LAHICLILAR HAQQINDA
21. LAHICLILARIN DUZ ƏKMƏSİ
İki qardaş olur. Görüllər ki, hamı taxıl, yonca, arpa əkif-becərir. Bunnar da qərar verir ki, nə əkilmirsə, onu əkəh. Yaddarına düşür ki, duz əkən yoxdu, duz əkəh. Yeri şumladıllar, duzu əkillər. Vaxt gəlif keçir, duz çıxmır. Hara çıxır ə. Fikirrəşillər, deyillər:
– Ə, bu il quraxlıx oluf, duz çıxmıyıf.
Gələn il yeri şumluyuf bir də əkillər. İndi qərar verillər ki, qaroolun çəhsinnər. Bəlkə də, oğru gəlif aparır, oğurruyullar. İndi qarool çəkillər. Biri sahənin o başında duruf, biri bu başında. Hərəsinin də əlində bir tüfəh. O ayannan, bu da bayannan şumu gözdüyüllər. Bu dəkqədə yekə milçəhlərdən biri vızıldaya-vızıldaya gəlif qonur şumun ortasına. Milçəh qonanda biri görür, o birisi görmür. Bu indi çağıra bilmir ki, milçəh uçar gedər. Fışdırıx verir. O biri ordan baxanda isdiyir deyə ki, gəlif da oğru. Milçəh ordan uçur düz qonur bunun alnına. Barmağıynan gösdərir ki, oğru burdadı, qonuf alnıma. – İnsannarın avamlığına misal çəkillər ey. – O da dizini qoyur yerə, tarap bunun təpəsinə bir güllə. Gəlif görür ki, paho, kişi ölüf, milçəh də uçuf gedif.
Dostları ilə paylaş: |