Bank işi fənni üzrə kollukvium sualları


ci sual: Mecburi Ehtiyatlar Siyaseti



Yüklə 367,39 Kb.
səhifə6/18
tarix22.05.2022
ölçüsü367,39 Kb.
#116116
1   2   3   4   5   6   7   8   9   ...   18
Bank işi kollukvium 30 cavabları

11ci sual: Mecburi Ehtiyatlar Siyaseti
Minimum ehtiyatların formalaşdırılması tələbi kredit institutlarının likvidliyinin sığortalanmasınavə müştərilərin əmanətlərinin zəmanətlənməsinə xidmət edir. Minimum ehtiyatların istifadəsinin bu amili bu gün də qüvvədədir. Kredit institutlarının likvidliyini qorumaqla, mərkəzi banklar «son
mərhələ kreditoru» vəzifəsini yerinə yetirmiş olur.Minimum ehtiyatlar pui siyasətinin vasitəsi kimi iki vəzifəni yerinə yetirir:
a) pul bazarında likvidliyin cari tənzimlənməsinə xidmət edir,
b) kredıt banklarının resurs emissiyası imkanlarını tənzimləyir. Artıq bir çox ölkələrdə minimum ehtiyatların sərt tənzimləmə metodu kimi istifadə olunmur, belə ölkələr daha işlək və təsirli olan açıq bazar siyasətinə üstiinlük verir.
Azərbaycan Respublikasının Mərkəzi Bank sistemində məcburi ehtiyat normalarının
müəyyənləşdirilməsi qaydaları «Azərbaycan Respublikasının Mərkəzi Bank haqqında» Qanunun 32-ci maddəsində öz əksini aşağıdakı şəkildə tapmışdır.
1. Mərkəzi Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verir. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Mərkəzi Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Mərkəzi bankilə razılaşdırmaqla Mərkəzi Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.
2. Məcburi ehtiyatlar təmin edilmədikdə Mərkəzi Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edir.
Məcburi ehtiyatların saxlanılması üçün Mərkəzi Bank haqq ödəmir.

12.Açıq bazar siyasəti



13cu sual:Depozit Siyaseti

 Bu siyasət kommersiya bankları ilə Mərkəzi Bank arasında pul vəsaitlərinin axınını tənzimləyir.


Elə bu vasitə ilə Mərkəzi Bank kredit təsisatlarının ehtiyatlarının vəziyyətinə təsir edir.
 Ekspansiv depozit siyasəti həyata keçirildikdə iqtisadiyyatın dövlət bölməsinin Mərkəzi Bankda yerləşdirdiyi pul vəsaitlərinin həcmi azalır. Buna uyğun olaraq bank sisteminin ikinci pilləsi olan kommersiya banklarının pul vəsaiti artır. Elə bu vəziyyətdə, yəni ekspansiv depozit siyasəti həyata keçirildıkdə əks səmərəni, yəni kredit institutlarının ehtiyatlarının artması faktını nəzərdən qaçırmaq olmaz. Bu halda kredit institutlarının minimal ehtiyatlarının məbləği də artır. Belə olduqda kredit institutlarının ehtiyatlarının ümumi məbləği Mərkəz Bankın ekspansiv siyasəti nəticəsində kredıt institutuna vermiş olduğu məbləğlə bunun nəticəsində minimal ehtiyatın artan həcminin fərqi məbləğində olacaqdır.
 Kredit institutlannın ehtiyatlarının artması onların kredit potensıalının, ımkanlarının
güclənməsinə gətirib çıxarır. Normal şəkildə inkişaf edən bazar şəraitində bu amil faiz dərəcələrının aşağı düşməsinə və inflyasiyanın yüküalməsınə səbəb olur. Kontraktiv depozit siyasətini həyata keçirkdə ısə əks nətıcə əldə olunur: bank ehtiyatları azalır, kredit potensıaiı zəırləyır, faiz dərəcələri artır, inflyasiyanın sürəti aşağı düŞür

1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin