Qarağı (kor); – Qarağıqutsuzu bir düşdügi yerə yenə düşər (144).
Kor mənasında işlənən qarağı arxaizmi də, fikrimizcə, qara köklü sözlərdən olub, qaranlıq məfhumu, qara sifəti ilə bağlıdır.
Quru; – Quru gön bit arturar (153). 2.Hörmətsiz mənasında: Quru salamı yel alur. 3. Ac mənasında: Qışın çırağı quru olanın, yazın tamağı quru olar (152). 4. Günahkar mənasında: Quru qatında yaş da yanar (141).
Toğru; – Müasir dilmizdə bu söz «t-d» səs əvəzlənməsi ilə sabitləşib. 1. Toğru derlər: İttifaq etsə kişi aləmi dutar. 2. Haqlı, düz danışan mənasında: Toğruya zəval yoqdur (135). 3. Yol mənasında: Toğrudan gedən gec gəlür, tolamçadan tez gəlür (135). 4. Günahsız mənasında: Toğru tutulmayınca əgri bulunmaz (132).
Dostları ilə paylaş: |