Şəkil..... Veau-üardill-kilner operasiyası
Qəlsəmə kistası, cibi və fistulları. Qəlsəmə kistası, cibi və fistulaları 2-ci və bəzən 3-cü qəlsəmə yarıqlarının və ya qövslərinin embrioloji qalıqları nəticəsində boyunun yan tərəfində inkişaf edən, daxili epiteldən ibarət anormal törəmələrdir. Bu boru şəkilli törəmələrin iki tərəfi də bağlandıqda qəlsəmə kisti inkişaf edir və içərisi sekresiya ilə dolu olur.
Şəkil.....
Xarici qəsləmə cibləri əsasən tiroid qığırdaq səviyyəsində qalan sternokleidomastoideus əzələnin ön sərhəddi boyunca dəridə hər hansı bir yerə açılır. Kiçik bir yarıq şəklində olan açılma sahəsindən, adətən, bir damcı seroz ya da irinli maye gəlir.
Daxili qəlsəmə cibləri tonzillanın altında arxa tonzilla büküşünə açılır, simptomsuz olduğundan diaqnozun qoyulmasında çətinliklər yaranır.
Qəlsəmə fistulalarının kanalı həm daxilə, həm də xaricə açılan ağzı olur.
Yuxarıda göstərilənlərdə 75-80% hallarda qəlsəmə kistalari rast gəlinir.
Qəlsəmə fistulalarında kanalın böyük hissəsi çoxqatlı yastı epitellə, az bir hissəsi isə kubvari epitellə örtülür. Kistlər, əsasən, yastı epiteldən ibarətdir. Bəhs edilən bütün bu törəmələrin divarlarını limfoid toxuma əhatə edir.
Qəlsəmə kistalari, əsasən, sternokleidomastoideus əzələsinin ön kənarının daxili səthində və karotis yatağının üzərində yerləşirlər. Böyük kistlər yuxarıya - kəlləyə və aşağıya - udlaq divarınadək irəliləyə bilərlər. Bu üç xəstəliyin inkişafında irsi faktorların rol oynadığı düşünülür.
Müalicə yalnız cərrahi yolladır. Hər üç halda əsas prinsip total eksiziyasıdır. Sinus və fistulalarda əməliyyatdan əvvəl sinus və fistula yolunun tamamilə izlənməsi və rahat eksiziya edilə bilməsi üçün ağızdan metilen abısı inyeksiya edilməlidir. Bu törəmələrin eksiziyasında diqqət etmək lazımdır ki, a.carotis externa, v.jugularis interna, m.digastricus, m.stylohyoideus, n.vagus, n.hypoglossus və n.accessorius zədələnməsin. Qəlsəmə kistası, sinusu və fistulaları infeksiyalaşa bilər. Əgər abses inkişaf edərsə, drenaj lazımdır. İnfeksiya nəzarət altında olduqdan sonra eksiziya etmək mümkündür.
Bu embrioloji qalıqlardan nadir hallarda qəlsəmə şişi inkişaf edə bilər. Belə xəstələrdə tətbiq olunan müalicə törəmənin eksiziyası və həmin tərəfdə radikal boyun disseksiyasıdır.
Dostları ilə paylaş: |