Məlumatın mübadiləsi, müzakirəsi və təşkili : Qruplar işlərini təqdim edirlər.
Digər qruplar fikirlərini bildirirlər. Hər bir qrupun fəaliyyəti meyarlar cədvəlinə
uyğun təhlil olunaraq qiymətləndirilir.
Ümumləşdirmə və nəticə:
“Payız mənzərəsi” mövzusunu necə və hansı vasitələrlə təsvir etmək olar?
Bunun üçün hansı qaydalara əməl etdiniz?
Mənzərə janrı təsviri incəsənətin digər janrlarından hansı xüsusiyyətlərinə
görə fərqlənir?
Payız fəslini digər fəsillərdən fərqləndirən xüsusiyyətlər hansılardır?
Şagirdlərin cavabları əvvəlki fərziyyələri ilə müqayisə olunur.
Müəllim şagirdlərə rəssamların payız mövzusunda yaratmış əsərlərindəki
kompozisiya, rəng həllini sadə dildə estetik baxımdan şərh edir.
Daha sonra şagirdlərin yazı lövhəsində nümayiş etdirdikləri qrup işlərini
şagirdlərlə birgə təhlil edərək qiymətləndirir.