67. DÜY ŞALIMA, AT DALIMA
Varlı və imkanlı adamlardan biri vəfat edir, var-döylət qalır dul arvadına. Hələ meyit götürülməmiş bir neçə var-döylət hərisi arvada elçi düşməyi düşünür. Biri isə fikirləşir ki, sonraya qalsa, arvad əldən çıxa bilər. Odur ki, tez bir ara arvadı tapır, bir üzük də alıb verir arvada ki, elə yasdaca taxarsan arvadın barmağına. Nəysə. Arvad üzüyü də götürüb gəlir yasa. Görür ki, qiyamətdi. Evin xanımı üz-gözünü cıra-cıra ağlayır. Bu da keçir ev yiyəsinin yanına, ağlaya-ağlaya deyir:
Belə, a bajı, mən sənə nə deyim,
Nə deyim, nejə deyim?
Belə o filankəs bir üzük göndərib,
Onu saa nejə verim?
Arvad cavabında deyir:
A bajı, ta nə vardı ki, nə deyəm,
Belə düy şalıma, at dalıma.
Dostları ilə paylaş: |