Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti


Bədxassəli dəri şişlərinin müalicəsinin istiqamət və metodları



Yüklə 0,54 Mb.
səhifə187/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   183   184   185   186   187   188   189   190   ...   303
Bədxassəli dəri şişlərinin müalicəsinin istiqamət və metodları. Bədxassəli dəri şişlərinin müalicəsində əsas iki istiqamət var :

  1. Xəstəliyi kənarlaşdırmaq (ilkin sahə və mümkünsə metastaz sahəsi)

  2. Ən yaxşı funksional və kosmetik nəticələr almaq

Tətbiq olunan müalicə metodları cərrahi, şüa terapiyası, xemocərrahiyə, xemoterapiya, radium müalicəsi ilə elektrodesikasiya və koaqulyasiyadır.

Cərrahi müalicənin üstünlükləri:



  • Müalicədə yüksək faiz. Məsələn, bazosellulyar xərçəngdə 98% müsbət nəticə alınır.

  • Adətən, qısa vaxt ərzində hospitallaşdırılmaqla tək bir əməliyyatın kifayət olması.

  • Az hallarda əmələ gələn hipertrofik çapıq və kelloid istisna olmaqla mükəmməl kosmetik və funksional nəticələr əldə edilir.

  • Eksiziyanın diaqnoz üçün histoloji müayinəyə göndəriləcək imkanın olması.

  • Cərrahi müalicədə şişin ətrafındakı limfa düyünlərinin xaric edilə bilməsi

Cərrahi müalicənin prinsipləri:

Bazosellulyar xərçənglərdə görünə bilən törəmə sahəsinin xaricindən düyünlü törəmələr üçün 0,5-1 sm, xoralı invaziv törəmələr üçün ən azı 1-1,5 sm sağlam kənar çıxarılacaq şəkildə eksiziyalar lazım gəlir. Spinosellulyar xərçənglərdə ətraf toxuma eksiziyası daha geniş olur və mümkün olduqda 2,5-3 sm qədər ətraf toxuma eksiziya edilməlidir.

Eksiziyadan sonra qüsurun bağlanmasının müxtəlif üsulları var. Bunlar birincili bağlama, lokal fleblər, tam qalınlıqlı və ya natamam qalınlıqlı dəri qreftləri, uzaq fleblərlə bağlama üsulları, hətta mikrovaskulyar anastomozlarla aparılan sərbəst fleb üsullarıdır.

Regionar limfa vəzilərinə metastaz 5-10% olduğuna görə bunların disseksiyası profilaktik deyil, terapevtik olaraq aparılır. Ancaq ölkəmizdə xəstələr gecikmiş dövrlərdə müraciət etdiyi üçün metastaz vermə faizi 15%-ə qədər yüksələ bilər. Bəzi klinikalarda limfa düyünü profilaktik disseksiya edilsə də, bəzilərində palpasiya zamanı düyün əlləndikdə disseksiya aparılır. Böyük şişlərdə cərrahi eksizya apardıqdan sonra nahiyənin şüa terapiyası ilə müalicəsi effektli nəticələr verir.



Şüa terapiyası. Təhlükəli nahiyələrdən əlavə, istifadəsində ağırlaşmaları nəzərə almasaq, yaxşı kosmetik nəticə verən bir metoddur. Radiasiya təhlükəsi və histoloji müayinənin mümkün olmaması onun mənfi cəhətləridir. Dəri maliqnizasiyalarında şüa terapiyası aparılan zaman bir sıra xüsusiyyətlərə nəzər yetirmək lazımdır.

  • Göz qapaqları, burun ucu, burun qanadı, burun qanadının əsası, preaurikulyar nahiyə, xarici qulaq, qulaq keçəcəyi nahiyələrində olan törəmələrdə şüa terapiyasından qaçmaq lazımdır. Ancaq bu nahiyələrdə də müasir cihazlarda diqqətli şüa terapiyası aparıla bilər.

  • Əlin üstündə, ayağın ön səthində və dodaqlardakı törəmələrdə şüa terapiyası alternativ bir metod olaraq tətbiq olunmalıdır.

  • Şüa terapiyasından sonra residiv olan xəstələrdə şüa terapiası yenidən tətbiq olunmamalıdır.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   183   184   185   186   187   188   189   190   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin