Ayətullah Fazil Lənkərani


-İMAM HƏSƏN (əleyhissalam) VƏ "TƏTHİR" AYƏSİ



Yüklə 0,58 Mb.
səhifə33/109
tarix10.01.2022
ölçüsü0,58 Mb.
#108492
1   ...   29   30   31   32   33   34   35   36   ...   109

3-İMAM HƏSƏN (əleyhissalam) VƏ "TƏTHİR" AYƏSİ


İmam Həsən (əleyhissalam) xilafətə çatandan sonra müsəlmanlara xitab edərək buyurdu:

اَيّهاَ النّاَسُ مَنْ عَرَفَنِي فَقَدْ عَرَفَنِي¨ وَ مَنْ لَمْ يَعْرِفْنِي فَاَناَ الْحَسَنُ بْنُ مُحَمَّدٍ اَناَ بْنُ الْبَشِيرِ اَناَ بْنُ النَّذِيرِ اَنَا بنُ الّداَعِي اِلي اللهِ عَزَّ وَ جَلَّ بِاِذنِهِ اَنَا بْنُ السِّراَجِ الْمُنِيرِ وَ اَنَا مِنْ اَهْلِ الْبَيْتِ الَّذِينَ اَذْهَبَ اللهُ عَنْهُمُ الرِّجْسَ وَ طَهَّرَهُمْ تَطْهِيرًا



"Ey camaat! Hər kəs məni tanıyırsa tanıyır, tanımırsa bilsin ki, mən Həsənəm, xalqı ilahi nemətlərə müjdə verən, ilahi əzabdan qorxudan Peyğəmbərin"Mühəmmədin, Allahın elçisinin oğluyam. Halbuki onun müqəddəs vücudu qəlblərə nur saçardı. Ey camaat! Mən Allahın, hər növ zahiri və batini çirkinliklərdən təmizləyib, pak ruh, səfa-səmimiyyətlə dolu olan qəlb bağışladığı Əhli-beytdənəm."36

Göründüyü kimi, İslamın ikinci rəhbəri"İmam Həsən (əleyhissalam) nəcabətli nəsildən olmasından əlavə, rəhbərliyə təkcə özünün layiq olmasını "Təthir" ayəsi ilə sübut edir. Əgər bu ayə İslam rəhbərlərinin şəxsiyyətini təyin etməsəydi, İmam Həsən (əleyhissalam)-ın öz rəhbərliyi haqqındakı söhbətində bu ayəyə istinad edərək onu dəlil gətirməsinin mənası olmazdı.

Bəli, bu canlı şahidlər Əhli-beytin yüksək məqamını, Peyğəmbərin zövcələrinin bu ayənin əhatə dairəsindən xaric olmasını və yalnız seçilmiş təbəqədən olan bu insanların rəhbərliyinə dəlalət etməsini aydınlaşdırır.


Yüklə 0,58 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   109




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin