İsimlərdə çoxmənalılıq nisbətən azdır və bunlar əsasən insan orqanizminin adları və oxşar funksiyalı sözlərdən ibarətdir. Məsələn:
Yüz: –Əl əli yuvar, iki əl yüzi yuvar (47). 2. Şərait-güzəran mənasında: Allah yüzi yoxsulluğun göstərməsin (19) (Allah yoxsulluğun üzün göstərməsin). 3. Abır, həya mənasında: Ər oldur ki, yüzi suyun satın ala.
Göz; – 1.İnsan, şəxs mənasında: Allah sağ gözü sol gözə möhtac eyləməsin (19). 2. Hava mənasında: Qış gözü qarağu olur. 3. Fikir mənasında: Odunçu gözü umacda (42). 4. Zövq mənasında: Ulu gözülə qız al, ərgən gözilə at al (50).
Əl;– Dilənmək mənasında: Nakəsə əl açmaqdan ac olmaq yegdir (49). 2.Hörmət, münasibət mənasında: Əl əli yuvar, iki əl yüzü yuvar (147).
Oyun;– Oğlanın (uşağın) dərdi oyundur (46). 2. Dostluq, mehribanlıq mənasında: Od ilə pambuğun nə oyunu var. Ət ilə bıçağın nə oyunu var (19).
Ad; – İftira, şər mənasında: Bir kişinin adı çıqıncayadək göni çıqar (77). 2. namus mənasında: Arx arınar, ad arınmaz. Ad altında ər ölür. Ad işlər, işi sən işləməzsən (62). 3. Hörmətli, tanınmış mənasında: Adlu kişi adından qorqar, adsuz kişi tanrıdan qorxmaz (63).