya­larının davranışına təsirin sayca öl­çül­məsindən keçir. Kə­miyyət göstəricilərinin təhlilinin tez-tez rast gəlinən me­todlarına həs­sas­lığın (zəifliyin) təhlili, ssenarilərin təhlili və Monte - Karlo metoduna əsasən əvəzləmə modelləşdirilməsi tətbiq edilməlidir.

Həssaslığın təhlili zamanı riskliliyi yoxlanılan dəyi­şən­lərin ardıcıl fər­­di də­yişməsi baş verir: hər dəfə dəyi­şən­lərdən biri faizlərın proqnoz ta­rixi qiy­mətini dəyişir və bu yolla istifadə edilən kriteriyanın yeni kəmiyyəti he­­sablamasına imkan verir. Layihə təhlilçilərinin investisiya layihəsinin həssas­lığını təhlil edər­kən istifadə etdikləri əsas üsullar nəzər­dən keçirilməlidir. Beynəlxalq təc­rü­bədə zə­rərsizlik nöqtəsi təhlili (breakeven point analysis) geniş istifadə olu­nur. Bu metod layihənin risklərinin sərt qiymətləndirilməsinə imkan ve­rən və investisiya layi­hə­sinin səmərəliliyinin qiymətləndiril­məsində istifadə olu­­nan maliyyə məlumatının element­lərindən biri kimi çıxış etdiyi sübut edilmişdir.



Təhlillər göstərir ki, zərərsizlik nöqtəsinin təhlili istehsal prosesində is­tehsalın həcmi, maya dəyəri və mənfəət göstəricilərinin dəyişməsinin qar­şı­lıqlı əlaqəsinin öyrənilməsi əsasında mümkündür. Belə təhlil xərclər, is­teh­sa­lın həcmi və mənfəət arasındakı balans­laşdırılma qarşılıqlı əlaqələrin təd­­qiqi ilə bağlıdır.

Zərərsizlik nöqtəsinin təhlili özündə real prosesin modelləş­diril­məsini əks etdirir və aşağıdakı ilkin şərtlərə əsaslanmalıdır:

1. Bir tərəfdən həyata keçirilmə qiymətlərinin dəyişməsinin müm­kün­lüyü, digər tərəfdən isə istifadə olunan istehsal ehtiyyat­larının qiy­mət­lə­rinin dəyişməz qalması;

2. Xərclərin məhsul istehsalı həcmindən asılı olma­yaraq dəyiş­mə­yən, sa­bit və istehsal həcminə propor­sional olaraq fərqlənən, dəyişən xərc­lərə bölünməsi;

3. Daxil olan mədaxilin həyata keçirilməsi həcminə olan propor­sionallığı;

4. İstehsal həcminin vahid kritik nöqtəsinin möv­cudluğu;

5. İstehsal həcminin həyata keçirilməsi həcminə bərabərliyi;

6. Müəyyən məlumatlar verildikdən sonra məlumatın çeşidinin sabit qalması.




Yüklə 3,11 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   212




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin