12. ALLAH BİLMİR NƏ VAXT YAĞDIRMAQ
LAZIMDI?
Bir dəfə camaat yığışır Bəhlulun başına. Deyillər neçə vaxdı yağış yağmır. Sən ağzı dualı kişisən. Gedəh çıxax bir qəlbi yerə, sən alqış elə, biz “amin” deyəh, bəlkə, yağış yağa.
Nəysə, gedillər. Bir bağın böyrünnən keçirmişdər. Görüllər ki, su bağa axmağ əvəzinə, bağın böyründə arx var, ora axır. Bəhlul deyir ki, ə, bu suyun ağzın çöyürün, verin bağa. Bağman da ayannan baxırmış. Görür kü, suyun ağzın çöyürdülər verdilər bağa. Deyir ki, əyə nağarırsan, əyə nağarırsan? Deyir ki, əşi nədi, bağa su çəkirih dana.
Deyir:
– Ə, sən bilmirsən, bağın çiçəh vaxdıdı, bağa su vurmazdar. Keç ötür ayna.
Bəhlul deyir ki, ay camaat, bu bağman bağı havaxt suvarmax lazımdı bilir, Allah-tala bilmir havaxt yağdırmax lazımdı?
Dostları ilə paylaş: |