Azərbaycan respublikasi təHSİl naziRLİYİ az ərbaycan memarliq və İNŞaat universiteti “İnşaat” fakültəsi



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə6/14
tarix10.10.2022
ölçüsü0,7 Mb.
#118187
1   2   3   4   5   6   7   8   9   ...   14
31423bcf1d54c90afb89a3a5a2f02905

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 1. Yaş üsulla sement istehsalı xəttinin texnoloji sxemi 
1-
çənəli daşqıran; 2-çəkicli daşqıran; 3-xammal anbarı; 4-hidrofol dəyirman; 5-kürəli dəyirman; 6-
şaquli şlam hovuzları; 7- üfüqi şlam hovuzları; 8-fırlanan soba; 9-soyuducu; 10-klinker anbarı; 11-
sement dəyirmanı; 12-sement silosu.
Yaş üsulla işləyən sement zavodlarında adətən yumşaq gilli və bərk əhəngdaşlı komponentdən
istifadə olunur. Əhəngdaşı bərk material olduğundan əvvəlcə daşqıranlarda xırdalanır, plastiki gil isə 
xüsusi gilqarışdırıcılarda xırdalanır. Əhəngdaşı, gil və korrektivləşdirici əlavələrin eynicins qarışığını 
almaq üçün materiallar birlikdə kürəli dəyirmanlarda üyüdülür. Komponentlərin dəyirmana dozalarla 
verilməsinə baxmayaraq, onların kimyəvi-mineroloji tərkibləri dəyişkən olduğundan verilmiş tərkibli 
xammal qarışığı almaq mümkün olmur. 



Ona görə də xammal qarışığının tərkibini korrektivləşdirmək üçün xüsusi texnoloji 
əməliyyatlardan istifadə olunur. Sonra şlamın tərkibi yoxlanılır, əgər verilmiş göstəricilərə uyğun 
olarsa, onda yandırmaq üçün fırlanan sobalara verilir. Sobada gedən fiziki-kimyəvi proseslər 
nəticəsində klinker alınır. Alınmış klinker soyuducuda soyudulur və anbara verilir. Anbarda olan 
mineral-
aktiv əlavələr 1 % nəmliyə qədər qurudulur, gips isə xırdalanır. Klinker, gips və mineral-
aktiv əlavələr kürəli dəyirmanda birlikdə üyüdülərək sement alınır. Sement dəyirmandan siloslara 
verilir, oradan isə açıq halda, ya da qablaşdırılmış halda alıcıya göndərilir. Yaş üsulun həm müsbət, 
həm də mənfi cəhətləri vardır. 
Su mühitində materialların xırdalanması asanlaşır və qarışdırılması yaxşılaşır. Nəticədə
elektrik enerjisinin s
ərfi azalır, daha eynicins qarışıq alınır və nəhayət, sementin markası yüksəlir. 
Bundan başqa yaş üsulda şlamın nəqli asanlaşır və əməyin sanitar-gigiyenik şəraiti yaxşılaşır. Bütün 
bunlarla yanaşı şlamın tərkibinə verilmiş 30...50 % su istilik enerjisinin sərfinin kəskin artmasına 
səbəb olur. Yaş üsulda istilik sərfi quru üsula nisbətən 30...40 % çoxdur. Bundan başqa yaş üsulda 
sobaların ölçüləri böyük və metaltutumu çox olur.

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin