Азярбайжан милли елмляр академийасы



Yüklə 1,58 Mb.
səhifə44/78
tarix05.01.2022
ölçüsü1,58 Mb.
#111920
1   ...   40   41   42   43   44   45   46   47   ...   78
Lətafət – Liliya/Liliçka şəklində: Lətafət (ayağa qalxaraq)- “Lətafət xanım” nə üçün? Sən ki həmişə mənə Liliya deyirsən?! [55, c.2, s.289]. Sadıqov – Liliçka! Sən nə danışırsan?! [55, c.2, s.289].

Nargilə – Nana şəklində əzizlənir: Nargilə. Çox sağ olun. Ancaq mənim təzə mənzilim bu təbrikə dəyməz. Sarısaç qız. Nə danışırsan, Nana [55, c.2, s.310].

Davud – Dodik şəklində əzizlənir: Nargilə. Sən kimləsən? Nargilə. Mən Dodik­lə [55, c.2, s.311].

Sədaqət – Seda şəklində: Sədaqət – Orası düzdür ki, hamı sənin gözəlliyinin paxıllığını çəkir… Aynur – Qədim kimilərin arvadları da özlərinin tayıdır. Heylə deyil, Seda? [46, s.64].

Elə əsərlər də var ki, orada personajın birdən çox qısaltma adı olur. Məsələn, Davud adı Dodik – Dod şəklində xırdalanır: Sarısaç qız. Oy, Dod…bəsdir…[55, c.2, s.311].



Nargilə – Nana – Nar şəklində: Sarısaçqız. Nar, mən çox bədbəxtəm. Nargilə. Nə üçün? Sarısaçqız. Sən zarafata salma, Nar… Nar.. Heç olmasa sabah nə iş görəcəyini, nə edəcəyini bilirdin [55, c.2, s.346].

Müəllif dram əsərlərinin obraz, personajlarını çox zaman məqsədli şəkildə adlandırmış, onlara uyğun ləqəb yaratmışdır. Dramaturq şəxsin xasiyyəti, psixoloji durumu, xarici görünüşü ilə əlaqədar ləqəb işlədir. Belə adların mənasını aydınlaş­dırmaqla əsərin ideyasını, dramaturqun surətə münasi­bətini müəyyənləşdirmək mümkündür. Məsələn, “Bahar suları”nda qalmaqal ləqəbi Mədəd üçün çox doğru olaraq seçilmişdir. Ona görə ki, onun işi-peşəsi dedi-qodu yaratmaq, camaat arasında qalmaqal salmaqdır. Xanmurad – Qalmaqal Mədəd bu saat rayondan gəlib. Deyir “öz gözümlə gördüm. Rayon katibinin maşınını gözləyirdi ki, minib gəlsin” [55, c.2, s.172]. Usta Faizin hər bir cümləsində “faiz’ sözü də işlədilir. Buna əsərdə də işarə edilir. Babadayı deyir: “Uşaqlar sənin adını elə yerində “Usta Faiz” qoyublar! [55, s.70].

Əsərlərdə yazıçı müxtəlif ləqəblərdən istifadə etmişdir: Narıngül – Yoxsa bizi üzüyola görmüsünüz? Vallah, o Gülzardı, nədi, ona bir gəliş gələrəm ki, babası dəli Xankişinin toyu yadına düşər! [55, c.2, s.175]; Şahzadə xanım (həyəcanla gəlir) – İnqilabın ilk sədaları eşidiləndə gərək idi Teh­ran hökuməti maymaq Mehdiqulu xanın əvəzinə səni göndərəydi Təbrizə! [46, s.121]; Sarısaç qız. Çapıq Davudu tanımırsan? [55, c.2, s.311]; Hacı Fərhad – …Hərçənd Sarı Mərdan məni kapitalist adlandırır. Kapitalistəm, hər nəyəm bilmirəm, ancaq xalqımın quluyam [46, s.116].

İ.Əfəndiyevin dramlarında tipin peşəsi ilə bağlı ləqəbləri işlədilir. Məs.: Muradalı – Yox, xalaoğlu, səninki oldu dəryada balıq sövdası. Biz oturaq gözləyək baqqal Əbiş, “Üç badam bir qoz” Fətiş nə vaxt ayılacaq… (XN, s.13).

Dramlarda obrazın öz dilindən ləqəbi qeyd olunur: Xurşidbanu – Nə olub, knyaz? Knyaz Xasay – İndiyə qədər sizə deyib qanını qaraltmaq istəmirdim. Onlar mənə nalayiq həcvlər yazırlar. Hətta biri məni “qab qalaylayan ləzgi” adlandırmışdır. (İsterik bir gülüşlə). Axı, bizim ləzgilər yaxşı qalayçı olur… [46, s.17].

Dramaturq personajın nitq qüsuru ilə bağlı yaradılmış ləqəbindən istifadə edir. Məs.: “tın-tın” ləqəbi: Musik – Bizim məhəllədə bir tın-tın Musa var, əclafın biridir. Peşəsi ondan-bundan danos yazmaqdı [46, s.174].

Bir kontekst daxilində şəxsin bir neçə ləqəbi dialoq gedişində işlədilir. Məs.:

Şahmar – Nə olar, gözlərik. (Birdən Daşdəmiri tanı­yaraq) Bıy, ə, qağa, sən naxırçı Gülmalının oğlu deyilsən?.. Daşdəmir – Mən, sən deyən Gülmalının oğlu deyiləm. Mənim atama pullu Gülmalı deyirlər. Şahmar – Məni dolama, ə. Bizim Şahsevəndə sənin dədən naxırçı Gülmalıdan savayı Gülmalı var? (Gülür). Hi… hi… Ə, qodux, gözümüzün qabağında böyümüsən? O daxmanızın üstü çürüyüb tökülür…Gör düzəldib fağır Gülmalıya beş-on manat göndərə bilərsənmi, heç olmazsa, daxmanızın üstünü düzəltsin, yağış başlarına tökülməsin [46, s.30].

Fərqləndiricilik əlaməti olaraq kənddə bir adın çoxluğu onun həm ana, həm də ata adı ilə adlandırılmasını şərt­ləndirir. Məs.: Ballı oğlu Uğur, Almurad oğlu Nəcəf və s.

İ.Əfəndiyev dram əsərlərində güclü obrazlar yarada bilmişdir. Bu obrazların adları tə­sadüfi seçilməyib. Əsərin məzmun və ideyasına müvafiq adlar sistemi çox maraq do­ğurur. İ.Əfəndiyevin dram obrazlarının adlandırılma­sının özünəməxsus prinsipləri var­dır. Bu baxımdan obrazların adlandırılmasında tipin mənsub olduğu ictimai təbəqənin sinfi xüsusiy­yətlərinə uyğun olaraq verilməsi son dərəcə mühümdür. Personajın müəyyən ictimai təbəqəyə mənsubluğunu müəyyənləş­dirmək işində antroponimlər çox yararlıdır. Şübhəsiz ki, İlyas Əfəndiyev obrazlarının adlandırılması onların cəmiyyətdəki mövqeyinə görədir.

Tədqiqatçılar haqlı olaraq göstərirlər ki, bədii əsərlərdə personajların adlarının leksik mənası surəti səciyyələndirir, şəxs adı ilə obrazın xarakteri arasında əlaqə yaranır. Əsərin maraqla oxunuşunu təmin edən bədii üsullardan biri də onların adının onun əsas ruhu ilə bağlı olmasıdır, personajın adı bədii dildə üslubi keyfiyyətə malik olur. Adlar obrazı xarakterizə edir [4, s.71]. Yuxarıda qeyd etdiyimiz kimi, İlyas Əfəndiyev dramlarındakı adları təsadüfi sesməyib. Hər bir adın altında insanın sosial mühitə, quruluşa münasibəti, insanın insanla əlaqəsi və s. gizlənib. İlyas Əfəndiyev adlarla, konkret olaraq yaratdığı obrazlar vasitəsilə güclü ekspressiya yarada bilir. Ekspres­siya adların quruluş və mənasından doğur.

İlyas Əfəndiyev dram əsərlərində şəxs adlarını – personajları bu prinsiplər əsasında seçmişdir: “1. Obrazın, personajın adı ilə xarakteri arasında bağlılıq prinsipi. Bu prinsipə görə dram iştirakçılarının adının leksik mənası həmin surəti xarakterizə edə bilir. 2. Dram dilində personajların oxşar xarakterləri ilə oxşar onomları arasında ümumilik prinsipi. 3. Dramaturqun obraza və personaja bəslədiyi rəğbət hissi ilə bağlı olaraq obrazın adlandırılması prinsipi. 4. Obrazın əsas xarakterik cizgilərinə, cəmiyyətdə qazandığı mövqeyə müvafiq, mənsub olduğu sosial təbəqənin əksinə uyğun olaraq adlandırılması prinsipi. 5. Gerçək həyatdan alınmış insanların prototipini yaradaraq obrazı adlandırmaq prinsipi.


Yüklə 1,58 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin