Üzün yuxarı hissəsinin düzəldilməsi: Almacıq hipoplaziyası, yaxud olmaması və almacıq qövsünün olmaması, yaxud yarıq olması nəticəsində yaranmış sadə yanaq çökəkliyində qüsur qabırğa qrefti ilə rekonstruksiya edilir.
Tessier metodu.
Üzün aşağı hissəsinin düzəldilməsi: Xəstələrin çoxunda kəskin retroqnatiya (çənənin arxada yerləşməsi) və apertoqnatiya olur. Retroqnatiya olmayan xəstələrə tərs çevrilmiş Spee mailliyinin düzəldilməsi tətbiq edilir. Əgər çənə retroqnatikdirsə, çənə şaxəsi intraoral yolla sagittal osteotomiya ilə həm irəlilətmə, həm yuxarı rotasiya edilir.
Sefalometrik analizləri normal olsa da, bəzi xəstələrdə anterior maksillanın aşağı protruziyası olur. Vasmund (yaxud Vunderer) üsulu ilə maksilla önə çıxarılmaqla daha yaxşı bir profil düzəldilir.