128
Suleym ibn Qeys Hilali
Peyğəmbər (s) bir əlilə Hüseynin (ə) belindən tutar,
digər əlilə də dizinə
söykənərək səcdədən qalxardı. Bu hal namazını bitirənə qədər davam edərdi.
Peyğəmbər (s) minbərdə ikən Həsən (ə) boynunda
oturur
Peyğəmbər (s)
minbərdə xütbə oxuduğu zaman Həsən (ə)
gəlib minbərə
çıxar və onun çiyninə minərdi. Sonra da xalxalların (ayaq bilərziklərinin) parıl-
tısı görünəcək şəkildə ayaqlarını sinəsindən sallardı. Bu, Peyğəmbər (s)
xütbə
oxuduğu zaman olur və xütbəsi bitənə qədər onu çiynindən endirmirdi”.
Ali-Muhəmmədin sirləri
129
HƏDİS 22
1. Əmr ibn Asın Şamda İmam Əlinin (ə) əleyhinə xütbə
söyləməsi
Aban
Süleymdən nəql edir ki, Əmirəl-mömininə (ə) Şamda Əmr ibn Asın
belə bir xütbə söylədiyi xəbəri çatdı:
“Peyğəmbər (s) məni ordusuna başçı təyin etdi. Həmin orduda yaşlı səhabə
və Səhhakın oğlu vardı. Məni onun nəzdindəki hörmətimə görə başçı təyin et-
diyini zənn etdim. Qayıtdıqdan sonra dedim: “Ya Peyğəmbər! Ən çox sevdiyin
insan kimdir?” Buyurdu: “Aişə”. “Bəs kişilərdən kimdir?”
deyə soruşduğumda
isə: “Onun atası” deyə cavab verdi.
“Ey camaat! Bu Əli yaşlı səhabə, Səhhakın oğlu və Əffanin oğlu haqqında
pis sözlər danışır. Halbuki mən Peyğəmbərin (s) belə dediyini eşitmişəm: “Allah
haqqı Səhhakın oğlunun dilinə və ürəyinə yazmışdır”. Əffanın oğlu haqqında da
belə buyurub: “Mələklər Əffanın oğlundan həya edirlər (utanırlar)!”. Əgər yalan
danışıramsa qulaqlarım
kar olsun, Səhhakın oğlunun zamanında Əlinin özündən
belə dediyini eşitmişəm: “Yaşlı səhabə və Səhhakın
oğlu gələrkən Peyğəmbər
(s) onlara baxdı və buyurdu: “Ey Əli! Bu ikisi nəbi və rəsullardan sonra Cənnət
yaşlılarının ağalarıdırlar. Bunu onlara demə! Yoxsa həlak olarlar!!”.
Dostları ilə paylaş: