Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə87/167
tarix15.05.2022
ölçüsü1,44 Mb.
#115909
1   ...   83   84   85   86   87   88   89   90   ...   167
16 Təsviri incəsənət-kurikulum

 
 
 
 
Sonra  müəllim  şagirdlərin  yeni  mövzuya  dair  nələri  bilmək  istədiklərini 
müzakirə edir və ortadakı sütunda yazır. 
       Daha  sonra  mövzuya  aid  mətn  (dərslikdə  və  ya  əvvəlcədən  hazırlanmış) 
hissə-hissə oxunur, birgə müzakirə edilir, qoyulmuş sualların cavablarına xüsusi 
diqqət yetirilir.  
        Şagirdlərin mövzu ilə bağlı suallara cavabları və eləcə də digər yeni biliklər 
cədvəlin üçüncü sütununda əvvəlki  qaydada müəllim tərəfindən qeyd olunur.  
         Sonra  şagirdlər  mövzuya  dair  əvvəlki  bilikləri  ilə  yeni  öyrəndiklərini 
müqayisə edir və ümumiləşdirirlər. 
         Bu prosesdə şagirdlərin ikinci sütunda verdikləri sualların bəziləri cavabsız 
qala  bilər,  yəni  onların  cavabları  mətndə  olmaya  bilər,  bu  şagirdlərdə  «hələ 
nələri öyrənmək» lazımdır sualını yaradır, onların şəxsi tədqiqat aparması üçün 
stimul verir. 
          BİBÖ  metodu  vasitəsilə  əşya,  hadisə,  yaxud  təsvir  obyekti    haqqında 
uşaqların  nələri  bildiklərini  müəyyən  etmək  mümkündür.  Şagirdlər  lazım 
gəldikdə  müəllimin  köməyi  və  istiqamət  olmadan  cədvəldə  nələri  öyrənmək 
istədiklərini  də  qeyd  edə  bilərlər.  Bu  üsuldan  istifadə  etməklə  əşya  və  ya 
hadisələr,  rəssamlar,  təsviri  incəsənətin  növ  və  janrları  haqqında  öyrəndiklərini 
yazırlar. 


64 
 
BİBÖ  fəal  təlim  metodu  kimi  müasir  dövrün  tələblərinə  cavab  verir, 
«şagird–şagird», «müəllim–şagird» ünsiyyətinin möhkəmlənməsinə xidmət edir. 
 

Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   167




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin