Azərbaycan Respublikasının Təhsil Nazirliyi



Yüklə 282,34 Kb.
Pdf görüntüsü
səhifə11/11
tarix26.01.2022
ölçüsü282,34 Kb.
#113922
1   2   3   4   5   6   7   8   9   10   11
Təhlükəsizlik məhsullarının markalanması

    Azərbaycan 

    Azərbaycanda qida məhsullarının markalanması və etiketlənməsi qaydaları müəyyənləşir. 

qida məhsullarının markalanması və etiketlənməsi aşağıdakı qaydalara uyğun həyata 

keçirilməlidir: 

1. alıcıya qida məhsullarının qida və enerji dəyəri, tərkibi, miqdarı, yararlılıq müddəti, saxlanma 

şəraiti, tərkibindəki allergentlər, mənşəyi, istehsal üsulu və istifadə qaydaları barədə dolğun 

məlumatlar verilməlidir; 

2. məhsulların markalanması və etiketlənməsi dəqiq, aydın, istehlakçılar üçün tam başa düşülən 

tərzdə həyata keçirilməlidir; 

3. qida məhsullarına xas olmayan təsir və ya xassələrin onlara aid edilməsi istisna olunmalıdır; 

4. eynixassəli oxşar qida məhsullarının xüsusi xassələrə malik olması haqqında yanlış məlumat 

verməklə istehlakçıların aldadılmasına yol verilməməlidir; 

5. qanunvericiliklə müəyyən olunmuş hallarda təbii mineral sular və xüsusi təyinatlı qida 

məhsulları istisna olmaqla hər hansı bir qida məhsulunun etiketində həmin məhsulun insan 

xəstəliklərinin qarşısını alması, müalicəvi xüsusiyyətlərə malik olması haqqında məlumatlar 

verilməməlidir; 

6. kimyəvi və bioloji preparatlarla işlənilmiş kənd təsərrüfatı məhsullarının taraları üzərində 

müvafiq xəbərdarlıq yazıları və nişanları olmalıdır 

   Azərbaycan Respublikasının 2 noyabr 1999-cu il tarixli 733-1Q nömrəli Qanununun 7-ci 

maddəsinə, “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun icrasının 

təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli, 357 

nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 iyul 2002-ci il tarixli, 102 



nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki 

qurğulara və avadanlığa sertifikatın verilmə Qaydaları”na uyğun  olaraq hazırlanıb və təhlükə 

potensiallı obyektlərdə istifadə olunan texniki qurğulara və avadanlığa texniki təhlükəsizlik 

sertifikatlarının və icazələrinin verilməsi*) mexanizmini müəyyən edir. 

Metodika, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan 

Respublikasının ərazisində təhlükə potensiallı obyektlərin istismarı ilə məşğul olan bütün hüquqi 

və fiziki şəxslərə şamil edilir. 

    1.2 Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğular və avadanlıq, Azərbaycan 

Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada texniki təhlükəsizlik tələblərinə 

uyğun olaraq sertifikatlaşdırılır. Təhlükə potensiallı obyektlərdə istifadə olunan və 

sertifikatlaşdırılmış texniki qurğuların və avadanlığın siyahısı Azərbaycan Respublikası Dövlət 

Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Komitəsi (bundan 

sonra-Dövdağtexnəzarət Komitəsi) tərəfindən təsdiq olunur. 

    1.3 Təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların və avadanlığın texniki 

təhlükəsizlik baxımından sertifikatlaşdırılması Dövdağtexnəzarət Komitəsi tərəfindən  aparılır. 

    1.4. Obyektdə istifadə olunan texniki qurğuların və avadvnlığın sertifikatlaşdırılmasının 

məqsədləri aşağıdakılardır: 

    a) obyektlərin təhlükəsiz istismar olunmasını təmin etmək; 

    b) əhalinin həyatı, sağlamlığı, əmlakı və ətraf mühit üçün təhlükə yarada biləcək texniki 

qurğuların və avadanlığın istismar olunmasının qarşısını almaq; 

    c) texniki qurğuların və avadanlığın istismara verilməsindən əvvəl və istismarı dövründə 

təhlükəsizlik səviyyəsini  müəyyənləşdirmək; 

    d) istehlakçılara, texniki təhlükəsizlik tələblərinə uyğun olmasını müəyyən etmək məqsədilə, 

texniki qurğuların və avadanlığın sertifikatlaşdırılması üçün seçilməsində  köməklik göstərmək. 

    1.5 Bu Metodika, istismar müddəti qurtarmış texniki qurğulara və avadanlığa şamil edilmir, 

həm də belə texniki qurğular və avadanlıq texniki təhlükəsizlik baxımından sertifikatlaşdırılmır. 

    1.6 Texniki qurğularda və avadanlıqda, texniki təhlükəsizlik sertifikatı verildikdən sonra, 

onların konstruksiyasında və ya təyinatı üzrə istifadəsində dəyişikliklər edilməklə təhlükəsizlik 

tələblərindən kənara çıxıldığı hallarda obyekti istismar edən şəxs Dövdağtexnəzarət Komitəsinə 

qabaqcadan məlumat verməlidir. Bununla əlaqədar, dəyişiklik edilmiş texniki qurğuların və 

avadanlığın yenidən sertifikatlaşdırılmasının yaxud əlavə yoxlama və sınaqların keçirilməsinin 

zəruriliyi barədə Komitə qərar qəbul edə bilər. 

    1.7 Təhlükə potensiallı obyektlərdə  texniki qurğuların və avadanlığın texniki təhlükəsizlik üzrə 

sertifikatlaşdırılması  Dövdağtexnəzarət  Komitəsi tərəfindən təsdiq edilmiş müvafiq plana 

uyğun olaraq aparılır. 

    2.1 Bu Metodikada istifadə  edilən terminlər aşağıdakı mənaları ifadə edir: 

texniki təhlükəsizlik sertifikatı - texniki qurğunun və avadanlığın dövlət standartına, Azərbaycan 

Respublikası tərəfindən tanınmış beynəlxalq standartlara, digər normativ aktların və texniki 

sənədlərin təhlükəsizlik tələblərinə uyğun gəlməsini müəyyən edən rəsmi şəhadətnamə; 

obyektin texniki təhlükəsizliyi (bundan sonra - texniki təhlükəsizlik)-vətəndaşların və cəmiyyətin 

vacib həyati maraqlarının təhlükə potensiallı obyektlərdə baş verə biləcək qəza  risklərindən 

müdafiəsi  üzrə tədbirlərin  tətbiq  edilməsi; 

texniki nəzarət - istehsal obyektlərində işlərin aparılması qaydasını müəyyənləşdirən qaydaların, 

normativlərin, texniki sənədlərin, təhlükə potensiallı obyektlərdə fəaliyyət növünə verilmiş 




xüsusi razılığın və ya qaz təchizatı sahəsində xüsusi icazənin tələblərinə və şərtlərinə əməl 

olunmasına, təhlükə potensiallı obyektlərdə istifadə olunan texniki qurğuların, avadanlığın 

texniki təhlükəsizlik sertifikatı ilə təminatına  nəzarət; 

texniki təhlükəsizlik nişanı - sertifikatlaşdırma sistemində müəyyənləşdirilmiş qaydalara müvafiq 

olaraq, sertifikatlaşdırılan texniki qurğunun və avadanlığın texniki təhlükəsizlik tələblərinə cavab 

verməsini təsdiq edən nişan ( əlavə 1); 

sertifikatlaşdırma sistemi - sertifikatlaşdırmanı həyata keçirən iştirakçıların sertifikatlaşdırma 

üzrə sistemin strukturu (əlavə 3); 

akkreditasiya olunmuş laboratoriyalar - konkret məhsul növlərinin (proseslərin, xidmətlərin) 

sınaqlarının və ya konkret sınaq növlərinin aparılmasına dair səlahiyyətləri rəsmi surətdə 

tanınmış sınaq laboratoriyaları; 

normativ-texniki sənəd - müxtəlif fəaliyyət növlərinə və yaxud onların nəticələrinə aid texniki 

qaydaları, normaları, şərtləri, ümumi prinsipləri və yaxud xüsusiyyətləri müəyyənləşdirən rəsmi 

sənəd; 


beynəlxalq standartlar - dünya dövlətlərinin əksəriyyətinin qəbul və istifadə etdiyi standartlar, 

norma, qayda və tövsiyələr; 

milli standartlar - ayrı-ayrı müstəqil dövlətlərin ərazisində müvafiq qaydada hazırlanıb  istifadə 

edilir. 


 

    Nəticələr: 

•  Finlandiyada qadınlar arasında gündəlik duz qəbulu 1970-ci illərin sonlarında gündə 

təxminən 12 qramdan 2002-ci ilə qədər gündə cəmi 6,5 qrama düşmüşdür. 

•  Finlandiya duz istehlakının monitorinqi üçün qızıl standart üsullardan istifadə etməklə 

etibarlı sistemlər yaratmışdır. 

 

 



Yüklə 282,34 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin