Xoş xassəli şişlər. Xoşxassəli şişləri histoloji olaraq rastgəlmə tezliyinə görə aşağıdakı kimi sıralaya bilərik:
Pleomorfik adenoma (qarışıq şiş) - 80%
Papilyar kist adenoma limfomatik (Uartin şişi) - 6-8%
Papilyar kist adenoma - nadir rast gəlinir
Xoş xassəli adenoma - nadir rast gəlinir
Bütün tüpürcək vəzilərinin xoş xassəli şişlərinin təxminən 80%-i parotisdə rast gəlinir, bütün birincili parotis şişlərinin 80%-i xoş xassəlidir və bütün xoş xassəli parotis şişlərinin 80%-i xoş xassəli qarışıq şişlərdir.
Xoş xassəli xarakterdə olan qarışıq tüpürcək vəzisi şişlərinin həqiqi kapsulası yoxdur. Lokal yayılması çox geniş ola bilər və əgər əsas prinsiplər diqqətdən yayınarsa, residiv çox rast gəlir. Bəzi məlumatlara görə, xoş xassəli qarışıq şişlərin maliqnizasiyasının səbəbi düzgün olmayan eksiziyadır. Uartin şişi (papillyar kistadenoma limfomatozu), adətən, parotisin səthi payında lokalizasiya olan xoş xassəli və yavaş böyüyən bir şişdir. Xüsusilə, 50 yaş həddində kişilərdə rast gəlinir. Kapsulyasiya olan bu şiş 2-4 sm ölçüdə bir kütlə əmələ gətirə bilər. Maliqnizasiya baş vermir və düzgün eksiziya aparılarsa residiv olmur. Xoş xassəli adenoma çox rast gəlinmir, maliqnizasiya baş vermir, residiv nadir hallarda olur.
Tüpürcək vəzi şişləri birdən çox vəzini əhatə edə bilər və ya tək vəzidə çoxstrukturlu fokuslar əmələ gətirə bilər. Belə çoxstrukturlu fokus əmələ gətirən şişlərdən ən çox rast gəlinəni Uartin şişidi.
Dostları ilə paylaş: |