36. İNƏYİN QARNINDAKI BUZOV
Şah Abbas dərvişlibas olub gəzirdi. Günorta olanda naxırı su üsdünə yığallar da. Belə baxdı, dedi:
– O qızıl inəyin qarnında qaşqa buzov var.
Naxırçı da belə durmuşdu, malgüdən. Dedi:
– Yox, dişi olmağına dişidi, amma quyruğunun uju ağdı, alnına qoyuf.
Daa bu demiyəjəhdi Şah Abbasdı. Qayıtdı çıxdı taxta. Naxırçını apardı, inəyi apardı, inəh yiyəsini də. Kəsdirdi, gördü ki, naxırçı deyəndi, bu deyən döylü. Tarixdə heş kim isdəməz özünnən ağıllı qabağa keçə. Dedi:
– Mən Şah Abbas olam, bunu bilmiyəm.
Dedi:
– Ə, sən kimsən, nəçisən? Bu kamalın, ağlın yiyəsi, özü də mala gedirsən.
Dedi:
– Şah sağ olsun, deerlər ki, saatın xoş vaxtında yaradılıb filankəs. Cənnətin, cəhənnəmin arasında bir qoş var. İkimiz bir saatda doğulmuşux. O qoş dırnağıynan quyruğunu qatdıyanda sən olmusan. Saa dünya quyruxdu. Dırnağıynan buynuzunu vuranda, dırnax daş, buynuz daş, mən olmuşam. Mənim çörəyim daşdan çıxır, dünya səə quyruxdu. Amma mən sənnən ağıllıyam.
Dostları ilə paylaş: |