Əməliyyatdan sonra fleb nəzarəti. Əməliyyatdan sonrakı müddətdə bu nöqtələrə diqqət yetirilməlidir: 1. Fleb üzərində bayırdan və içəridən təzyiq olmamalıdır. 2. Flebin altında hematoma toplanmamalı, hemostaz yaxşı aparılmalıdır. 3. Fleb çox gərgin hazırlanmamalıdır. 4. Xüsusilə, boru fleblər bükülməkdən qorunmalıdır. 5. Erkən əməliyyatdan sonrakı müddətdə infeksiyadan qorunmalıdır.
Dəri fleblərinin əməliyyatdan sonrakı xüsusiyyətləri:
Rəng və struktur. Götürüldükləri nahiyənin rəng və struktur xüsusiyyətlərini saxlayırlar.
Akseptor nahiyədə bir kütlə yaradırlar, bəzən kobud görünə bilər.
Tük uzanması və vəzi sekresiyası ola bilər.
Hissiyat və tər ifrazı xüsusiyyətləri 6 həftə ilə 3 il müddətində dövr edir.
Travmalara qarşı davamlıdır.
Z-plastika. Qolları dəridə Z fomasını çəkən iki üçbucaq flebin transpozisiya metodudur. Z-in qollarının uzunluğu bərabərdir. Bu transpozisiyanın əsas iki xüsusiyyəti var:
Z-in ortasındakı xətt boyu uzatmaq mümkündür.
Ortadakı xəttin istiqamətini dəyişmək mümkündür.
Bu iki xüsusiyyətindən yararlanan Z plastika, plastik cərrahiyədə çox böyük bir istifadə sahəsi olan praktik üsullardan biridir. Ən çox kontraktura müalicəsi və üzdəki çapıqların təftişində istifadə olunur. Kontraktura müalicəsində Z-in uzadıcı xüsusiyyətindən, çapıq təftişində isə istiqamət dəyişdirici xüsusiyyətindən istifadə edilir.
Z-in qollarının uzunluğu müəyyən edildikdən sonra uzanma tamamilə bucağın dərəcəsindən asılı olacaqdır. Bucaq genişləndikcə uzanma artacaq. Nəzəri olaraq 30O bucaq ilə 25% uzanma, 45O bucaq ilə 50% və 60O bucaq ilə 75% uzanma təmin olunur. Bu nəzəri artım hesablanması dərinin elastikliyi, çapığın vəziyyəti və başqa faktorlardan asılı olaraq dəyişilə bilər. Bucaq kiçildikcə flebin zirvəsinin qan təchizatı problemi yaranır, bucaq artdıqca fleblərin transpozisiya asanlığı aradan götürülür.
Z-plastikanın uğurlu olması üçün iki mühüm prinsip var:
Z-in transvers diaqonalı mümkün qədər çapıqlar üçün üstün tutulan təbii xətlər üzərinə gətirilməlidir.
Z-in qolları bərabər uzunluqda olmalıdır.
Üzdəki uzun çapıqlarda çoxsaylı Z-plastika üsulu tətbiq oluna bilər, bu metoda W-plastika deyilir.
Dostları ilə paylaş: |