Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət



Yüklə 112,82 Kb.
səhifə11/16
tarix10.01.2022
ölçüsü112,82 Kb.
#107815
1   ...   8   9   10   11   12   13   14   15   16
Mədə-bağırsaq qanaxması

Hemofiliyalı xəstələrdə mədə-bağırsaq qanaxmaları digər qanaxmalarla müqayisədə nisbətən az təsadüf olunur. Qanaxmalar mədə və 12 barmaq bağırsağın gizli xorası, eroziv qastrit, asetilsalisil turşusu, qeyri-steroid iltihab əleyhinə dərmanların qəbulu ilə əlaqədar baş verir. Profuz mədə-bağırsaq qanaxmaları çox zaman spontan və yaxud səbəbsiz olur. Xəstədə ümumi zəiflik, dəri örtüklərinin avazıması, taxikardiya, təngnəfəslik, “qəhvə” rəngində qusma, qara rəngdə nəcis əlamətləri yaranır.



  • Dərhal xəstədə lazımi faktor səviyyəsini təmin etməli, sonra isə diaqnostika həyata keçirilməlidir.

  • Hemofiliya A zamanı faktor VIII səviyyəsini 80-100% , hemofiliya B zamanı faktor IX 60-80%-ə çatdırmaq lazımdır.

  • Mədə bağırsaq qanaxması zamanı xəstə dərhal hospitalizə olunmalıdır.

  • Xəstəni müayinə edib qanaxmanın səbəbini ayırd etmək lazımdır; mədə-bağırsaqda xora, qida borusunun genəlmiş varikoz venaları, hemorroidal düyünlər və s.

  • Lazım gələrsə anemiya və ya şokun müalicəsi aparılmalıdır.

Bəzi hallarda hemofiliyalı xəstələrdə səbəbsiz mədə-bağırsaq qanaxmaları olur, və çox zaman bunu qidalanma ilə əlaqələndirirlər.


Yüklə 112,82 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin