Konsentrator (HUB)
– adından göründüyü kimi bir neçə düyün nöqtələrini
birləşdirən qurğudur. Konsentratorun əsas funksiyası lokal şəbəkələrdə eyni adlı
əlaqə kanallarında maneələrin aradan qaldırılması, siqnalların göndərilməsi,
siqnalların çevrilməsi və gücləndirilməsini yerinə yetirməkdir. Konsentrator həm də
müxtəlif şəbəkə texnologiyalarında müxtəlif naqilli kabellər yığımından istifadə edilə
bilməsini təmin etmək üçün tətbiq edilir. Konsentratorlar müxtəlif qurğulardan
istifadə edilməklə çoxsaylı müraciətlərin həyata keçirilməsinə, kabellərin ayrı-ayrı
fiziki parçalarını bir nöqtədə birləşdirməyə, nəticə etibarilə verilənlərin ötürülməsi
üçün ümumi ötürmə mühiti təşkil etməyə və ya seqmentlər yaratmağa imkan verir.
Bir sözlə yuxarıda qeyd edilənləri ifadə etsək, konsentratorlar, şəbəkə
27
skonseqmentlərinin yaradılması və fiziki cəhətdən struklaşdırılması üçün istifadə
edilir.
Konsentrator “ulduz” topologiyasının əsas mərkəzi komponentlərindən biridir.
Konsentratorlar müxtəlifliyiə görə iki növə ayrılır:
passiv konsentratorlar;
aktiv konsentratorlar.
Xarici qidalandırmaya malik olan konsentratorlara aktiv konsentratorlar, xarici
qidalandırmaya malik olmayan konsentratorlara isə passiv konsentratorlar deyilir.
Çox giriş-çıxışlı konsentratorlar passiv konsentratorlar qrupuna daxildir.
Bunlar da bir-birilə müxtəlif növlü kabel və naqillərlə birləşdirilə bilər.
Aktiv konsentratorlar eyni strukturda olur və təkrarlayıcıların funksiyalarını
yerinə yetirir. Belə konsentratorların təkrarlayıcıdan üstünlüyü ondadır ki, bir neçə
düyün nöqtələrini bir yerdə birləşdirməklə şəbəkənin quriluşunu sadələşdirir. Bu da
səhvlərin aşkarlanmasını və şəbəkənin işinə nəzarəti asanlaşdırır.
Şəbəkəni əlavə konsentratorlar qoşmaqla genişləndirmək olar. Konsentratorlar
budaqlanmanıa təşkil edir və adətən hər bir konsentratorun 8-dən 30-a qədər çıxışı
olur ki, bunlara kompüterlər və digər konsentratorlar qoşula bilər.
Konsentratorun funksiyalarından biri də şəbəkələrdə istənilən vaxt
informasiyanın ötürülməsinə nəzarət etməkdir. Bunu həyata keçirmək üçün
konsentratorun boş portuna qoşulub onu disketə yazmaq lazımdır. Sonra, kompüterdə
olan müvafiq proqram vasitəsi ilə yazılmış inforasiyanı təhlil etmək mümkündür.
|