Yekun hesabat



Yüklə 26,07 Kb.
tarix17.11.2018
ölçüsü26,07 Kb.
#83898

«Bələdiyyələrlə əhali arasında «körpünün» – məhəllə komitələrinin möhkəmləndirilməsi üçün təlim və seminarların təşkili» layihəsi üzrə
YEKUN HESABAT

Kimə: Avrasiya Əməkdaşlıq Fonduna

Kimdən: Mingəçevir Bələdiyyəsindən

Mövzu: AƏF-nin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin icrasının yekunu barədə.

Hesbat dövrü: 05.10.2011 – 05.01.2012

Qrantın nömrəsi: B-12-0010

Tarix: 10.01.2012-ci il
Mingəçevir Bələdiyyəsi Avrasiya Əməkdaşlıq Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi «Bələdiyyələrlə əhali arasında «körpünün» – məhəllə komitələrinin möhkəmləndirilməsi üçün təlim seminarların təşkili» adlı layihəni yekunlaşdırdı. Layihənin icrasına 05 iyul 2011-ci ildə başlanıldı, 05 yanvar 2012-ci ildə sona çatdı. Layihədə nəzərdə tutulduğu kimi, altı ay ərzində 10 məhəllə komitəsində təlim və seminarlar təşkil olundu. Komitələrdə «Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun və «Bələdiyyələrin məhəllə komitələri haqqında Nümunəvi Əsasnaməni»nin şərhi ilə bağlı nəzəri, məhəllə komitələrinin təsisi, protokolun tərtibi, qrant layihələrin yazılışı, kollektiv müraciətlərin verilməsi ilə bağlı praktiki təlimlər keçirildi. Təlim və seminarları aparmaq üçün təlimçi qismində bələdiyyə üzvləri cəlb olundular. Təlimlər aşağıdakı məhəllə komitələrində keçirildi: «Yüksəliş», «Ərəş», «Qələbə», «Sakit məkan», «Nərimanov», «Tərəvəzçilik», «Səma», «Mingəçevir», «Nizami» və «Sağ Sahil». Bu məhəllə komitələri ərazi cəhətdən, demək olar ki, şəhərin bütün hissələrini əhatə edir.

10 məhəllə komitəsində keçirilmiş təlimlərdə 242 nəfər iştirak edib: Layihənin I mərhələsində 109 nəfər, II mərhələsində 133 nəfər.

(İştiraçıların siyahıları hesabatlara əlavə olunub.)

Komitələr üzrə təlimlərin iştirakçılarının sayı belə olub:

«Yüksəliş» məhəllə komitəsində - 21 nəfər

«Qələbə» məhəllə komitəsində - 25 nəfər

«Sakit məkan» məhəllə komitəsində - 25 nəfər

«Ərəş» məhəllə komitəsində - 15 nəfər

«Nərimanov» məhəllə komitəsində - 23 nəfər

«Tərəvəzçilik» məhəllə komitəsində - 25 nəfər

«Səma» məhəllə komitəsində - 23 nəfər

«Mingəçevir» məhəllə komitəsində - 22 nəfər

«Nizami» məhəllə komitəsində - 18 nəfər

«Sağ Sahil» məhəllə komitəsində - 45 nəfər

Bütün təlimlərdə fotoqraf iştirak edib və təlim prosesini əks etdirən fotolar çəkib, albom tərtib edilib. (Fotolardan bir neçəsi hesabata əlavə olunur.)

Deyə bilərik ki, layihədən gözlənilən nəticələrə nail olmuşuq. Belə ki, təlim keçirilən məhəllələrdən təklif və layihələr bələdiyyəyə daxil olmaqdadır. Bundan başqa, digər məhəllə komitələrindən təlimlər keçirilməsi ilə bağlı müraciətlər almışıq. Bu təlimləri bələdiyyənin daxili imkanları hesabına keçirməyi planlaşdırırıq.

Eyni zamanda, əhalinin bələdiyyənin tədbirlərində iştirak fəallığı da artıb. «Azərbaycanda Yerli Demokratiya Həftəsi»ində (19-25 dekabr 2011), bələdiyyə büdcəsinin ictimai dinləmələrində bunun şahidi olduq.

Layihə barədə ictimaiyyətə geniş məlumatlar verilib. Mingəçevir Televiziyasında (MTV) layihənin məram və məqsədləri, icrası və yekunu barədə informasiya və veriliş verildi. («Disput» proramında)

Bələdiyyə üzvləri və qulluqçuları, məhəllə komitələrinin sədr və müavinlərinin iştirakı ilə bələdiyyənin iclas zalında layihənin təqdimatı və yekunu ilə bağlı toplantılar keçirildi.

«Mingəçevir» və «Bələdiyyə həyatı» qəzetlərində layihənin gedişi haqqında «Məhəllə komitələrində təlimlərə başlanılıb» adlı məqalə dərc olunub. (Qəzetin nüsxəsi hesabata əlavə olunur.)

Sonda qeyd edə bilərik ki, layihə uğurla başa çatdı. Layihənin müsbət nəticələrindən biri də bu oldu ki, layihənin icrası müddətində dörd yeni məhəllə komitəsi təsis olundu.

_______________ Zahid Qasımlı,



layihənin direktoru.





Yüklə 26,07 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin