30
saxlamasını və kommutatorun təyin olunmuş xüsusi protokolla idarə olunmasını
təmin edir.
Kommutatorun məhsuldarlığına təsir edən xarakteristikalardan
bir neçəsini
qeyd edək:
*
Filtrləmənin sürəti;
*
verilənlər kadrının hərəkət sürəti;
*
buraxıcılıq qabiliyyəti;
*
kadrların ötürülməsinin gecikdirilməsi.
Qeyd edilən xarakteristikalara təsir edən göstəricilər aşağıdakılardan ibarətdir:
kadrların aralıq yaddaşdakı ölçüləri, daxili şinin məhsuldarlağı,
prosessorun
məhsuldarlığı, kommutator cədvəlinin daxili ölcüsü və s.
Dostları ilə paylaş: