Azərbaycan respublikasi səHİYYƏ naziRLİYİ azərbaycan tibb universiteti



Yüklə 0,54 Mb.
səhifə91/303
tarix01.01.2022
ölçüsü0,54 Mb.
#105598
1   ...   87   88   89   90   91   92   93   94   ...   303

Müalicə. İnfeksiyalaşdıqda antibiotik tətbiq olunmalı və prosesin sönməsi gözlənilir. Abses inkişaf etdikdə drenaj qoyulur. İnfeksiya prosesi başa çatdıqdan sonra kista və fistula total eksiziya edilir. Eksiziyada əsas prinsip dilaltı sümüyün orta hissəsi ilə birlikdə kista və fistulanın tamamilə çıxarılmasıdır.


Kistik hiqroma. Hiqroma termini endotel ilə sərhədlənmiş içərisi maye ilə dolu kisəciyi ifadə edir. Hiqroma - inkişaf etməkdə olan limfa düyünlərinin obstruksiyası və sekvestrasiyası nəticəsində inkişaf edən müxtəlif tipli limfoangimadır. Adətən, ön tərəfdə m.sternocleidomasteideus, arxa tərəfdə m.trapezius və aşağıda clavicula ilə sərhədlənən boyunun arxa üçbucağında, başqa sözlə desək supraclavicular fossa-da hiqroma müşahidə olunur. Bununla bərabər, baş və boyunun digər nahiyələrində, qoltuqaltı çuxurda, divararalığında və ya qasıq nahiyəsində də lokalizasiya edə bilər. Beləliklə, törəmələr daha çox böyük venalarla limfatik kanallara yaxın yerlərdə meydana çıxır. Çox zaman hiperplastik limfa düyünləri də tapılır.

Anadangəlmə bir şiş olmasına baxmayaraq, doğuşla birlikdə rast gəlinməyə bilər. Həyatın ilk həftə və aylarından 2 yaşa qədər çox rast gəlinir. Nadir hallarda böyüklərdə də müşahidə oluna bilər. Travma və ya yuxarı tənnəffüs yolları infeksiyasından sonra da inkişaf edə bilər.

Şişin inkişafı proqressiv ola bilər, eyni ölçüdə qala bilər, fasilələrlə böyüyə bilər və ya nadir hallarda spontan reqresssiya olaraq yox ola bilər. Klinik olaraq xəstənin boynunda ağrısız bir kütlə halında mövcud olaraq aşağıdakı simptomlarla müşayiət olunur:


  • Üz və boyunda distorsiya,

  • Təzyiq və ya divararalığının sıxılması ilə əlaqədar fitverici tənəffüs və sianoz,

  • İltihab, infeksiya və ya təzyiqlə əlaqədar olan disfagiya,

  • Yuxarı tənəffüs yolu infeksiyası ilə birlikdə spontan infeksiyalar,

  • Spontan qanaxmalar nəticəsində şişin həcminin böyüməsi (ölümə səbəb bilər)

  • Bazu kələfinə təzyiq nəticəsində ağrı və hiperesteziyanın olması .

Kistik hiqroma bir və bir neşə paydan ibarət struktura malik, sərhədləri bəlli olmayan diffuz bir şişdir. Üstündəki dəri normaldır, amma inkişafdan qalırsa, nazikləşmiş mavi venoz bir rəng alır, günəş şüalarının təsiri ilə dərialtı toxumada atrofiya ola bilər.

Palpasiyada yumşaq, ağrısız, basdıqda kiçilməyən, pis sərhədlənən və əsasən, üzərindəki dəriyə yapışan kütlə şəklində əllənir. Yumşaq olan kütlədə trabekulalar və fibrotik sahələr hiss edilə bilər. Adətən, boyunun dərialtı əzələsinin altında lokalizasiya olunur və boyun daxilinə doğru penetrasiya edərək qoltuqaltı çuxur və divararalığına qədər gedə bilərlər. Kistik hiqromaların tərkibinə bəzən bir qədər vaskulyar strukturlar da daxil olur. Kistik hiqromaların lokalizasiyalarından ən təhlükəli forması dili, ağız əsasını və boyundakı dərin strukturları tutan formalarıdır. İnkişaf edən tənəffüs çatışmazlığı təcili cərrahi yardım tələb edir, dekompressiya və ya traxeostomiya icra edilir.



Müalicə eksiziyadan ibarətdir. Şişin genişliyi və qonşu damar, sinir strukturlarına çox yaxın olması, bəzən iç-içə olması səbəbiylə total eksiziyası çox çətin və praktik olmayan bir metoddur. Kistik hiqroma əməliyyatını keçirən uşaqlarda n.accessoriusn.hypoglossus-un zədələnməsi müşahidə olunur. Bu səbəbdən eksiziyanın sərhədləri düzgün müəyyən edilməli və şişin patologiyasını, boyun anatomiyasını, reklonstruksiya metodlarını yaxşı bilən təcrübəli cərrahlar tərəfindən əməliyyat olunmalıdır.

Bəzən kistik hiqroma sadəcə kosmetik bir deformasiya yaradır. Buna görə də radikal əməliyyat vacib deyil. Şişin altındakı sinir şaxələri (n.facialis, n.accessorius, n.hypoglossus) və böyük damarlar qorunaraq hissəvi eksiziya kifayət edir. Nəticədə hiqromatoz toxumanın bir hissəsi saxlanılır. Lakin adı çəkilən sinirlərin zədələnməsi ilə müqayisədə bu vəziyyət üstün tutulur. Düzgün eksiziyadan sonra residiv nadir hallarda rast gəlinir. Əməliyyatdan sonrakı dövrdə yaranın drenaji vacibdir.




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   303




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin