Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət



Yüklə 112,82 Kb.
səhifə10/16
tarix10.01.2022
ölçüsü112,82 Kb.
#107815
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Əzələdaxili hematoma

Qanaxmaların rastgəlmə tezliyinə görə müxtəlif lokalizasiyalı əzələdaxili hematomalar 2-ci yeri tutur. Bu hematomalar lokalizasiyasından və həcmindən asılı olaraq xəstələrin həyatı üçün çox təhlükəli ola bilər. Belə ki, iri ölçülü hematomalar daxili orqanları kompressiya (sıxılma) edərək onların funksiyasını pozar, yaxud da xəstə çox miqdarda qan itirə bilər. Ona görə də hematoma olan nahiyəyə dərhal buz qoymaq və hemostatik məqsədlə vena daxilinə 1kq çəkiyə 15-20 BV faktor konsentratları yeritmək lazımdır. Əgər hematoma çox böyükdürsə, dərmanın dozasını 40BV/kq –a qədər artırmaq lazımdır.

Peritonarxası hematoma həyat üçün təhlükəli qanaxmadır, çünki bu zaman qarın boşluğuna 0,5-3,0 litrə qədər qan yığıla bilər. Bu isə xəstədə kəskin anemiyaya gətirib çıxarır. Bu cür qanaxmalar spontan, yaxud fiziki yüklənmə nəticəsində əmələ gəlir. Xəstədə qarın boşluğunda və bel nahiyəsində kəskin ağrı olur. Bu əlaməti bud-çanaq oynağının hemartrozuna da oxşatmaq olur. Çünki, bud-çanaq oynağının hemartrozu zamanı oynağı açdıqda da kəskin ağrı yaranır. Peritonarxası hematomaya şübhə olduqda xəstəni mütləq cərrah müayinə etməli və dərhal hemostazı təmin etmək məqsədi ilə vena daxilinə faktor konsentratı yeridilməlidir. Xəstənin qanında faktorun səviyyəsi 50-80% -ə çatdırılmalıdır.

Hemofiliya xəstəliyi üçün böyrək qanaxmaları səciyyəvidir. Buna səbəb böyrək nahiyyəsinin travması, kəskin pielonefrit, paranefrit, çox tez-tez analgetiklərin qəbul edilməsi, kalsiumuriya ola bilər.

Hemofiliya zamanı qeyd olunan böyrək qanaxmaları, yəni makrohematuriya bel, sidik axarları boyunca olan ağrılarla, dizurik əlamətlərlə müşayiət edilir. Adətən xəstədə tez-tez sidik ifrazı hissiyyatı yaranır və sidikburaxma zamanı qan laxtaları xaric olur. Böyrək qanaxmaları fonunda antifibrinolitik dərmanların qəbulu sidik yollarında qan laxtalarının əmələ gəlməsini artırır. Belə hal böyrək sancılarına gətirib çıxarır. Hemofiliyanın gedişində qeyd edilən böyrək qanaxmalarında antifibrinolitik dərmanların, xüsusilə də aminokapron turşusunun işlənilməsi məsləhət deyildir. Böyrək qanaxmaları adətən təkrar olunur. Ağır dərəcəli böyrək qanaxmaları hipotonik hemorragik şokla da nəticələnə bilər. Təkrar olunan böyrək qanaxmaları pielonefrit, böyrək amiloidozu, böyrək çatışmazlığı ilə ağırlaşa bilər.


  • Antifibrinolitiklərin istifadəsi qəti qadağandır.

  • Ağrısız hematuriyanı 48 saat ərzində yataq rejimində və bol maye qəbulu ilə müalicə etmək lazımdır.

  • Böyrək və sidik yollarının ultrasəs və sidiyin laborator müayinəsi aparılmalıdır.

  • Xəstə mütləq mərkəzdə hematoloqa müraciət etməlidir.

Hemofiliyanın klinik gedişində hemartroz, hematoma, böyrək qanaxmaları ilə yanaşı mədə-bağırsaq qanaxmaları, subaraxnoidal sahəyə, onurğa və baş beyinə qansızmalara rast gəlinir. Sonuncu halda beyin əlamətləri, ifliclər, tənnəffus və ürək ritminin pozulması, huşun itirilməsi və s. ağır simptomlar meydana çıxır.

Hemofiliya zamanı travma və cərrahi müdaxilələr qanaxmalara səbəb olduğu üçün əməliyyatlar antihemofil preparatların fasiləsiz olaraq yeridilməsi fonunda icra edilir. Yeri gəlmişkən qeyd edək ki, hemofiliyalı xəstələrdə inyeksiyaların yerinə yetirilməsi zamanı ehtiyatlı olmaq lazımdır. Dəri altı və əzələ daxili inyeksiyalar əks göstərişdir.


Yüklə 112,82 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin