Ağaverdi XƏLİl türk xalqlarinin yaz bayramlari



Yüklə 0,6 Mb.
səhifə26/55
tarix01.01.2022
ölçüsü0,6 Mb.
#103163
1   ...   22   23   24   25   26   27   28   29   ...   55
Torba atmaq. Novruza aid olan bayram adətlərindən biri də müxtəlif şəkildə adlandırılan torba atmaqdır. Novruzla bağlı orta əsrlərə aid yazılı qaynaqlarda (o cümlədən Ömər Xəyyamın “Novruznamə”sində və Əbu Reyhan əl-Biruninin “Asar əl baqiyə” əsərində bu adətlərin zərdüştlik dönəmində mövcud olduğu və onun xüsusi icraçılar –zərdüşt kahinləri tərəfindən yerinə yetirlidiyi haqqında məlumat verilir.

Sonrakı dövrlərdə “torba atmaq” “qurşaq atmaq” və ya “şal sallamaq”la əvəzlənmişdir. Əlbəttə, burada məişət mədəniyyətindəki dəyişikliklər öz təsirlərini göstərmişdir. Məsələn: M. Şəhriyarın şeirində deyilir:

Ay nə gözəl qaydadı şal sallamaq,

Bayramlığı bel şalına bağlamaq.

Ən yeni dövrün “torba atmaq” mədəniyyətində “dəsmal atmaq” və “papaq atmaq” kimi yeni vasitələrdən istifadə edildiyi müşahidə olunmaqdadır. Bunların bəziləri ilə bağlı xalq deyimləri də işlənməkdədir:

“Papaq atmaq” ilk öncə aldatmaq mənasını ifadə edir. Amma onun fiziki mənada işlənməsi sevinc hissini göstərən bir psixoloji situasiydır. Sevincdən papağını göyə atmaq xalq deyimi milli paremiologiyada mövcuddur. Demək “papaq atmağ”ın həm neqativ, həm də pozitiv komunikativ paremioloji funksiyaları vardır. “Papaq atmağı”ın tiploji səviyyədə də işləndiyi və orta əsrlərdə hökmdarlara göstərilən xüsusi təzim üsulu kimi istifadə olunduğu da məlumdur. Papaq qoyulduğu başı simvolizə edir. Papağın hökmdarın ayaqları altına atılması onun qədəm qoyduğu yerə baş qoyulmasını və ya başqa deyilişlə, ideal bir sədaqət və sevgi ifadə etməkdədir.

Xalq ənənsində “dəsmal vermək” və ya “dəsmal atmaq” ayrılıq əlamətidir. “Torba tikmək” də müasir paremioloji mənasına görə mərdimazarlıq, pislik etmək və s. kimi neqativ semantik əhatəyə malikdir. Amma “torba tikməyin” arxaik ritual semantikası xaos dünyasına yola salmaqdır. Atılan torba, şal, qurşaq, dəsmal və papaq da xaos dünyasına səfəri simvolizə etməkdədir.

Beləliklə, Novruz özündə arxaik ritualdan gələn bir sıra elementləri mühafizə etmişdir. Ritualın “rəsmi hissəsi” -hərəkət və sözlə yanaşı, karnaval, şənlik və ya şölən hissəsində də bəzi elementlər qorunmuşdur. Novruz mədəni kompleksinə daxil olan bu tipli elementlər üzərində müşahidələrdən aydın olur ki, arxaik ritual keçidin bir neçə səviyyəsini özündə ehtiva etməkdədir:

1)Sudan keçmək. İnancı: Su anası. Rudimenti: Səməninin suya atılması və s.

2)Oddan keçmək. İnancı: Gök Tenqri, Gün. Rudimenti: Tonqaldan tullanmaq və s.

3)Havadan keçmək. İnancı: Yel baba. Rudimenti: Kəndirbaz oyunu və s.

4)Yerdən keçmək. İnancı: Yer Tanrısı. Rudimenti: Yerə (quyuya, mağaraya, lağıma və s.) girmək.

5) Bitkidən keçmək. İnancı: Qaba ağac. Rudimenti: Ağac koğuşundan keçmək və s.

6) Heyvandan keçmək. İnancı:Gök böri, Qağan Aslan. Rudimenti: Heyvan dərisinə girmək və s.

Bunların hər biri ayrıca olaraq açıq kodla Novruz komponentlərində görünməsə də, onun invariant strukturunda yer tutur. Mövcud olanların paradiqmaları müxtəlif folklor mətnlərində rəngarəng şəkildə motivlənərək obrazlı ifadə olunmuşdur. Ayrıca olaraq, “Oğuz Kağan”da, “Dədə Qorqud kitabında”, “Oğuznamələr”də, Azərbaycan xalq nağıllarında, atalar sözlərində və s. epik folklor nümunələrində arxaik ritualdan gələn bu (Uluslararası Bilgi Şöleni, Atatürk Kültür Merkezi Yayınları, sayı 100, Ankara, 1995, s.221-227.)keçid səviyyələrinin çeşidli ifadə formalarını, obrazlarını və motivlərini müşahidə edirik. Belə motivlənməni xalq deyimlərində, paremioloji mətnlərdə də görmək olar:

1. Su: Su aydınlıqdır, Su qədər ömrün olsun!

2. Od: Od haqqı, Ocaq haqqı.

3. Yer: Yerin yeddi qatından keçmək.

4. Yel: Yel baba, Yel baba,

Əlçimimi ver baba və s.

Arxaik ritualın diaxron inkişafı orta əsrlərin rəsmi məra­sim­lərindən keçdiyi dövrdə geniş mənada inteqrasiya prose­sində olmuş və qarşılıqlı təsirlərə uğramışdır. Bu xüsusilə, özü­nü ibtidai mədəniyyətdən, yəni elə başlanğıcından diffe­ren­sial xarakter daşıyan yaxın mədəniyyətlərlə əlaqədə və münasibətdə göstərir. Ona görə də bu mədəniyyətə kompleks yanaşmaq lazımdır. Buraya xüsusilə, aşağıdakılar daxildir:

1. Rituallar.

2. İnanclar.

3. Oyunlar.

Bunları eyni zamanda funksiyalarına görə (magik, mistik, komik və s.) araşdırmaq lazımdır.

Arxaik ritualdan gələn bir çox elementlərin sakral funksiyası passivləşmiş, profan xarakter alaraq əyləncə funksiyası ilə əvəzlənmiş və bayramın karnavallığını, şənlik üçün şərait yaradan vasitələrini gücləndirmişdir.



Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin