15. DƏRYADAN ÇIXAN ƏL Dəryadan iki belə barmax çıxır. Bütün alimləri, müşteyidləri yığır padşah ki, o nədi ordan çıxıf? Oxu yaya qoyuf atıllar, bombalıyıllar, nağarıllar, o barmağa nə dəymir, nə çəkilmir. Alimləri yığır ki, o nədi? Heş birisi bilmir o nədi. Gedif Bəhluli Danəndəni gətirillər. Bəhluli Danəndə gəlir. Özü də öz qardaşı olur ey. Deyir ki, o nədi, biz onu yay-oxa qoyurux, bombaya qoyurux, o çəkilmir. Ona səjdə qılır professorlar, alimlər.
Deyir:
– Tərpənər. Onun ordan getməyin isdiyirsən?
Dəryadan çıxan əl itkin düşən sahibi-zaman peyğəmbərdi. O barmağını qaldırır ki, mənim bəndəmin ikisinin ürəyi birdisə, mən də çıxım üzə. Bəhlul da barmağın bir belə eliyir, bir də belə. Deyir ki, sən ikisini deyirsən, heş birinin də ürəyi düz deyil. O saat əl ordan çəkilir. Hələ də itkindi o, bəndələrə görə. Deyir bəndəm əgər birrəşirsə, mən də çıxım üzə, birrəşəh. Gör nə qədər ədalətdi peyğəmbərdi.