Bazar iqtisadiyyatına keçid



Yüklə 87,48 Kb.
səhifə11/22
tarix10.01.2022
ölçüsü87,48 Kb.
#107555
1   ...   7   8   9   10   11   12   13   14   ...   22
Sosial yardıma gəldikdə o daimi xarakter daşımır və sosial himayəyə, dəstəyə ehtitacı olanların hamsına aid edilmir. O, müvvəqqəti xarakter daşıyır, onun məbləği müəyyən qanunlar əsasında hesablanır. Sosial yardım vətəndaşlara obyektiv olaraq onların həyat fəaliyətini pozan böhran vəziyyətində göstərilir. Bazar iqtisaqdiyyatı şəraitində ən başlıca vəzifə ölkədə sosial təminatın bazası olan məşğulluğun təmin edilməsi və habelə getdikcə sosial təminat sisteminin daha da təkmilləşdirilməsidir.

Sosial müdafiə üsulları və vasitələri həddindən artıq çoxdur onlara misal olaraq son vaxtlar tətbiq olunan mütərəqqi vergi sistemini də göstərmək olar. Bazar iqtisaqdiyyatına keçid dövründə əhalinin gəlirlər sahəsində olan bərabərsizliyi getdikcə artır. Bu bərabərsizliyin minimal səviyyədə olması üçün dövlət bir çox İEÖ-lərdə olan gəlirlərin yenidən bölüşdürülməsində fəal iştirak edir. Gəlirlərin yenidən bölüşdürülməsinin əsas vasitəsi əhalinin əldə etdiyi şəxsi gəlirlərə tətbiq edilən mütərəqqi vergi sistemidir. Verginin mütərəqqi sistemi əhalinin ən yüksək gəlir əldə etmiş təbəqələrinə, az təmin olunmuşlara nisbətən yüksək vergi dərəcəsinin tətbiq edilməsini nəzərdə tutur. Dövlət bu yolla əldə etdiyi vergilərin bir hissəsini əhalinin ən az təmin olunmuş təbəqələrinə transfert ödəmələr şəklində xəcləyir. Bazar iqtisadiyyatı sistemində sosial müdafiə səviyyəsi elə olmalıdır ki, geniş əhali kütləsinin əməyə olan münasibətləri bazar iqtisadiyyatının fəal fəaliyyətinə mənfi təsir etməsin, əhalinin sosial müdafiəyə arxalanaraq əməkdən əlləri soyumasın, onlarda sosial parazitlik meyli yaranmasın. Düzgün sosial siyasət və ədalətli sosial müdafizə nəinki cəmiyyətdə insanların həyat və əmək şəraitini dönmədən yaxşılaşdırır, ictimai və bazar münasibərlərində sosial ədalət prinsiplərinin daha dolğun həyata keçirilməsi üçün əlverişli mühit yaradır.

Tələb bazarda təlabatın təzahürüdür.

Bazar mexanizminin əsas elementlərinə: tələb, təklif, qiymət və rəqabət daxildir. Təlabat- cəmiyyətin və onun ayrı-ayrı üzvlərinin əldə etməyə çalışdıqları sosial, maddi və mənəvi həyat şəraitini ifadə edir. Təlabat şəxsin kollektivin və bütövlükdə cəmiyyətin həyat fəaliyyətini qoruyub saxlamaq üçün zəruri olan hər hansı bir şeyə ehtiyacdır. Təlabat insan fəaliyyətinə daim təsir göstərir və onu fəallaşdırır. O, daim dəyişir,təkmilləşir, artır, yeniləşir. Təlabat geniş məfhumdur, tələb onun yalnız ödəmə qabiliyyəti ilə yəni pulla təmin edilən hissəsinin təzahür formasıdır. Tələb dedikdə, alıcının müəyyən dövr ərzində hər hansı əmtəədən müəyyən qiymətdə, müəyyən kəmiyyətdə əldə etmək arzusu və imkanı başa düşülür. Başqa sözlə tələb tədiyə qabiliyyətli təlabatdır. Tədiyə qabiliyyətli tələb- dedikdə isə əhali tərəfindən hər hansı bir əmtənin alınmasına və xidmət növündən istifadəyə real sürətdə yönəldilən və ya yönəldilə biləcək müəyyən pul məbləği başa düşülür. Təlabat tələbi müəyyən edir yaradır,onun əsas məzmununu ifadə edir. İstehsala münasibətdə də tələb və təlabat müxtəlif mövqelərdə dayanır. Tələb istehsaldan əvvəl mövcud olmur, müəyyən əmtəəyə tələb, həmin əmtəə istehsal edilib bazara çıxarıldıqdan sonra yaranır. Təlabata gəlincə isə o, konkret əmtəənin istehsalından xeyli əvvəl mövcud ola bilər. Tələbin səviyyəsi əsasən tələb qanununun təsri altında formalaşır. Tələb qanununa uyğun olaraq əmtəənin qiyməti ilə ona olan tələbin səviyyəsi bir-birinə tərs mütənasibdir. Başqa sözlə, əmtəənin qiyməti yüksəldiyi halda ona olan tələbin kəmiyyəti azalır və əksinə. Tələb qanununa görə, əmtəənin qiyməti yüksələrsə ona olan tələb azalacaq, qiymət azalarsa tələb yüksələcəkdir. Alıcının vaxt vahidi ərzində əmtəənin müəyyən kəmiyyəti üçün vermək istədiyi maksimum qiymət – tələb qiyməti adlanır. Əmtəənin müəyyən qiymətində alıcının əldə etmək istədiyi kəmiyyət tələbin həcmi adlanır. Tələbin səviyyəsinə qiymətdən əlavə bir sıra digər qeyri-qiymət amilləri də təsir göstərir ki, bunlara da aiddir: gəlirlərin səviyyəsi, digər əmtəələrin qiymətləri, alıcıların zövqü, qiymətin gələcəkdə necə dəyişəcəyi ilə bağlı gözləmələr, alıcının sayı və s.

Ən ümumi mənada tələbin səviyyəsi ilə əhalinin gəlirlərinin səviyyəsi eyni istiqamətdə dəyişir, yəni gəlir artdıqca tələb də artır. Əhalinin istehlakına daxil olan, məhsullar əsasən 2 qrupa bölünür: I qrupa yüksək keyfiyyətli, bahalı əmtəələr, II qrupa isə aşağı keyfiyyətli məhsullar və s. daxildir. Bəzi məhsullar istehlak da bir-birini əvəz edə bilərlər (məs: kərə yağı–marqarin, çay-kofe) digərləri isə bir-birini tamamlayır (məs: avtomobil-benzin, siqaret-alışqan). Əmtəələr bir-birinin əvəzləyicisidirsə, bu halda onlardanhər hansısa birinin (məs: kofenin) qiyməyinin yüksəlməsiona olan tələbin azalmasına, əvəzləyiciyə (məs: çaya) olan tələbin isə artmasına səbəb olacaq. Yox əgər əmtəələr bir-birlərini tamamlayırsa, bu halda onlardan birinin (məs: siqaretin) qiymətinin yüksəlməsi, həm onun özünə, həm də onu tamamlayan məhsula (alışqana) olan tələbin də səviyyəsini azaldacaqdır.

Əmtəənin qiymətinin gələcəkdə necə dəyişəcəyi haqqında alıcıların rəyi onun hazırki dövürdə əmtəəyə olan tələbənin ödənilməsinə birbaşa təsir edir.Bazarda alıcının sayının artması və ya azalması da burada formalaşan tələbə eyni istiqamətdə təsir edir.

Tələbin səviyyəsi ilə bağlı fərdi tələb, bazar tələbi və məcmu tələb anlayışları bir-birindən fərqləndirilməlidir.

Fərdi tələb dedikdə, konkret əmttə bazarında qiymətin hər hansı bir müəyyən səviyyəsində hər bir fərdi alıcının tələbinin həcmi başa düşülür. Məs: bazarda almanın 40 qəp qiyməti varsa, bir alıcı həmin qiymətə 2 kq, digəri isə 3kq, başqa biri isə 4 kq almaq imkanı var.

Tələb və təklifin elastikliyi.

Dünya bazarının təşəkkülü xüsusiyyətləti və prinsipləri.

Dünya ölkələri bir-biri ilə sıx xarici iqtsadi əlaqələr yaradırlar. Bunsuz dünya ölkələrinin iqtisadiyyatı inkişaf edə bilməz. Dünya ölkələri arasında xarici iqtisadi əlaqələr əsasən ticarət, kapital ixrac etmək, kreditlər vermək, elmi-texniki əməkdaşlıq, kadrlar hazırlanması və s. formasında hyata keçirilir. Milli bazarların inkişafı nəticəsində istehsal milli çərçivəni aşır, dünya bazarı yaranır. Dünya bazarı – bir-biri ilə beynəlxalq ticarət, elmi-texniki biliklərin mübadiləsi, xidmətlər və s. vasitəsi ilə əlaqə saxlayan dövlətlərin milli bazarlarının məcmusudur. Başqa sözlə desək dünya bazarı dünya ölkələri arasında əmtəə və xidmətlərin, kapitalların, iş qüvvəsinin, valyutaların, qiymətli kağızların və s. alınıb-satılmasını əhatə edir. Dünya bazarının yaranması kapitalizmə keçid ilə əlaqədardır. Belə ki, bu dövrdə əmtəə və xidmətlərin tədavülü milli bazarlar hüdudundan kənara çıxır və nəticədə xarici tcarət genişlənərək dünya bazarları yaranmışdır.

Dünya bazarının aşağıdakı formaları fəaliyyət göstərir:



  1. beynəlxalq əmtəə və xidmətlər bazarı.

  2. beynəlxalq kapital bazarı.

  3. beynəlxalq işçi qüvvəsi bazarı.

  4. beynəlxalq maliyyə krediti bazarı.

  5. beynəlxalq qiymətli kağızlar bazarı.

Dünya bazarında əmtəə və xidmətlər dünya bazarı qiymətləri əsasında hərəkət edir. Dünya bazarlarında əmtəələr beynəlmiləl (dünya) qiymətləri ilə alınıb-satılır.Dünya qiymətləri ölkənin qoyduğu qiymət birja, auksion və beynəlxalq ticarətin digər iri mərkəzlərinin qoyduğu qiymətlər formasında tətbiq edilir. Dünya qiymətlərinin formalaşmasının əsasında beynəlmiləl dəyər duyur. İstehsalın beynəlmiləl qiyməti dünya ticarətində üstünlük təşkil edən əmtəələrin istehsal şərtləri ilə müəyyən olunur. Əmtəə və xidmətlərin beynəlmiləl dəyəri dünya ölkələrində orirta ictimai istehsal şəraitində (hər hansı bir müəyyən məhsulun) onun istehsalına sərf edilmiş ictimai zəruri iüş vaxtı ilə müəyyən edilir. Dünya qiyməti – zəruri keyfiyyət göstəricilərinə cavab verən əmtəə və xidmətlərin beynəlmiləl dəyərinin pulla ifadəsinə deyilir. Dünya qiyməti o qiymət növü hesab edilir ki, onun vasitəsi ilə iri həcmli kommersiya əməliyyatları həyata keçirilir, hesablaşmalar sərbəst çevrilən valyuta vasitəsilə aparılır. Lakin qismən çevrilən valyuta ilə aparıldıqda qiymətlər artır. Konkret əmtəələrə gəldikdə isə onun əsas istehsalçılarının qoymuş olduqları qiymətlər və iri birjaların ixracat məhsullarına qoyduqları qymətlər əsas götürülür. Məsələn, alüminium ixracında Kanada dövlətinin, kauçuk ixracında Sinqapur birjasının, xəz-dəri ixracında Nyu-York və London auksionlarının qoymuş olduqları qiymətlər, dünya qiymətləri kimi qəbul olunur.

Dünya bazarının təşəkkülü xüsusiyyətləri və istiqamətlərindən danışdığımız bir zamanda xüsusilə qeyd etməliyik ki, hal-hazırda dünya iqtisadiyyatında əsaslı dəyişiliklər müşahidə olunur. Belə ki, bir-birinə inteqrasiya etmiş dünya bazarları artıq bir-birindən asılı vəziyyətə düşmüşdür və qlobal dünya təsərrüfatı yaranmışdır. XX əsrin sonlarından başlayaraq dünya iqtisadiyyatındakı qloballaşma iki istiqamətdə baş verir:

1.Bazarların qloballaşması.

2.İstehsalın qloballaşması.

Mal təklifi bazarın maddi əsasıdır.


Mal təklifi müəyyən dövr ərzində bazarda olan və bazara çıxarılacaq malların natural və ya dəyər ifadəsində həcmlərinin məcmusudur.O, mallara olan ictimai tələbatın ödənilməsini, bazarda mal dövriyyəsinin dinamik inkişafını müəyyənləşdirir, bazar işinin təkmilləşdirilməsinə və istehlakçilara xidmət keyfiyyətinin artırılmasına təsir göstərir. Mal təklifi bazar mexanizminin əsas ünsürlərindən biridir. O, bazarın maddi əsasını yaratmaqla bərabər, bazar dövriyyəsinin və təkrar istehsal prosesinin fasiləsizliyini təmin edir.

Mal təklifi əmtəə təsərrüfatı kateqoriyası kimi digər iqtisadi kateqoriyalarla bilavasitə qarşılıqlı əlaqədədir. O, bazarda istehsalı təmsil etməklə bazarın maddi əsasının formalaşmasında həlledici rol oynayır. Mal təklifi eyni zamanda bazar kateqoriyasıdır və o, bazarda iqtisadi münasibətləri əks etdirir.

Təklif bu münasibət sistemində istehsaldan asıllı olsada, omüəyyən bir müstəqilliyə, spesifik xüsusiyyətlərə malikdir. Təklif → satıcının müəyyən dövr ərzində hər hansı bir əmtəəni müəyyən qiymətə, müəyyən kəmiyyətə satmaq arzusudur. Təklifin əsas hissəsini mal (əmtəə) təklifi təşkil edir. Təklif istehsalla sıx bağlı olsa da, bu kateqoriyalar bir-birindən həm iqtisadi məzmununa həm də, həcminə görə fərqlənirlər. Eyni zamanda təklif "bazarda olan və ya bazara çıxarıla biləcək məhsul həcmidir". Təklif→ ozündə yalnız satışı təcəssüm etdirir. İstehsal tələbat əsasında təşkil olunsa da, son nəticədə hazır əmtəə və xidmətlərin reallaşdırılması yəni təklif istehlakçıların tələbi əsasınada baş verir. Təklifin formalaşması prosesini əsasən iki cəhət müəyyənləşdirir: I. Mal resursların kəmiyyət və keyfiyyəycə daim artmaqda olan təlabata uyğunlaşması cəhdi; II. Öz növbəsində onun, tələbin və təlabatın səmərəliləşdirilməsinə, inkişafına və formalaşmasına fəal təsir göstərməsi. Bu cəhətlər bazar qanunundan irəli gələn əsas tələblərdir.

Əmtəə təklifinin formalaşmasında malların təyinatı da nəzərə alınmalıdır. Bu baxımdan əmtəələr təyinatına görə 2 qrupa ayrılır. 1. İstehsal təyinatlı əmtəələr;

2. İstehlak təyinatlı əmtəələr;
İstehsal təyinatlı əmtəələrə mal və xidmətlərin istehsaı, həmin malların icarəyə verilməsi və yaxud yenidən satmaq üçün satınalınan mallar aiddir. İstehlak təyinatlı əmtəələrın təklifinə gəlincə, bu malların alıcılarının (müəssisələr, fərdlər) xüsüsiyyətləri, həmin xüsusiyyətləri şərtləndirən amillər nəzərə alınmalıdır: mədəni səviyyə, sosial amillər, psixoloji amillər, pul gəlirləri, alıcılıq qabiliyyətili tələb və s.

Əmtəə təklifinin tərkib hissələrindən biri də mal ehtiyatlarıdır. Mal ehtiyatları ictimai təkrar istehsalın təlabatı ilə şərtlənir. Bu ehtiyatlar təkrar istehsalın və deməli bazarda malların reallaşmasının fasiləsizliyini təmin edir. Təkrar istehsal artdıqca mal ehtiyatlarına olan təlabat da artmalıdır.Tədavül dairəsinə xidmət göstərən mal ehtiyatları istehsalın və ticarətin fasiləsizliyini təmin edir. Əmtəə təklifinin həcmi və strukturu bu ehtiyatlardan çox asılı olduğu üçün onun idarə olunmasına xüsusi diqqət yetirilməlidir. Mal ehtiyatlarının ümumi həcmi və ehtiyatda olan malların hamsını və ayrılıqda hər bir mal qrupunun struktur tərkibi elə bir optimal midarda təmin edilməlidir ki, o, bazarda nəinki heç bir malın satışı prosesində faliləliyə imkan verməsin, hətta hər bir mal üzrə ehtiyatın zəruri miqdarının arta biləcəyinin də qarşısını alsın. Bu da bazarın xüsusi qanunlarından biridir.

İstehsal təklifin həcmini, sturukturunu müəyyənləşdirir. İstehsalçı qabaqcadan bilməlidir ki, kimin üçün nə və nə qədər istehsal etməlidir. Bunun üçün o, qarşısında duran konkret potensial istehlakçını görməyi bacarmalıdır.
Bazarda tələbin həcminin və strukturunun müəyyən edilməsi.
Hər hansı bir əmtəə üzrə tələbin həcmi dedikdə,həmin əmtəə üzrə istehlakçıların almaq istədikləri və eyni zamanda almağa qadir olduqları miqdar başa düşülür. Tələbin həcmi müxtəlif amillərdən asıllıdır, lakin bunların arasında mühüm rol oynayan amil həmin əmtəələrin qiymətidir. Əgər dondurmanın 100qr-ının qiyməti 2manata çatarsa, onda təbii ki, siz daha az dondurma alacaqsınız. Digər bir tərəfdən əgər qiymət 20 qəp olarsa, onda sız daha çox dondurma almaq istəyəcəksiniz. Qiymət artdıqca tələbin həcminin azaldığını, qiymət azaldıqca isə tələbin həcminin artdığını nəzərə alaraq, tələbin həcmi ilə qiymət arasında tərs mütənasibliyin mövcud olduğunu görürük və bu tələb qanunu adlanır. Beləliklə, tələbin həcminə qiymətdən əlavə gəlir, əlaqəli əmtəələrin qiymətləri, zövqlər, gözləmələr, alıcının sayı təsir edir.

Real bazar tam müstəqillik tələb edir.

İqtisadi müstəqillik o deməkdir ki, hər bir suveren dövlətin, o cümlədən azadlıq uğrunda mübarizə aparan Azərbaycan Respublikasının öz ərazisindəki yeraltı, yerüstü sərvətlərin hamısına sahib olmaq, onlara sərəncam vermək və ondan tam istifadə etmək hüququnun yaradılması əsasında iqtisadi müstəqilliyi təmin etsin. İqtisadi müstəqillik sisteminin aşağıdakı formaları mövcuddur.


      1. idarəetmə sistemi;

      2. maliyyə-kredit sisteümi

      3. vahid-elmi texniki sistem

      4. struktur və investisiya siyasəti sistemi

      5. qiymətqoyma və qiymətin tənzimlənməsi sistemi

Qiymət bazarın tənzimləyicisidir.

Qiymət bazarın ən vacib elementlərindən biridir. Əmtəənin dəyərinin pulla ifadəsinə qiymət deyilir. Qiymət- əmtəələrin, maddi nemətlər və xidmətlərin mübadilə prosesində təzahür edən dəyərini əks etdirir. Sadə dildə desək, qiymət əmtəəni almaq üçün ishlakçının ödəməyə razı olduğu pulun miqdarıdır. Qiymət əmtəə istehsalına sərf olunmuş ictimai zəruri iş vaxtı miqdarının dolayı ölçülməsinə xidmət edən iqtisadi kateqoriyadır. K.Marks “qiyməti” əmtəədə maddiləşmiş əməyin pulla ifadəsi adlandırmışdır. Qiymət bir malın digər mala dəyişdirilməsi nisbətidir; malların (məhsulların, xidmətlərin) dəyişdirlmə dəyərinin pulla ifadəsidir; qiymət ehtiyaclarımızı ödəmək məqsədi ilə mal və xidmətlərə verdiyimiz nisbi üstünlükdür. Qiymətin səviyyəsinin, nisbətinin və onların hərəkətinin əsasını dəyər qanunu təşkil edir. Dəyər nəzəriyyəsinin əsasını klassik iqtisadçılar o cümlədən, A. Smit, D. Rikardo, K. Marks və sair iqtisadçı alimlər qoymuşlar. Dəyər qanununa gəldikdə isə o- əmtəə istehsalının obyektiv qanunu olub, əmtəə mübadiləsinin onların istehsalına sərf edilən ictima zəruri əməyə müvaffiq olaraq aparılmasıdır. Bəzən buna, qiymətlərin əmələ gəlməsi qanunu da deyilir. Qiymət vasitəsi ilə istehsalçı və istehlakçı, müəssisələrlə dövlət, dövlətlə əhali, müəssisələrlə icarədarlar, müəssisə ilə müəssisə arasinda iqtisadi münasibətlər formalaşır və inkişaf edir. Qiymət elmi əsaslar üzərində qurulmalı və əmtəə dəyərinin pulla ifadəsi kimi sərf olunan ictimai zəruri əməyin kütləsinə uyğun gəlməlidir. Qiymətin əsasında məhz ictimai-zəruri əmək dayanmalıdır. Ictimai-zəruri əməyin kütləsinə uyğun olaraq əmtəələrə qiymət qoyulmalı və o, subyektiv amillərdən kənar olmamalıdır. Qiymət həm bazarın, həm də dövlətin funksiyası kimi çıxış edir.

Qiymət o zaman elmi cəhətdən əsaslandırılmış hesab olunur ki, normal işləyən hər bir müəssisədə məhsul istehsalına sərf olunan xərclər ödənilir, geniş təkrar istehsalın həyata keçirilməsi mümkün olur, istehsalın artırılmasında maddi maraq yaranır. Qiymət məhsulun alqı-satqısı ilə yanaşı istehsal, bölgü, mübadilə və istehlak da daxil olmaqla bütövlükdə iqtisadi prosesləri tənzimləyir. Bazar münasibətləri şəraitində qiymət əsasən öz-özünü tənzimlənmə vasitəsi funksiyalarını yerinə yetirir.

Tarixi kateqoriya kimi qiymət və pul mübadilənin yaranması və inkişafı prosesində meydana gəlmiş və formalaşmışdır. Iqtisadi ədəbiyyatda qiymətin formalaşmasına 2 cür yanaşılır.

1) bazar;

2) istehsal;

__Birinci yanaşmada qiymətqoymanı müəyyən edən faktorlar ilk növbədə bazarda əmtəələrə olan tələb və təkliflə xarakterizə olunur. Qiymətqoyma dedikdə- istehlak bazarında məhsulun keyfiyyətindən əhalinin sosial müdafiəsi, dövlətin iqtisadi mənafeyindən irəli gələn, istehsalçılar və istehlakçılar üçün əlverişli prinsiplər əsasında qiymətlərin formalaşmasıdır. Qiymətqoyma prosesinə istehsaldan sonra tədavül sferasına buraxılan əmtəələrə qiymətlərin müəyyən edilməsi üzrə təşkilati və metodoloji tədbirlərin məcmusu daxildir. Bu proses olduqca mürəkkəbdir. Belə ki məhsul istehsalçıdan istehlakçıya çatana qədər çoxlu sayda aralıq (vasitəçi) və ticarət təşkilatlarından keçir.

__İkinci yanaşmada qiymətin müəyyən edilməsi əsas etibarı ilə istehsal xərcləri, məhsul yaradılmasına sərf edilən əmək məsrəfləri ilə əlaqələndirilir.

Qiyməyin 6 funksiyası var: uçot; nəzarət və aqreqatlaşdırma; ödəməli və ya gəlir əmələ gətirən ; infarmasion və ya indiqator; stimullaşdırıcı; bölüşdürücü; tələb və təklifin balanslaşdırılması; istehsalın səmərəli yerləşdirilməsi.

Uçot funksiyası- istehlak xassələrinə görə müqayisə olunmayan müxtəlif əmtəələri müqayisə etməyə imkan verir.

Qiymətin bölüşdürücü funksiyası- qiymətlər milli gəlirlərin iqtisadiyyatın sahələri, dövlət və digər sektorlar, müxtəlif mülkiyyət formaları, regionlar və istehsal fondları, əhalinin sosial qrupları arasında bölüşdürülməsi və yenidən bölüşdürülməsində iştirak edirlər.

Qiymətin ən vacib başlıca funksiyalarindan biri məhz onun stimullaşdırıcı xarakterə malik olmasıdır. Qiymət sistemi elə qurulmalıdır ki, o istehlakçının mənafeyinə toxunmadan istehsalçıda güclü stimul yaratsın, onu istehsalın genişləndirilməsinə və iqtisadi səmərəliliyin yüksəldilməsinə sövq etsin. Başqa sözlə, istehsalda istehsalın inkişafına və nəticələrinə güclü maddi maraq yaratsın.


Yüklə 87,48 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin