31. UŞAQLARI SUVARMAĞA GƏTİRMİŞƏM
İsa kişinin evi kəndin yuxarı başında idi. Onların evinin yuxarısında, meşənin ətəyində qədim bir xırman var idi. Ona Alçalı xırman deyirdilər. İsa kişinin yeddi qızı var idi. Bir dəfə gejə kişi bərk susayır. Hansı qızından su istəyirsə, ona su verən olmur. Sən demə, səhəngdə su yox imiş. Qorxudan bunu heç kəs kişiyə deyə bilmir. Atalarının buyruğu dalınca bir-bir dəhlizə çıxır, səhəngin boş olduğunu görüb geri qayıtmırlar. Beləliklə, İsa sonuncu qızından da su istəyəndən sonra işin nə yerdə olduğunu başa düşür. O bərk hirslənib qızlarının hamısını qatır qabağına, gətirir bulağın başına. Onların hamısını bircə-bircə məcbur eləyir ki, əyilib bulaqdan su içsinlər.
Evi bulağa yaxın olan Maqsud səs-küyə çıxır həyətə. Səsindən tanıyır ki, bu İsa kişidi. Maqsud bir az da qənşərə çıxıb xəbər alır:
– Ə, İsa, bu gejə vaxtı nağarırsan orda?
– Ə, Maqsud, sən öl, Alçalı xırmanda susundan ölüb batırıq. Uşaqları suvarmağa gətirmişəm.
Dostları ilə paylaş: |