32
-məzmununun sadə, əhatəli və anlaşıqlı olması;
-fənlərinin sayının çox olmaması (iki, üç və dörd fənn);
-eyni konsepsiyanın iki müxtəlif fəndə öyrənilməsi;
-təlimin müxtəlif mərhələlərinin əlaqələndirilməsi (şaquli inteqrasiya);
-təlimin milli və ümumbəşəri dəyərlərə əsaslanması;
-yüksək nailiyyət səviyyəsinin və intellektual bacarığın inkişafının
situmullaşdırılması.
Belə bir cəhəti də unutmaq olmaz ki, təsviri incəsənət fənninin məzmunu
inteqrativdir. Təsviri incəsənətin inkişafı ibtidai icma dövründən başlayaraq,
olduqca zəngin inkişaf yolu keçmişdir. Müxtəlif dövrlərdə yaradılmış milli və
ümumbəşəri dəyəri olan sənət nümunələrinin təsviri incəsənət tarixinin və
sənətkarlığın müxtəlif fənlərdə öyrənilməsi fəndaxili və fənlərarası inteqrasiya
prinsipinin gözlənilməsi üçün geniş imkanlar yaradır. Buna görə də təsviri
incəsənət fənninin hər mərhələsində şaquli və üfiqi inteqrasiya gözlənilməlidir. Bu,
şagirdlər tərəfindən fənnin məzmununun mənimsənilməsinin zəruri şərtlərindəın
biridir. Təsviri incəsənət fənninin tədrisində iki tip inteqrasiya tətbiq etmək məqsə-
dəuyğundur:
1) Fəndaxili (üfüqi, şaquli) inteqrasiya.
2) Fənlərarası inteqrasiya.
Təsviri incəsənət fənninin təlimində fəndaxili və fənlərarası inteqrasiya
nəzərə alınarkən aşağıdaki fəaliyyətlər əsas götürülür:
Dostları ilə paylaş: