Parkland formulu:
İlk 24 saat:
5% qlükoza, ringer lactate : 4 cm3 x bədən çəkisi x yanıq %-i
İkinci 24 saat: ilk 24 saatlıq mayenin 1/2-i və ya 3/4-ü verilir.
Xəstələrdə ilk 48 saatda hər hansı bir formula ilə aparılan reanimasiya tədibrlərdən sonra bir qastrointestinal ağırlaşma inkişaf etmirsə, oral qidalanmaya keçilir. Əgər xəstə oral qidalanmaya uyğunlaşmırsa və ya böyrək ağırlaşması varsa, parenteral hiperalimentasiya tətbiq olunur.
Xəstələrdə ilk 24 saatda inkişaf edən ağırlaşmalar və onların müalicəsi. Ətrafların və döş qəfəsinin yanıqlarında xüsusilə 3-cü dərəcəli yanıqlarda, dəri elastikliyini itirdiyinə görə dərialtı toxumalara plazma keçməsi ilə toxuma təzyiqində artım müşahidə olunur. Ətraflarda bu təzyiq atımı səbəbi ilə venoz durğunluq və ya arterial qan dövranı pozulması inkişaf edir. Döş qəfəsindəki elastikliyin itməsi ilə də tənəffüsdə çətinlik və ventilyasiya məhdudluğuna görə ağciyər ağırlaşmaları meydana çıxır. Belə halda skaratomiya edilməlidir.
Yanıqların çoxunda ətraflarda aparılan eskaratomiya ilə periferik qan dövranı bərpa olunur. Yüksək voltlu elektrik yanıqlarında və əzilmiş zədə (crush injury) inkişaf etmiş yanıqlı xəstələrdə fassiya altında da ödem ola biləcəyinə görə fassiotomiya lazım ola bilər.
Yanığın sahəsi 25%-dən çox olan xəstələrdə paralitik bağırsaq keçməməzliyi inkişaf edə biləcəyinə görə nazogastral intubasiya və aspirasiya lazım olur. Bağırsaqların peristaltikası bərpa olunduqda (3-5-ci günlərdə) zond çıxarılır.
Yanıq zamanı tüstü inhalyasiyası nəticəsində kimyəvi traxeobronxit inkişaf edə bilər. İnhalyasiya travması inkişaf etmiş xəstələrdə fısıltılı səs batıqlığı və qara bəlğəm müşahidə olunur. Bu əlamətlər 2-3-cü gün meydana çıxdığından diaqnozun və müalicənin gecikməsinə səbəb olur.
Larinqoskopla müayinədə iltihabi dəyişikliklər müəyyən olunarsa və nəfəs yolu obstruksiyası yaranma ehtimalı varsa endotraxeal intubasiya edilməlidir. İnhalyasiya travmasının müalicəsi simptomatikdir. Öskürmə, oksigen inhalyasiyası, fasiləli pozitiv təzyiqli tənəffüs və öksürərək nəfəs yolunu təmizləyə bilməyənlərə bronxoskop vasitəsilə fizioloji məhlul və antiseptiklə yuyulma tətbiq olunur. Bu xəstələrdə bronxopnevmoniya ölümə səbəb ola bilər.
Dostları ilə paylaş: |